41
də isə təsərrüfat əməliyyatı nəticəsində əmələ gələn vəsa-
itin azalma dövriyyəsi göstərilir.
Mühasibat uçotunda passiv hesabların quruluşunu
aşağıdakı formada göstərmək olar (Sxem 4.3.).
Debet
Hesabın
adı
Kredit
Azalan təsərrüfat
əməliyyatları:
1.
2.
və sair (-)
İlk qalıq: Q
1
Artan təsərrüfat
əməliyyatları:
1.
2.
və sair (+)
Debet
dövriyyəsinin cəmi:
Kredit
dövriyyəsinin cəmi:
Son qalıq: Q
2
Sxem 4.3. Passiv hesabların quruluşu
Mühasibat uçotunda passiv hesablarda son qalığı
müəyyən etmək üçün passiv hesabın ilk kredit qalığı
məbləğinin üzərinə hesabın kredit dövriyyəsini əlavə et-
məklə alınan məbləğdən debet dövriyyəsinin məbləğini
çıxmaq lazımdır. Passiv hesablarda hesabat dövrünün so-
nuna hesabın yalnız kredit qalığı olur.
Aktiv-passiv hesabların
təyinatında aktiv və passiv
hesabların göstəriciləri olur. Aktiv və passiv hesablarda
debet və kreditin təyinatı da müxtəlif olmaqla aparılan
əməliyyat yazılışları bir-birindən fərqlənir. Bu halda he-
sabda debet və kredit qalığı və ya eyni zamanda debet və
həm də kredit qalığı ola bilər. Bu hesablara «Maddi sər-
vətlərin yenidən qiymətləndirilməsi», «Təhtəlhesab şəxs-
lərlə hesablaşmalar», «Müxtəlif debitor və kreditorlarla
Mühasibat uçotu A.H.Əliyeva
42
hesablaşmalar», «Mənfəət və zərər» hesabları və s. aiddir.
Bu hesablar aktiv hesab kimi çıxış etdikdə hesabın debeti,
debitor borcunun artmasını, krediti həmin borcun
azalmasını göstərir. Passiv hesab kimi çıxış etdikdə isə
hesabın krediti borcun artmasını, debeti isə həmin borcun
azalmasını əks etdirir. Balans tərtib edilən zaman debet
qalığı balansın aktivində, kredit qalığı isə passivində yazı-
lır. Məsələn, «Müxtəlif debitor və kreditorlarla hesablaş-
malar» hesabında əməliyyatın aparılması nəticəsində
debet qalığı yarandıqda debitor borcunu göstərir və müəs-
sisə balansının aktivində əks olunur.
Aktiv-passiv hesablarda sadə qaydada qalığı təyin et-
mək mümkün deyildir. Ona görə də həmin hesablar üzrə
analitik uçotun aparılması lazımdır. Analitik uçot hər bir
debitor və kreditor üzrə hesablaşmanın vəziyyətinə dair
(yəni alıcılar və mal satanlar haqqında) ətraflı informasiya
verir və həmin göstəricilər üzrə, yəni bütün alıcı və satıcı
təşkilatlar üzrə debitor və kreditorların məbləğlərini əks
etdirir.
Aktiv-passiv hesablarda hər bir hesab üzrə son debi-
tor borcunun vəziyyətini müəyyənləşdirmək üçün ilk qalı-
ğın (debitor borcunun ) üzərinə ay ərzində debitor borcu-
nun artmasını toplayıb həmin ay ərzində debitor borcunun
azalmasını çıxmaq lazımdır.
Aktiv-passiv hesablarda hər bir hesab üzrə son kredi-
tor borcunun vəziyyətini müəyyənləşdirmək üçün ilk qalı-
ğın (kreditor borcunun ) üzərinə ay ərzində kreditor borcu-
nun artmasını əlavə edib həmin ay ərzində kreditor borcu-
nun azalmasını çıxmaq lazımdır.
|