Mühasibat uçotu A.H.Əliyeva
38
Sxemdən göründüyü kimi, mühasibat hesabında
aşağıdakı elementlər əks olunur:
dövrün əvvəlinə qalıq (ilk qalıq);
dövr ərzində debet üzrə təsərrüfat əməliyyatları;
dövr ərzində kredit üzrə təsərrüfat əməliyyatları;
debet dövriyyəsinin cəmi;
kredit dövriyyəsinin cəmi;
dövrün sonuna qalıq (son qalıq).
Hesabın sol tərəfi debet (qısaldılmış şəkildə dt), sağ
tərəfi isə kredit (qısaldılmış şəkildə kt) adlınır. Hesabda
müəyyən dövrdə əks olunmuş debet və kredit üzrə yazılış-
ların yekunu, ilk və son qalıq (saldo) adlanır.
Hesablarda uçota alınan bütün obyektlər, yəni vəsait
və onun əmələgəlmə mənbəyi iki cür: ya artmağa, yaxud
azalmağa doğru dəyişilə bilər.
Təsərrüfat əməliyyatlarının mövcud qaydalara görə
artıb və ya azalmasının hesabda əks olunmuş yekunu
döv-
riyyə
adlınar. Beləliklə, hesabın debetində əks olunmuş
məbləğlərin yekunu onun debet dövriyyəsini, kredit hissə-
sində isə əks olunmuş məbləğlər kredit dövriyyəsini əks
etdirir.
Dostları ilə paylaş: