Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil



Yüklə 1,13 Mb.
səhifə60/85
tarix20.06.2022
ölçüsü1,13 Mb.
#117077
1   ...   56   57   58   59   60   61   62   63   ...   85
Müvəqqəti nikah (elmi araşdırma)

2. Məsumların hədisləri
Mütə nikahını halallığına etiqad bəsləyənlərin ikinci dəlili bu mövzuda məsumlardan nəql olunan hədislərdir. Bəllidir ki, mütə nikahının halallığını subut edən hədislər az deyil. Şeyx Müfid bu barədə yazır:
«اماالسنة: فالاجماع ثابت ان رسول الله (صلی الله علیه و آله و سلم) اطلق نکاح المتعةالمشروط بالاجل و اذن فیه، عمل به المسلمون فی حیاته ولد منه اولاد فی عصره».
“Sünnə: Ümmətin icması (yekdil rəyi) budur ki, Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) müəyyən olmuş müddəti mütə nikahının şərti elan etmiş və bu işi görməyə icazə vermişdir. Müsəlmanlar da onun həyatı dövründə bu nikah növünə əməl etmişlər. Belə ki, onun əsrində bu nikahdan uşaq da dünyaya gəlmişdir.”373
Ayətullah Xoyi də bu barədə yazır:
«فان استفاضةالروایات فی ثبوت هذا النکاح و تشریعه تغنینا عن تکلف اثباته و عن اطالة الکلام فیه».
“Bu nikah növünü isbat etmək və onun şəriət baxımından halal olduğunu subuta yetirmək üçün nəql olunmüş hədislərin çoxluğu (və Məhəmməd peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) zamanında səhabələrin buna əməl etməsi) bizim bu nikahın halallığını isbat etmək üçün zəhmətə düşüb sözü uzatmağımızı lazımsız edir.”374
Şeyx Mürtəza, Şeyx Tusi, Müqəddəs Ərdəbili, Əllamə Təbatəbai, Əyətullah Subhani, Ayətullah Milanı və başqa görkəmli din alimləri mütə nikahının halallığını isbat etmək üçün yuxarıda dediyimiz ayədən savayı məsumlardan nəql olunmuş hədis və rəvayətlərə də istinad etmişlər. Biz “Müvəqqəti nikah sünnədə” başlığı altında bu növ hədisləri qeyd etdiyimizə görə burada onları yenidən nəql etmirik və söhbətimizi mütə nikahının dəlilləri silsiləsində davam edirik.
3. İcma 375
Mütə nikahının halal olduğunu sübuta yetirmək üçün istifadə olunmuş dəlillərdən biri də “icma”dır. Keçən söhbərlərimizdə məlum olduğu kimi Məhəmməd peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) vəfatından sonra Ömər və bir qrup səhabə istisna olmaqla, səhabələrin əksəriyyəti, habelə tabeinlər mütə nikahının halallığına etiqad bəsləmiş və bir çox hallarda ona əməl etmişlər. Şiə məzhəbinin böyük alimləri ilə yanaşı əhli-sünnənin tanınmış alimləri də bu həqiqəti öz əsərlərində qeyd etmişlər. Onların arasında İbn Həzm, Abdullah ibn Qudamə, Zərqani və başqalarının adlarını çəkmək olar. Təəssüflər olsun ki, səhabə və tabeinin qabaqçıl nümayəndələri dünyadan gedəndən sonra xəlifə Ömərin davamçıları müxtəlif səbəblərə görə, xüsusilə də Ömərə bəraət qazandırmaq üçün mütə nikahının şəriət hökmü kimi tanınandan sonra haram olunmasını yayaraq, əsl mətləbi məxfi saxladılar. Biz keçən söhbətlərmizdə də bu barədə danışmışdıq. Əhli-sünnənin tanınmış nümayəndələri, o cümlədən Əhməd ibn Hənbəl, Malik ibn Ənəs, İbn Cüreyc və başqaları mütə nikahını haram bilməmişlər. Gördüyünüz kimi, İbn Cüreycin dəfələrlə mütə nikahı bağlaması tarixdə bir fakt kimi qalmaqdadır.
İcma barəsində İbn Hilli yazır:

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin