Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil



Yüklə 1,13 Mb.
səhifə59/85
tarix20.06.2022
ölçüsü1,13 Mb.
#117077
1   ...   55   56   57   58   59   60   61   62   ...   85
Müvəqqəti nikah (elmi araşdırma)

Dördüncü fəsil
Müvəqqəti evliliyin müvafiqləri və müxalifləri tərəfindən söylənilən dəlillər
Keçən fəsillərdə aydın oldu ki, mütə nikahı Əhli-beytin (əleyhimus-səlam), peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) səhabələrindən əksəriyyətinin, habelə görkəmli din xadimlərinin fikrincə halal və caizdir. Bu arada həmin nikahın düzgünlüyünü isbat etmək üçün müxtəlif dəlillərə də işarə etdik.
Hazırkı fəsildə bu nikahın əhli-sünnədən olan müxalif və müvafiqlərinin dəlillərini bəyan etməyi, sonra isə sünni müxaliflərin bu nikahı rədd etmək üçün söylədikləri şübhələrə cavab verməyi münasib bilirik.
Müxaliflərin dəlillərini bəyan etməzdən öncə bu nikahın müvafiqlərinin dəlillərini müxtəsər şəkildə qeyd edirik. Nəzərinizə çatdırmalıyıq ki, mütə nikahının halallığını söyləyənlər adətən “Nisa” surəsinin 24-cü ayəsinə, məsumlardan bizə çatmış hədislərə və əqli dəlillərə istinad etmişlər.
Müvafiqlərin dəlilləri
1. “Nisa” surəsinin 24-cü ayəsi
Mütə nikahının caiz olduğunu dəstəkləyənlərin bu nikahın isbatı üçün istinad etdikləri ilk dəlil “Nisa” surəsinin 24-cü ayəsidir. Bu alimlərin dediklərinə əsasən, mütə nikahı bu ayə vasitəsilə şəriətə daxil olmuş və başqa heç bir ayə onu nəsx etməmişdir. Xatırladırıq ki, biz keçən müzakirələrimizdə Məhəmməd peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) səhabələrinin və tabeinin mütə nikahı barəsindəki nəzəriyyələrini araşdırdığımıza görə bu hissədə həmin söhbətləri təkrarın etmirik, sonrakı əsrlərdə yaşamış alim və din xadimlərinin nəzərlərini öyrənirik.
Şeyx Müfid demişdir:
«الله تعالی بعد ذکر المحرمات فی النکاح(قال) « احل لکم ماوراء ذلکم ... فمااستمتعتم به منهن فاتوهن اجورهن فریضه»- فنطق الذکر الحکیم باباحة نکاح الاستمتاع علی الیقین»
“Allah-taala daimi nikahda haram olanları bəyan etdikdən sonra buyurmuşdur: “Bunlardan ayrıları... sizə halal edilmişdir. Mütə etdiyiniz arvadların kəbinlərini bir fərizə olaraq onlara verin! ” - Beləliklə, Qurani-kərim mütə nikahının halallığı barəsində açıq-aydın söz açmışdır.”363
Bundan əlavə, görkəmli din xadimləri, o cümlədən Seyid Mürtəza364, Şeyx Tusi365 və Müqəddəs Ərdəbili366 bu ayəyə istinad etmişlər.
Təfsirçi alimlərdən Əminül-islam Təbərsi demişdir:
«المراد به نکاح المتعة و هو النکاح المنعقد بمهر معین الی اجل معلوم و عن ابن عباس و السدی و سعید بن جبیر و جماعة من التابعین و هو مذهب اصحابنا الامامیة و هو الواضح لان لفظ الاستمتاع و التمتع و ان کان فی الاصل واقع علی الانتقاع والا لتذاذ فقد صار بعرف الشرع مخصوصا بهذا العقد المعین المسمی متعة فاتوهن اجورهن....».
“ İbn Abbas, Südey, Səid ibn Cübeyr, tabeindən bir qrupunun, həmçinin imamiyyə alimlərinin məsləkləri budur ki, ayədə mütə nikahı nəzərdə tutulmuşdur.(Bu aydın bir məsələdir.) Bu nikah növü müəyyən olunmuş mehriyyə əsasında və məlum müddətə bağlanır. Ayədəki “istimta” və “təməttö” əslində ləzzət almaq və bəhrə götürmək mənasınadır. Lakin şəriət baxımından belə bir əqd növünə məxsusdur. Xüsusilə də (qadınlara) aid olunanda...”367
Habelə Molla Fətullah Kaşani368, Seyid Haşim Bəhrani369, Əllamə Bəlaği370, Əllamə Təbatəbayi371 və başqa görkəmli din xadimləri372 öz əsərlərində oxşar məzmunlu sözlər söyləmişlər.
Mütə nikahının halallığına etiqad bəsləyən din alimlərinin hamısı bu nikahın isbatı üçün “Nisa” surəsinin 24-cü ayəsinə istinad etmişlər. Bu nöqtə tam aydındır. Hamı bilir ki, mütə nikahının caiz olduğunu dəstəkləyənlərin bu nikahın isbatı üçün istinad etdikləri ilk dəlil “Nisa” surəsinin 24-cü ayəsidir. Biz bu miqdarla kifayətlənir və bu alimlərin istinad etdikləri digər dəlilləri araşdırmağa başlayırıq.

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin