2. Malik ibn Ənəs Malikiyyə məzhəbinin imam və rəhbəri Malik ibn Ənəs də əhli-sünnə alimlərinin etirafına əsasən mütə nikahını halal bilmişdir. Sərəxsi bu barədə demişdir:
«هذا (نکاح المتعه) باطل عندنا و جائز عند مالک بن انس و هو ظاهر من قول ابن عباس.» Mütə nikahı bizim zənnimizcə batil və Malik ibn Ənəsin fikriycə caizdir. Ibn Abbasın dediklərinin zahiri də mütə nikahının halallığını çatdırır.342 Əhməd Eyni bu barədə yazır:
«قال مالک هو (نکاح متعه) جائز مباحاً» Malik demişdir ki, mütə nikahı caiz və mübahdır.343 3. Əhməd ibn Hənbəl Hənbəli təriqətinin banisi Əhməd ibn Hənbəlin sözlərindən bu qənaətə gəlmək olar ki, o, mütə nikahınıa qadağanı (haram edildiyini) qəbul etməmişdir. Mütə qadağasını ona isnad edənlər isə başqalarıdır. Mütə nikahı qadağasının bu şəkildə Əhməd ibn Hənbələ isnad edilməsi isə bu nukah növünü sual altına almaqdan başqa məqsəd daşımır.
Abdullah ibn Qudamə Əhməd ibn Hənbəlin mütə nikahı barəsindəki nəzəriyyəsi haqqında yazır:
«قال ابوبکر فیها روایة اخری انها مکروهة غیر حرام لان ابن منصور سأل احمد عنها یجتنبها احب الی قال فظاهر الکراهة دون التحریم». Əbubəkr demişdir: “Mütə nikahı barəsində digər bir hədis də mövcuddur ki, bu nukah növünün haram deyil məkruh olduğunu göstərir. Ona görə də İbn Mənsur Əhməd ibn Hənbəldən mütə nikahı barəsində soruşanda o, : “Mənim zənnimcə mütə nikahından pərhiz etmək daha yaxşıdır” – deyə cavab vermişdir”. Əbubəkr deyir ki, bu sözün zahiri mütə nikahının haram olması yox, onun məkruh olmasını göstərir.344 Bu da Əhməd ibn Hənbəlin mütə nikahı haqqındakı nəzəriyyəsi idi. Biz bu nəzəriyyəni müəyyən miqdarda tədqiq edib bu qənaətə gəldik ki, mütənin qadağan olması fikri əsasən Əhməd ibn Hənbələ digərləri tərəfindən aid edilmişdir. O, mütə nikahını haram bilməmişdir.
Əhli-sünnə alimləinin dedikləri İbn Aşur Məhəmməd ibn Tahir: İbn Aşur hicri-qəməri tarixi ilə on dördüncü əsrdə yaşamış əhli-sünnə təfsirçilərindəndir. Onun fikrincə, mütə nikahı zərurət halında caiz və halaldır. Əhli-sünnənin bu insaflı təfsirçisi öz təfsirində mütə nikahı ətrafında araşdırmalar apardıqdan sonra bu ayənin mütə nikahı barəsində nazil olduğunu etiraf edərək yazır: