Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə47/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   43   44   45   46   47   48   49   50   ...   113

● Ayə 84:


﴿إِنَّا مَكَّنَّا لَهُ فِي الْأَرْضِ وَآتَيْنَاهُ مِن كُلِّ شَيْءٍ سَبَبًا﴾

Həqiqətən, Biz yer üzündə ona (Zül-Qərneynə) qüdrət verdik, ona hər şeydən vasitə əta etdik.”



● Ayə 85:


﴿فَأَتْبَعَ سَبَبًا﴾

O, səbəb ardınca getdi (öz səfərinə başladı).”


Nöqtələr


● Həzrət Əlinin (ə) Bəlxli gəncə öyrətdiyi duada (“Məşlul” duası) oxuyuruq: “Ey Zül-Qərneyni sitəmkar padşahlara qalib edən Allah!” Həzrətdən nəql olunmuş bir hədisdə onun dilindən bildirilir ki, Zül-Qərneyndə padşahlıq və peyğəmbərlik nişanəsi vardı, haqqı batildən seçəcək həddə hər şeydən xəbərdardı, Allah şəhərləri və qəlbləri ona təslim etmişdi.1

● Zül-Qərneyn və Süleyman yer üzünə hakim olmuş iki mömin şəxs idi. Buxtun-Nəsr və Nəmrud isə əksinə, yer üzündəki kafir hakimlərdən idilər.2

● Allah Öz övliyalarına ilahi yolda istifadə üçün qüdrət verir. Həzrət Süleyman, Həzrət Yusif və bəzi möminlər bu qəbildəndir. Quran Allahın yaxşı bəndələri haqqında buyurur: “Onlar imkan və qüdrət verdiyimiz zaman namazı bərpa edən, zəkat ödəyən, yaxşılığa çağırıb, pisliyə qadağan qoyan kəslərdir.”1 Öz qüdrətindən batil yolda istifadə edənlər isə məzəmmət olunur və onların haqqında buyurulur: “Öz qüdrət və hakimiyyətlərindən sui-istifadə etdikləri üçün sizdən öncə çoxlarını məhv etdik.”2

Bildirişlər


1. Allah bütün varlıq aləmi və təbii amillərə hakimdir. O, istədiyinə imkan və qüdrət verir. Amma insan xoşniyyət və xoş tədbir sayəsində düzgün bəhrələnə bilir.

2. Bəzən Allah müəyyən şəxslərə bütün imkanları verir.

3. Təbiət nizamı səbəb və səbəbkar nizamıdır. Hər bir hadisənin səbəbi var və bu səbəbi müəyyənləşdirib sorağınca getmək lazımdır. Allahın xalis bəndələri də təbii səbəb və imkanlar vasitəsi ilə haqq məqsədləri izləməlidirlər.

4. İmkan və qüdrətdən də mühümü onlardan düzgün istifadə etməkdir.

5. Zül-Qərneyn həm imkanlara malik idi, həm də səbəblərdən istifadə qaydalarını bilirdi.

● Ayə 86:


﴿حَتَّى إِذَا بَلَغَ مَغْرِبَ الشَّمْسِ وَجَدَهَا تَغْرُبُ فِي عَيْنٍ حَمِئَةٍ وَوَجَدَ عِندَهَا قَوْمًا قُلْنَا يَا ذَا الْقَرْنَيْنِ إِمَّا أَن تُعَذِّبَ وَإِمَّا أَن تَتَّخِذَ فِيهِمْ حُسْنًا﴾

Elə ki, günəşin qürub yerinə çatdı, onun qara palçıqlı çeşmədə batdığını gördü. Onun yanında bir qövm tapdı. Dedik ki, «ey Zül-Qərneyn, ya onlara əzab ver, ya da onların arasında yaxşı yolu tut (hamısını bağışla).»”



Nöqtələr


● Pis qoxulu qara və isti palçıq “həmiə” adlanır.

Bildirişlər


1. Peyğəmbərlər və Allahın övliyaları problemlərin həlli və xalqın qurtuluşu üçün təkcə dua ilə kifayətlənməz, şəxsən qiyam qaldırardılar.

2. Agah və məqsədli səyahət bəyənilmişdir.

3. Zül-Qərneyn peyğəmbər idi. Çünki Allah ona müraciət edir.

4. Bəzən müdirlər və rəhbərlər üçün səlahiyyətlər müəyyənləşdirmək lazım gəlir. (Allah Öz övliyalarına müəyyən ixtiyarlar verir.)

5. Qərbdə küfrün uzun keçmişi var.

6. Peyğəmbərlər xalqdan kənarda dayanmamalıdırlar.



● Ayə 87:


﴿قَالَ أَمَّا مَن ظَلَمَ فَسَوْفَ نُعَذِّبُهُ ثُمَّ يُرَدُّ إِلَى رَبِّهِ فَيُعَذِّبُهُ عَذَابًا نُّكْرًا﴾

(Zül-Qərneyn) dedi: «Zülmkara əzab verəcəyik. Sonra Rəbbinə doğru qaytarılar Rəbbi ona ağır əzab verər.»”



● Ayə 88:


﴿وَأَمَّا مَنْ آمَنَ وَعَمِلَ صَالِحًا فَلَهُ جَزَاء الْحُسْنَى وَسَنَقُولُ لَهُ مِنْ أَمْرِنَا يُسْرًا﴾

İman gətirib saleh görənin isə üstün mükafatı var onun üçün Öz tərəfimizdən bir asanlıq müəyyənləşdirəcəyik.”



Bildirişlər


1. Küfr və şirk zülmdür. İman qarşısında küfr əvəzinə zülm sözü işlədilmişdir.

2. İslam hökumətinin müşriklərlə sərt davranmaq haqqı var.

3. Zül-Qərneyn sitəmkarların tövbə edəcəyinə ümid bəsləyirdi. Ona görə də cəzaya əl atmağa tələsmirdi.

4. Dünya əzabı axirət əzabına mane olmur.

5. Dünya cəzası məlumdur, axirət əzabı isə müəyyənləşməyib.

6. Yaxşılar və pislərlə eyni cür davranmaq olmaz. İstər fərdi, istər dövləti baxımdan bu prinsip əsas götürülür.

7. Zül-Qərneyn ilahi əmrlərin icraçısı idi. Ötən ayədə ona yaxşı davranış əmr olunur.

8. İlahi rəhbərlər xalqa asan qanunlarla hakimlik etməlidirlər.

9. Sitəmkarlarla sərt, möminlərlə mülayim rəftar ilahi rəhbərlərin üslubudur.

10. İlahi rəhbər və hakimin vəzifəsi ədalətin icrası, zülmlə mübarizə və ictimai məhdudiyyətləri müəyyənləşdirməkdir.

11. Təşviq və mükafatlandırmada cürətli olun. Cəzalandırmağa isə tələsməyin. “Sin” hərfi sürət, “sovfə” sözü isə təxir nişanəsidir.

● Ayə 89:


﴿ثُمَّ أَتْبَعَ سَبَبًا﴾

Sonra (Zül-Qərneyn növbəti səfər üçün) başqa səbəb sorağınca getdi.”



● Ayə 90:


﴿حَتَّى إِذَا بَلَغَ مَطْلِعَ الشَّمْسِ وَجَدَهَا تَطْلُعُ عَلَى قَوْمٍ لَّمْ نَجْعَل لَّهُم مِّن دُونِهَا سِتْرًا﴾

Nəhayət günəşin doğduğu yerə çatdı. Onu günəşdən başqa örtük qərar vermədiyimiz bir qövmə tülu edən halda gördü.”



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin