İSLAM
İMAMLARI
VƏ
RƏHBƏRLƏRİ
Keçən bəhslərdən nəticə aldığımız kimi, Peyğəmbərin
(s) vəfatından sonra islam ümməti arasında hökmən Allah
tərəfindən təyin olunan bir imam olmuş və olacaqdır.
Peyğəmbərdən (s) nəql olunan bir çox hədislərdə onların
xüsusiyyətləri bəyan edilmiş, sayları da göstərilmiş və
buyurulmuşdur ki, onların hamısı Qüreyşdən və
Peyğəmbərin (s) Əhli-beytindəndir;
2
onların axırıncısı
vədəsi verilən Məhdi Sahibəzzamandır.
1
1 “Biz onları imam qərar verdik ki, Bizim əmrimiz vasitəsilə
camaatı hidayət etsinlər; və yaxşı işlər görməyi onlara vəhy
etdik.” “Ənbiya” surəsi, ayə-73.
“Biz onların bəzisini səbr etdiklərinə görə imam qərar verdik
ki, camaatı Bizim əmrimizlə hidayət edirlər.” “Səcdə” surəsi,
ayə-34.
Bu kimi ayələrdən məlum olur ki, imam zahiri hidayət və
yolgöstərməkdən əlavə, bir növ mənəvi cazibə və hidayətə də
malikdir və bu da əmr və təcərrüd növündəndir. Onlar
zatlarının həqiqət, nuraniyyət və batinləri ilə insanlar arasında
layiqli olanların qəlblərinə təsir edir və onları kamal
mərhələsinə doğru hidayət edirlər.
2 Nümunə üçün:
Cabir ibni Səmrət nəql edir ki, Rəsuli-Əkrəmin (s) belə
buyurduğunu eşitdim: “Bu din 12 xəlifənin vasitəsi ilə həmişə
əziz olacaqdır.” Camaat təkbir dedi, sonra Peyğəmbər (s)
astadan bir söz dedi mən onu eşdə bilmədim. Atamdan
soruşdum ki, həzrət nə buyurdu. Atam cavab verib dedi:
219
Peyğəmbər (s) birinci imam olan Əli (ə)-ın imamətini
aşkar şəkildə buyurmuşdur.
Həmçinin Peyğəmbərdən (s) və Əli (ə)-dan ikinci
imamın imamətinə dair aşkar şəkildə göstəriş verilmişdir.
Hər bir imam özündən sonrakı imamın imamətinə dair
aşkar göstəriş vermişdir.
Bu hədislərin aşkar şəkildə buyurduğuna əsasən islam
imamları 12 nəfərdən ibarətdir və onların müqəddəs
adları aşağıdakı tərtiblədir:
1. Əli ibni Əbi Talib (əleyhissalam);
2. Həsən ibni Əli (əleyhissalam);
“Peyğəmbər (s) buyurur ki, onların hamısı Qüreyşdəndir.”
“Səhihi Əbi Davud”, 2-ci cild, səh-207; “Müsnədi Əhməd”, 5-ci
cild, səh-92 və bu məzmunda digər hədisləri də qeyd etmək
olar.
Salman Farsi deyir ki, Peyğəbərin (s) yanına getmişdim.
Hüseyn onun qucağında idi. Peyğəmbər onun gözlərini və
ağzını öpür və deyirdi: “Sən seyyid olğu seyyidsən, sən imam
oğlu imamsan, sən höccət oğlu höccətsən, sən doqquz höccətin
atasısan ki, doqquzuncusu onların qaimidir.” “Yənabiul-
məvəddət”, Süleyman ibni İbrahim Qənduzi, yeddinci çap, səh-
308.
1 Bax: “Əl-qədir” (Əllamə Əmini), “Ğayətul-məram” (Seyyid
Haşim Bəhrani), “İsbatul-hudat” (Məhəmməd ibni Həsən Hürr
Amili), “Zəxairul-uqba” (Muhibbuddin Əhməd ibni Əbdillah
Təbəri), “Mənaqib” (Xarəzmi), “Təzkirətul-xəvass” (Sibt ibni
Covzi), “Yənabiul-məvəddət” (Süleyman İbrahim Hənəfi),
“Fusulul-muhimmə”
(İbni
Səbbağ),
“Dəlailul-imamət”
(Məhəmməd ibni Cərir Təbəri), “Ən-nəssu vəl-ictihad” (Seyyid
Şərəfuddin Musəvi), “Üsuli Kafi” (Məhəmməd ibni Yəqub
Kuleyni), “Əl-irşad” (Şeyx Mufid).
220
3. Hüseyn ibni Əli (əleyhissalam);
4. Əli ibni Hüseyn (əleyhissalam);
5. Məhəmməd ibni Əli (əleyhissalam);
6. Cəfər ibni Məhəmməd (əleyhissalam);
7. Musa ibni Cəfər (əleyhissalam);
8. Əli ibni Musa (əleyhissalam);
9. Məhəmməd ibni Əli (əleyhissalam);
10. Əli ibni Məhəmməd (əleyhissalam);
11. Həsən ibni Əli (əleyhissalam);
12. Həzrəti Məhdi (əleyhissalam).
|