16.2. Nut Əhəmiyyəti. Nut ərzaq və yem bitkisi kimi becərilir. Toxumunda çoxlu zülal və 4,5% yağ
vardır. Onu bişirilmiş halda yeyirlər və kofe hazırlayırlar.
Ərzaq məqsədi üçün ağ toxumlu nut becərilir. Tünd rəngliləri
isə heyvandarlıqda yem məqsədilə becərilir. Nutun gövdə və
yarpaqlarında çoxlu miqdarda quzuqulağı və alma turşusu
olduğundan nə yaşıl kütləsi, nə də gövdəsi (
quru halda ) yem
kimi istifadə olunmur, qoyunlar müstəsna olmaqla.
Tarixi. Nut ən qədim tarixə malik olan bitkidir. Bizim
eradan xeyli əvvəl Hindistanda, Yunanıstanda və Qədim
Romada becərilib.
Nut VI-VII əsrlərdə Cənub-Qərbi Asiyadan və Aralıq
dənizi
sahillərindəki
ölkələrdən
Zaqafqaziyaya
və
Azərbaycana gətirilərək becərilməyə başlanılmışdır.
Yayılması və məhsuldarlığı. Dənli-paxlalı bitkilərin
əkin sahəsinə görə nut 3-cü yeri tutur. Dünya sistemində onun
əkin sahəsi 12 milyon hektara yaxındır ki, onun da 8 milyon
hektarı Hindistanın payına düşür.
Nut İranda, Türkiyədə, Çində, Fransada, İraqda,
Mərakeşdə çox əkilir. Orta Asiya respublikaları, Zaqafqaziya,
Ukrayna, Rusiyanın Mərkəzi-qaratorpaq zonası, Qərbi Sibir
və s. nut becərilir. Onun məhsuldarlığı hər hektardan 30-40
sentnerə çatır.
Ondan Şərq ölkələrində bir çox xörəklər hazırlanır.
Xəstəlik və zərərvericilərdən az zərər çəkir.
Botaniki təsviri. Nut paxlalılar (
Fabaceae ) fəsiləsinin
Cicer cinsinə aiddir. Nutun becərilən mədəni növü
cicer arietinium adlanır (27 növü var). Birillik bitkidir. Hündürlüyü 60 sm-ə çatır. Gövdəsi düz, yerə
yatmayan olub qabırğalıdır. Yarpaqları mürəkkəb, təklələkvaridir. Çiçəkləri tək-tək yerləşir. Çiçəyi
qırmızı-bənövşəyi, sarımtıl-yaşıl, açıq-çəhrayı və mavi rənglidir. Respublikamızda ağ, çəhrayı və
mavi rəngli çiçəyi olan formalar üstünlük təşkil edir. Meyvəsi paxladır. Paxlada 1-2 ədəd, bəzən
artıq dən olur.
Şəkil 17. Nut:
budağın yuxarı
hissəsi, meyvələri və toxumları.