Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Fotosintezin limitlənmiş amilləri



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə34/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   30   31   32   33   34   35   36   37   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Fotosintezin limitlənmiş amilləri.
Nə üçün əkinlərdə bitkilər fotosintetik fəaliyyətin 
göstəricilərinin optimal səviyyəsinə çatmır yaxud vegetasiyanın ayrı-ayrı dövrlərində onlardan 
əhəmiyyətli dərəcədə uzaqlaşır? Fotosintetik fəaliyyətin hansı elementləri müxtəlif amillərin 
təsirinə daha çox məruz qalır? Buna görə də M = FP · FXM düsturundan, biokütlənin məhsulu 
(eləcə də məhsulun qiymətli təsərrüfat hissəsi) bu göstəricilərdən bir başa asılıdır. Adətən bitkinin 
həyat şəraitinin yaxşılaşması zaman (optimal qida rejimi və rütubətlə təmin olunma) boyatma 
prosesi güclənir, yarpaq səthi çoxalır. Bu halda yarpaqlar biri-birini güclü kölgələndirir buna görə
FXM aşağı enir. 
Mədəni bitkilərin əksəriyyəti C

tipinə aiddirlər,
hansı ki, işıqlanma intensivliyindən doyan 
zaman CO
2
qatılığı artdıqca fotosintez güclənir.
C

tip bitkilərə ikinci qrup taxıllar – qarğıdalı, sorqo, darı, çəltik və şəkər qamışı aiddirlər. 
Onlarda işıqdan doyma və fototənəffüs müşahidə edilmir, lakin CO
2
ilə kompensasiya nöqtəsi son 
dərəcə aşağıdır. C

bitkilərinə nisbətən C
4
bitkilərində yarpaq səthi artan zaman FXM xüsusilə 
yüksəkdir. Ultra tezyetişən soya sortlarında determinant boy atma tipi adətən daha yüksək FXM ilə 
xarakterizə olunur. Həmçinin yarpağın anatomik quruluşu və istiqaməti, eləcə də forması əhəmiyyət 
kəsb edir. Ensiz yarpaq lüpin sortunda digər lüpin növünün sortlarına nisbətən FXM adətən 
yüksəkdir.
Hesab edilir ki, əgər yuxarı yarpaqlar gövdəyə iti bucaq altında istiqamətlənibsə, dənli 
bitkilərin əkinlərində fotosintez prosesi daha yaxşı həyata keçir. Seleksiya prosesində 
yaxşılaşdırılmış şəkər çuğundurunun torpaq səthinə sərilmiş yarpaq rozetlərinin tədricən qıfabənzər 
formaya keçməsi, müəyyən edir ki, müasir sortlar bol məhsul verən əkinlər yaratmağa qabildirlər. 
Bitkinin generativ və vegetativ orqanlarının nizamlanma
qabiliyyəti böyük əhəmiyyətə 
malikdir, onun bu qabiliyyəti plastik maddələrin yarpaqlardan həmin orqanlara axmasını 
fəallaşdırır. 
Tezyetişən formalar üçün FP 1,5 – 2,0 min m
2
· gün/ha, orta müddətdə yetişənlər üçün 2,5-3,0 
və gecyetişənlər üçün 3-5 min m
2
· gün/ha təşkil etməlidir.
Bir tip dairəsində tez yetişən FP-ın artması yarpaq səthinin boy artım tempinin sürətlənməsi 
yolu ilə və onun maksimum böyüməsi ilə baş verə bilər. Bitki sıxlığı bu göstəricilərə təsir edən 
amillərdən biridir. Lakin yarpaqların hədsiz (ölçüsüz) böyüməsi onların kölgələnməsi güclənən 
zaman reproduktiv orqanların formalaşması üçün mənfi amil ola bilər. 
Nəmlik amili ilə optimal təmin olunma zamanı, böyümə prosesləri məhdudlaşır, mineral 
qidalanma səviyyəsi təchiz olunur. Yüksək məhsul almaq üçün mineral qida elementləri ilə yüksək 
dərəcədə, ilk növbədə azotla təmin olunma zəruridir. Deməli, buğda bitkisi 5 ton dən məhsulu ilə 
torpaqdan 170-200 kq azot aparır. Lakin kifayət qədər nəmlik olan zaman azotun yüksək norması 
bitkinin vegetativ orqanlarının inkişafını gücləndirir və yarpaq səthinin böyüməsi optimal ölçüdən 
üstün olur, bitki yatır, məhsuldarlıq azalır.
Əsas vasitə əkinlərdə (senoz) nəmlik və gübrədən istifadənin səmərəliliyini yüksəltməklə 
sortlar yaradılması, fotosintezdə və məhsuldarlığın artırılmasında - bitkinin yenidən genetik əmələ 
gəlməsi, hansı ki, onlarda vegetativ orqanların böyüməsi məhduddur, lakin generativlər - köhnə 
sortlara nisbətən əhəmiyyətli dərəcədə daha yüksəkdir.
Ona görə də müasir seleksiyanın 
istiqamətlərindən biri, təkmilləşmiş becərilmə şəraitinə cavab verən, məhsulun qiymətli hissəsini
yüksəldən səmərəli sortların yaradılmasıdır.
Bitkinin ontogenezində cücərtilər alınandan yetişmənin başlanğıcına qədər 4 bioloji 
əsaslıandırılmış dövrə bölünür: 1) çıxışlar – çiçəkləmənin başlanğıcı; 2) çiçəkləmə və meyvələrin 
əmələ gəlməsi; 3) meyvələrin böyüməsi; 4) toxumun yetişməsi. Birinci dövrün əsas çıxış yolunun 
göstəricisi FP və yarpaq səthidir; ikinci - vegetasiya dövründə maksimum yarpaq səthi, sahə vahidi 


37 
hesabına (1 m
2
) bu dövrdə FP və əmələ gəlmiş meyvələrin miqdarıdır. Əmələ gəlmiş meyvələrin 
miqdarı birbaşa birinci FP və xüsusən ikinci dövrün FP ilə bir-birinə münasibətdədir.
Üçüncü dövrdə (meyvələrin böyüməsi) yarpaqların səthi yavaş-yavaş azalmağa başlayır, lakin 
orta hesabla yüksək səviyyədə saxlanır; meyvələrin böyüməsi hesabına biokütlənin intensiv artması 
davam edir, hansı ki, dövrün sonuna maksimum böyüklüyə çatır. Nə vaxt ki, toxum yetişir üçüncü 
dövrün sonuna qalan toxum və meyvələrin miqdarı, fotosintezin göstəriciləri və dördüncü dövrdə 
bitkiyə azotun daxil olmasından asılıdır. Əkin fotosintetik sistem kimi ikinci və üçüncü dövrlərin 
müddətində xüsusən aktiv fəaliyyət göstərir. Bu vaxt birinci dövrün bərabər uzun müddətli 
davamında, vegetasiya ərzində 60-70% biokütlə və həmin miqdarda da maksimum azot toplanır. 
Beləliklə, hər bir sonrakı dövrdə işin səmərəliliyi yalnız bu dövrün aqrometeoroloji 
şəraitindən deyil, lakin əkinlərin əvvəlki dövr fəaliyyətinin nəticələrindən asılıdır. Əkinlərin inkişaf 
etdirilməsinin son göstəricisi - toxum məhsulu və onun keyfiyyəti – bitkinin boy və inkişafı 
prosesində əkinin ardıcıl vəziyyətindən asılıdır.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin