Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə349/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   345   346   347   348   349   350   351   352   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

 
 
22.3. BİRİLLİK PAXLALI YEM OTLARI 
Birillik yem otları təyinatı və istifadəsinə görə müxtəlifliyə malikdir. Kifayət qədər nəmlik 
olan bölgələrdə bu otlar yaxşı herik bitkisidirlər. Məsələn, gülül-vələmir qarışığı ilə dincə qalmış 
məşğullu herik tarlası, çoxlu əla yem almağa və vaxtlı-vaxtında payızlıqların əkini üçün tarlanı azad 
etməyə imkan verir. 
Uzun müddət aparılmış altıtarlalı yemçilik növbəli əkinində gülül-vələmir qarışığı ilə dincə 
qalmış məşğullu herik tarlası ildə hektardan 250 sentner yaşıl kütlə məhsulu vermişdir.
Birillik taxıl otları kövşənlik əkinlərdə və ot çalımı qismində istifadə olunur. Kifayət qədər 
istilik və nəmlik olan ərazilərdə taxılların yığımından sonra, gülül-vələmir və noxud-vələmir 
qarışığı hektardan 150 sentner yaşıl kütlə məhsulu alınmasına imkan verir. 
Birillik yem otlarının içərisində elə növlər var ki, inkişafının başlanğıcında yavaş-yavaş 
böyüyürlər və kifayət qədər yüksək kölgəliyə dözmək qabiliyyətinə malikdirlər. Təcrübədə bu 
bioloji xüsusiyyətdən istifadə edilməklə otların üçqat qarışığı səpilir. Xüsusən yazlıq gülülün 
vələmir və Sudan otu ilə əkini müvəffəqiyyətlə uyğunlaşır. Belə uyğunlaşmada birinci biçinin yaşıl 
kütləsi gülül və vələmirdən, lakin ikinci və növbəti biçinlərdə Sudan otunun gövdəsi və 
yarpaqlarından ibarət olur. 
 
Birillik otlar vegetasiya müddətlərinin qısa olması ilə fərqlənirlər, bu cür əlamət, uzun dövr 
ərzində heyvanları yaşıl yemlə təmin etmək üçün onların müxtəlif müddətlərdə səpilməsinə imkan 
verir. Qısa və uzun vegetasiya dövrləri olan yem bitkilərinin becərilməsi eyni zamanda 
heyvandarlıqda yaşıl yemlərdən istifadə müddətinin uzadılmasını təmin edir. Bir sıra birillik ot 
növləri (yazlıq gülül, səpin lərgəsi, yem paxlası) tərkibində çoxlu miqdarda zülal və əvəzedilməz 
amin turşuları (xüsusən lizin) olan yüksək dən məhsulu verirlər.
Birillik otlar suvarma şəraitində daha çox məhsul vermək qabiliyyətinə malikdirlər.
Şəkil 47. Birillik paxlalı otlar

soldan səpin gülülü, pırpızlı gülül və seradella


301 
Azərbaycanda heyvandarlığı inkişaf etdirmək üçün möhkəm və sabit yem bazasının 
yaradılmasında çoxillik ot bitkiləri ilə yanaşı, birillik yem bitkilərinin rolu olduqca böyükdür. 
Çünki, birillik yem bitkiləri yalnız yüksək keyfiyyətinə görə deyil, eyni zamanda, bir sıra müsbət 
bioloji və təsərrüfat xüsusiyyətlərinə görə müvəffəqiyyətlə becərilir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   345   346   347   348   349   350   351   352   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin