Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə350/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   346   347   348   349   350   351   352   353   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

 
 
22.3.1. Yazlıq Gülül 
 
Əhəmiyyəti.
Yazlıq gülül Azərbaycanda həm yazda, həm də payızda becərilir. Gülülün yaşıl 
kütləsi, quru otu heyvanlar üçün yüksək qidalı yemdir. Onun otunda, yaşıl kütləsində və dənində 
zülali maddələr çoxdur. Gülülün quru maddəsində 11,5-19,0%, yaşıl kütləsində 69%, quru otunda 
isə 66% protein vardır. Yemin tərkibi karotinlə zəngindir. 1 kq yaşıl kütləsində 56,2-78,5 mq 
karotin vardır. 
Toxumun tərkibində 28-30% protein vardır ki, bu da vələmirdən 3 dəfə artıqdır. Gülülün 
toxumlarından qüvvəli yemlərin hazırlanmasında istifadə olunur. Vegetasiya müddəti qısa 
olduğundan yaşıl konveyerdə istifadə etmək mümkündür. 
Botaniki təsviri. 
Gülülün 85 növü mövcuddur. Əsasən 2 növü Yazlıq və Payızlıq gülül 
becərilir. Yazlıq gülülün (
Vicia sativa L.)
üzərində çoxlu kökcükləri olan mil kökü vardır. 
Kökcüklərdə çoxlu rizobium (fır bakteriyaları) var. Gövdəsinin hündürlüyü 50-60 sm, hətta 100 sm-
ə çatan nazik, çoxüzlü və yerəyatandır. Yarpaqları mürəkkəb, cütlələkşəkillidir, nəhayəti cüt lələklə 
yaxud bığcıqla qurtarır. Hər lələkdə 4-8 cütə qədər yarpaqcıq olur. Çiçəkləri yarpaq qoltuğunda 
cüt-cüt yerləşir. Çiçəyinin quruluşu digər paxlalılarda olduğu kimidir və rəngi bənövşəyidir. Öz-
özünü tozlayandır. Meyvəsi paxladır, dalğavarı və əyilmiş formada olur. Paxlanın uzunluğu 6-7 sm-
ə çatır. Paxlanın rəngi qonuru və qara olur. Toxumları şarşəkilli, sarımtıl, qara və qoz rəngində olur. 
Qınlarda (paxlada) 7-9-a qədər toxum olur. Dənin mütləq kütləsi 45-55 qr-a qədərdir. 
Bioloji xüsusiyyətləri.
Gülülün toxumları 2-3 
0
C temperaturda cücərməyə başlayır. 
Cücərtilər 6-7 
0
C yaz şaxtalarına yaxşı dözürlər. Yazlıq gülül istiliyə tələbkar deyil. Vegetativ 
orqanların əmələ gəlməsi üçün optimal temperatur 12-16 
0
C-dir, toxumun yetişməsi üçün isə 16-20 
0
C-dir. Cücərtilər alındıqdan 5-6 gün sonra əsas gövdənin aşağı hissəsində budaqlar əmələ gəlir. 
Bitki möhkəmləndikdən sonra bu budaqlar məhv olur. Gülülü yem üçün becərdikdə faydalı 
temperaturun cəmi 900 
0
C, toxum üçün isə 1900 
0
C-yə bərabərdir. 
Yazlıq gülül nəmliyə tələbkar bitkidir. Suya maksimum tələbatı çiçəkləmə fazasında başlayır. 
İllik yağıntıların miqdarı 450-500 mm olan bölgələr gülül becərilməsi üçün əlverişli hesab olunur. 
Vegetasiyanın birinci mərhələsində gülül nisbətən zəif inkişaf edir. Lakin, qönçələmə, və 
çiçəkləmə fazalarında çox intensiv böyüyür. Gövdəsi uzun müddət bərkimir. Ona görə də mal-qara 
onu iştahla yeyir. Gülül 40-60 gündə çiçəkləyir, 55-70 gündə biçilir, toxumu isə 75-120 günə 
yetişir. 
Gülül bir ton quru ot məhsulu yaratmaq üçün torpaqdan 15-17 kq kalium, 6 kq fosfor, çoxlu 
miqdarda kalsium, maqnezium və molibden aparır. Bu bitkini müxtəlif torpaqlarda becərmək 
mümkündür. Nəmliklə təmin olunmuş torpaqlarda daha yaxşı inkişaf edir. Torpağın reaksiyası 
pH=5,0-6,5 gülül üçün əlverişlidir.
Çiçəkləmənin başlanğıcında gülül məhsulun təxminən 43-45%-ni toplayır. Maksimal quru 
kütlə məhsulu paxla əmələgəlmə fazasına düşür. Çiçəkləmənin başlanğıcına qədər bitkinin 
hündürlüyü 50 sm-i keçmir, lakin paxlalar əmələ gələn zaman 80 sm-ə çatır. Paxlaların əmələ 
gəlməsi zamanı yerüstü kütlədə daha çox miqdarda protein və digər qida maddələri toplanır. Yazlıq 
gülülün budaqları (gövdəsi) tədricən qabalaşır, ona görə də onu paxla bağlama fazasında yığmaq 
lazımdır. 
Vegetasiya müddətinin uzunluğu hava şəraitindən və sortdan asılı olaraq quru ot məqsədi ilə 
55 gündən 70 günə qədər və toxum məqsədi ilə becərdikdə 75 gündən 120 günə qədər tərəddüd 
edir. 
Yazlıq gülül uzun gün bitkisidir. Günün uzunluğu 13 saat olduqda generativ orqanların 


302 
formalaşması dayanır. Bununla eyni zamanda bitkinin boyu da qısalır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   346   347   348   349   350   351   352   353   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin