tərəfdarıdır. Gələcəkdə baş verə biləcək peşmançılıqların
qarşısını almaq
üçün evlənmək istəyən insan, nəzərdə
tutduğu qadını şəriət çərçivəsində kamil tanımalıdır.
Həzrət Peyğəmbər (s) evlənmək istəyən yaxın
adamlarından birinə buyurur: «
Əvvəlcədən ona bax. Bu,
aranızdakı məhəbbətin dərinliyinə səbəb olar
».
Əlbəttə ki, şəriət o şəxsə baxmaq icazə verir ki, onun bu
qadınla evlənmək fikiri ciddi olsun. Evlənməyə qadın
axtarmaq
məqsədi ilə baxmaq, caiz deyil. Hətta icazə
verildiyi təqdirdə, şəhvətlə baxmaq haramdır.
Sual 158:
Qonaqdan ac olduğunu soruşmaq olarmı?
Cavab:
Həzrət Peyğəmbər (s) buyurur: «
Qonaq behişt
bələdçisidir
»
1
. Qonağa ehtiram
göstərilməsi o qədər
əhəmiyyətlidir ki, İslam qonağı səmadan enmiş hədiyyə
kimi təqdim edir. Həzrət Peyğəmbər (s) buyurur: «
Qonaq
öz ruzisi ilə gəlir və ailənin günahlarını özü ilə aparır
».
Qonağa böyük əhəmiyyət verilməsi ilə yanaşı, onu
təmtəraqla qəbul etmək nəhy olunur. İslam qonağın sadə
şəkildə qəbul edilməsini tövsiyə edərək məsləhət görür ki,
ev sahibi olanını
müzayiqə etməsin, qonaq bunda artıq
qəbulun intizarında olmasın.
İmam Sadiq (ə) buyurur: «
Qonaqdan yemək yeyib-
içməyəcəyini soruşmayın. İmkan çatan həddə süfrə
açın
»
2
. Açılmış süfrəni kasıb bilərək, təhqir etmək caiz
deyil. «Sizə layiq süfrə aça bilmədim» demək olmaz. İmam
Sadiq (ə) buyurur: «
Dostları ilə paylaş: