Sual 163: Quran möminləri qələbə ilə müjdələdiyi
halda, nə üçün bəzi möminlər şəhadətə yetişir?
Cavab: «Qələbə» sözünün mənası olduqca genişdir.
«Səffat» surəsinin 172-ci ayəsində möminlərə belə bir vədə
verilir: «
Onlar mütləq qalib gələcəklər ». Bəs nə üçün
imam Hüseyn (ə) Kərbəla vaqiəsində şəhadətə yetişdi?
Şəhadəti məğlubiyyət hesab etmək olarmı?
Təsəvvür edin ki, bir peyğəmbər düşmənlə döyüşdə
şəhadətə yetirilib. Amma onun dini cəmiyyəti öz təsiri
altına alaraq, batil əqidələrə qalib gəlib. Diqqət etsək görərik
ki, həmin peyğəmbər əslində qalib gəlmişdir. Qələbə bir
insanı yox, onun əqidəsini sındırmaqdır. Bəli, imam Hüseyn
(ə) Kərbəlada qətlə yetirildi. Lakin bütövlükdə Kərbəla
vaqiəsi İslamın taleyində tarixi dönüş nöqtəsinə çevrildi.
Qələbənin digər bir növü, tədrici qələbədir. Belə bir
qələbə əsrlərcə davam edən mübarizədən, neçə-neçə
nəsillərin şəhadətə yetişməsindən sonra əldə edilir.
Ən əsas nöqtələrdən biri isə, əbədiyyət məsələsidir.
Yəni dünya səadəti axirət səadəti demək deyildir. 70 illik bir
ömürü xoşbəxt yaşayan insanı, xoşbəxt adlandırmaq olmaz.
Əsl xoşbəxtlik axirət xoşbəxtliyidir. Əgər imam Hüseyn (ə)
şəhid olaqla behiştə gedirsə, demək qalib gəlir. Yox, onu
qətlə yetirən Şimr cəhənnəm oduna bələnirsə, demək
əslində məğlub olur.
Sual 164: Gözdəymə həqiqətdirmi?
Cavab: Bir çox insanların gözündə xüsusi bir təsir
olduğu barədə gəzən söz-söhbətlərdə həqiqət varmı?
Həzrət Peyğəmbərdən (s) bu barədə soruşulduqda, o
buyurdu: «
Qəzavü-qədəri qabaqlaya biləcək şey gözdəymədir »
1
.
1
«Məcməül-bəyan», 10-cı cild, səh. 341.
150
Yəqub peyğəmbər öz övladlarını məhz gözdəymədən
qorumaq məqsədi ilə deyir: «