Qonağın da öz vəzifələri vardır.
Qonaq ona göstərilən
yerdə oturmalı, ev sahibinin narahatçılığına səbəb olacaq
hərəkətlərə yol verməməlidir.
Sual 159:
İnsan öz ömrünü necə uzada bilər?
Cavab:
Bu sual bəşər tarixi boyun insanları
düşündürmüşdür. Amma bu sahədə araşdırma
aparan
əksər tədqiqatçılar, məsələyə sırf fizioloji baxımdan
yanaşmışlar. İslam dini fizioloji amillərin insan ömrünə
təsirini
nəinki inkar etmir, hətta bu sahədə göstərişlər də
verir. İnsanın normal
yuxu və qidalanma rejimi, onun
ömrünün uzunluğunda əhəmiyyətli rol oynayır.
Amma bundan da əhəmiyyətli amillər vardır. Həzrət
Peyğəmbər (s) buyurur: «
Allah yolunda sədəqə və
qohumları yoxlamaq evləri abad edib, ömürləri
uzadar
»
1
.
Həzrət (s) öz buyuruqlarında zinanı məhkum edərək
buyurur: «
Ey müsəlmanlar, zinadan çəkinin. Onun altı
pis nəticəsi vardır ki, üçü dünyada, üçü isə axirətdədir.
Zinanın dünya həyatındakı üç təsiri bunlardır: insanın
nurunu aparar, kasıblıq gətirər, ömürü qısaldar
»
2
.
Demək, ömürünün qısalmasından ehtiyatlanaraq
ekoloji saf qidalara üstünlük verən insan, öz mənəviyyatına
da nəzər salmalıdır. İnsanın
şərab içib-içməməsinin, zina
edib-etməməsinin, qadının hicablı olub-olmamasının Allah
üçün heç bir faydası yoxdur. İslam
dinində nəzərdə
tutulmuş bütün həddlər, yalnız və yalnız insanın dünya və
axirət səadətini təmin etmək üçündür.
Sual 160:
Ruhlarla əlaqə saxlamaq mümkündürmü?
1
«Təfsiri Nurus-səqəleyn», 4-cü cild, səh. 354.
2
«Səfinətul-bihar», 2-cild, səh.23.
147
Cavab:
«Fatir» surəsinin 22-ci ayəsində buyurulur:
«Dirilərlə ölülər eyni deyillər. Şübhəsiz ki, Allah (haqq
sözü) istədiyi şəxslərə eşitdirər. (Amma ey Peyğəmbər) sən
isə qəbirlərdə olanlara eşitdirən deyilsən».
Bədr döyüşündə öldürülmüş kafirlərə müraciətlə
danışan Peyğəmbər (s), Ömərin etirazı ilə qarşılaşdı. Həzrət
(s) «onların ki, ruhu yoxdur»
deyən Ömərə belə cavab
verdi: «
Mənim dediklərimi siz onlardan yaxşı
Dostları ilə paylaş: