Soldan: Ə.Şamil, Makedoniyalı şair N.D.Ülkü
və Bolqarıstanlı araşdırıcı-qəzetəçi İsmailÇavuşev.
N.D.Ülkünün əsas mövzusu uşaq ədəbiyyatı olsa da, onun qələminin məhsulu olan ictimai-siyasi məzmunlu məqalələr, milli ruhlu şerlər oxucuların yaddaşında dərin iz buraxıb.
Nusret bəylə bir axşam yeməyi vaxtı tanış olduq. Bir süfrədə əyləşmişdik. Adını, soyadını bildirən lövhəni yaxasına taxmadığından kim olduğunu, haradan gəldiyini də bilmirdim. Mənim yaxamdakı yazıdan Azərbaycanlı olduğumu biləndə, Bakıdan, Azərbaycan şairlərindən, onlardan etdiyi tərcümələrdən söz saldı, çalışdığı dərginin Bakıdakı “Göyərçin” dərgisi ilə əlaqəsindən söhbət açdı. Söhbətindən Yuqoslaviya Türklərindən olduğunu öyrənə bilsəm də, qısa cavablarla kifayətlənib, onun kimliyini bir az ətraflı müəyyənləşdirməyə çalışırdım.
Şair təbiətindən irəli gələn coşğunluğundan, bir az da içdiyi rakının təsirindən ilhamla danışırdı. Azərbaycan iqtidarının apardığı islahatlardan, onun millətçiliyindən, demokratikliyindən danışdıqca ürəyimdən “Hacdan gələn mən, xəbər verən sən” məsəlini ucadan söyləmək keçirdi. Yadıma zindanlarda çürüyən, vətəndən didərgin salınan, vətəndə qalıb da minbir sıxıntı və basqı altında yaşayan milli Azadlıq hərəkatı fəalları düşürdü. Susa bilməyəcəkdim. Süfrə arxasında da qanqaraldıcı söhbətə yol vermək istəmirdim. Düşündüm ki, yəqin keçmişin nostalgiyası ilə yaşayan Yuqoslaviya kommunistlərindəndir. Sakitcə yeməyi yarıda qoyub getdim. Özlüyümdə sabah sakit bir vaxtda söhbəti davam etdirməyi qərara aldım.
Nə qədər sakit getsəm də, süfrə yoldaşlarım narazılığımı hiss ediblərmiş. Səhər N.D.Ülkü məni görəndə ərklə gəlib görüşdü. Bu dəfə yaxasında yazılmasına baxmayaraq adını, soyadını söylədi və bərkdən: Kapital dünyası qəzetəçilərinin “Kommunizm dinozavrı” adlandırdığı insanın dəyişib demokratikləşdiyinə inanmağım nə tez qəlbinə dəydi. Siz gedəndən sonra süfrə başında xeyli müzakirə etdik. Görünür, son illərdə oxuduqlarımız qısa müddətli olsa da, bizlərin də düşüncələrində bir dəyişiklik yaradıb - dedi. Mən də eyni ton, eyni səmimiyyətlə: Ülkü, takma adı ilə tanınan şairin “Kommunizm dinozavrı”nın belə tez dəyişə biləcəyinə inanmasına üzüldüm, - dedim.
- Boş ver. Ona ben de inanmaram. Sizlerde de mi takma isim lafı kullanılır?
- Hayır, bizlərdə ədəbi dil adlandırdığımız dildə təxəllüs, ləqəb, məhəlli ağızlarda isə ayama deyirik. Axşam siz konuşanda takma ad lafını kullandığınıza görə mən də bu gün onu təkrarladım.
Beləcə söhbətimiz axarına düşdü. Axşam yeməyindən sonra sakit bir guşədə əyləşib dərdləşməyi qərarlaşdırdıq. Planımız pozulmadı. Axşam qarşımızda qəhvə fincanları, Nusret bəyin arzusu ilə bir az da “Yeni rakı” olmaqla söhbətə başladıq. Qəzetçilikdən gələn xasiyyətim özünü büruzə verdi. İcazə istəyib diktofonumun düyməsini basdım. Aşağıdakı söhbəti də həmin lent yazısı əsasında hazırladım. Nusret bəy isə onun haqqında bilgimin olmasından bir az heyrətləndiyini bildirib dedi:
- Necati Zekeriyye Bakıda bir kaç kere olmuşdu. Elə düşünürdüm Bakıda təkcə onu tanıyarlar, bizləri tanımazlar. Biz də Necati bəylə birlikdə çalışdıq. Nə yazıq ki, Bakını görmək mənə qismət olmadı. Sizin “Göyərçin” bizim “Sevinc” çocuk dərgimizin konuğu olanda şerlərin və yazıların çoxunu mən hazırladım. Elə çox Zorluqda qa qalmadım. Azərbaycan Türkcəsi bizə çox yaxındı. Anlaşılmayan söz çox az olur.
- Nusret bəy, adınızın mənasını anlayıram. Bizdə də Nüsrət adı çoxdur. Ülkü sözünün də mənasını bilirəm. Bizdə bu sözün farsca qarşılığı daha çox işlənir. Bəs soy adınızdakı Dişo nə anlamındadır?
- Onu deyim ki, mən Ülkü takma adını bu gün Türkiyədə moda şəklini almış Ülkücülərdən öncə almışam. 60-cı illərdə sosialist ölkəsində Ülkü takma adını götürmək çox zor bir iş idi. 1960-cı ildə “Sevinc” çocuk dərgisi bir konkurs elan etdi. Mən də ora Ülkü takma adımla göndərdiyim şerlə qatıldım və birincilik qazandım. O zamandan yazılarımı “Ülkü” diye imzalayıram.
Çocuk yazarı olmaq çox zor. Yuqoslaviyaya, Azərbaycana baxmayın, Türkiyədə çocuk ədəbiyyatı bizlərdəki kimi ön səflərdə deyil. Düzeysiz bir şəkildədir. Məncə, çocuk şeri ədəbiyyatın ən Ağır türüdür. Ədəbiyyata çocuk şerilə başladığımdan ən böyük Ağırlığım da çocuk şerinədir. Məndə düzyazı (nəsr) azdır. “Üç kedi” adlı bir çocuk romanım var. Yardımçı dərs kitabı kimi oxunmaqdadır. Türkiyənin “Koza” və “Çocuk Vakfı” yayınlarında basılıb, makedoncaya da çevrilib.
O ki qaldı, soyadımın Dişo olmasına, Türkiyədə belə bunu fransızcadan gəlmə sanırlar. Əslində öz Türkcəmizdədir. Bizim tərəflərdə adamlar baba adından çox ləqəblə tanınırlar. Dədəmin dişləri dışarıya çıxıbmış, ona görə də dişdən gələn həmin sözü qısaldıb Dişo ediblər. Bu gön bizlərdə də Türkiyədə olduğu kimi adları qısaldıb İbo, Mamo və s. edirlər.
- Nusret bəy, siz Yuqoslaviyada bir millətçi şair kimi tanınırdınız...
- Yalnız Yuqoslaviyada deyil, Türkiyədə də. Mən Türkiyədə bilinməyən bir şair deyiləm. 1959-cu ildən İstanbuldakı “Varlık”, Ankaradakı “Türk dili” dərgilərində şerlərim yayınlanıb. Bakıdan, Bolqarıstandan gələn arkadaşlar mənim şerlərimi milliyyətçi şer hesab edir və heyrət edirdilər ki, mən həmin şerləri necə yayınladıram.
1967-ci ildə “Türkcəm” adlı bir şerim yayınlandı. Bu şerin özəti bu günkü Türk dünyasını dilə gətirir. Balkanlardan Anadoluya, Azərbaycana, Türküstana, Altaylara gibi mənim dilimdə danışıldığını yazırdım. Bir sözlə şerlə dilimizin coğrafiyasını cızmışdım. Otuz il öncə bu gönki Türk dünyasını şerimlə təsvir etdim. Şair 30 il, 50 il öncəni görməlidi. Bu gün millətçi şer yazmaq moda halını alıb.
1974-cü ildə Rumlar Kıbrısda Türkləri öldürəndə onu protesto edən “Koçaklama” adlı bir şer yazıb yayınlattım. Şerdə Kıbrıs, Rum, Türk adı çəkmədim ki, senzorun diqqətini çəkməsin. Oxuyanların hamısı nə söylədiyimi anladı. Arif Aqo və başqa arkadaşlarımız ilk dəfə Kıbrısda rumlar və yunan əsgərləri tərəfindən öldürülmüş Türk çocukların, ixtiyarların, qadınların şəkilləri ilə bərabər “Birlik” qəzetində yayınlatdılar. Oradan da Yuqoslaviyanın, eləcə də Avropanın bir çox qəzetləri alıb yayınladılar.
- Nusret bəy, “Koçaklama” şeriniz yadıma “Tito Koçaklaması” kitabınızı saldı. Bir millətzi kimi sizdən xəbər almaq istəyirəm: - Nədən XİX yüzilin başlanğıcında Balkanlarda Türklər Qafqazdakından daha sıx yaşadığı halda, bu gün onların nə Cümhuriyyəti var, nə özərk diyarları, nə də bir milli mahalı, vilayəti. Amma Qafqazda Türklərin heç olmasa Azərbaycan kimi bir Cümhuriyyəti, Kabarda-Balkar kimi özərk Cümhuriyyətləri, Karaçay-Çərkəz kimi muxtar vilayətləri var.
Ruslar Qafqaza da, Balkanlara da XIX yüzilin başlanğıcında basqın etmişdilər. Anlaşmaların tarixinə baxsaq, eyni zamana düşür. Bu gön Sovetlər Birliyi kimi Yuqoslaviya da dağılır. Bütün xalqlar öz haqqını istəyir. Amma nəinki keçmiş Yuqoslaviyada, Balkanların heç bir yerində Türklərin səsi eşidilmir.
- Çok Doğru. Mən də bu xüsusda baş qaldırıram. Ankaraya belə - TRT-yə şerlər göndərdim. Kosova Türkü, Makedoniya Türkü səsini duyurdu. Makedoniyada digər xalqlar o qədər irəli getdi, biz şimdi geri kaldık. Biz Türk olaraq heç bir zaman halımıçdan şikayətlənmədik. Amma bu o demək deyilki, haqqımıçı istəmədik.
Kosovadakı Türklərin ən böyük korkusu və anlata bilmədikləri durum nədən ibarətdir? Nə Sırpları dəstəkləyə bilirdik, nə də Arnautları. Arnautlar müslüman olaraq Türklərə “Sırplara qarşı gəlin, bizimlə olun, haqqımızı alalım” diyordular. Sırplar da “Biz hökumətik, bizimlə olun, Arnautlara karşı” diyordular. Türklər onlara tarafsızlık etdilər “Sizin davanızdır!” - dedilər.
Dostları ilə paylaş: |