Gazim Ağuşa qalasında N.Kamalın büstü önündə – soldan Sivas Universitetinin müəllimi, dos. dr. Doğan Kaya,
Qaqauz şairəsi Tudora Arnaut, Ə.Şamil.
Siz çok iyi bir şeyə barmaq bastınız. Bu çok iyi, çok gözəlbir sorudur. Balkanlardakı Türklərin son yüzildəki durumları çok kötüdür, Balkandakı Türklər hər zaman itirmiş... 1947-ci ildə Türklər bir Yücəlpartisi kurmuş. Konuşulur ki, sözdə Cümhuriyyət istəmişlər, amma başarılı olamamışlar. Balkan Türkləri hər zaman kəndi halına buraxılmış. Maaləsəf, bu, Ana ölkə (Türkiyə Respublikasını nəzərdə tutur - Ə.Ş.) tərəfindən buraxılmış.
Yuqoslaviya dağılandan sonra ən zavallı qalan biz — Türklərik. Ankaraya getdiyimiz, şikayət etdiyimiç zaman deyirlər: - “Siz bizdən sayılırsınıç, amma bizi ilgiləndirən dağılan Sovetlər Birliyindəki Türk Cümhuriyyətləri və Türk toplumlarıdır. Onlar kalabalık, siz azsınız.” Türk Türkdür, istər az olsun, istər çox.
Məni də bu düşündürür. Bundan böylə bizim də kəndimizə sormamız lazım: - “Nədən Balkan Türkləri get-gedə yozlaşıyor? Azalır və yozlaşıyor”. Bunu Ana ölkənin də düşünməsi lazım.
Bizdə bir örgütlənmə olmamış, hiss edilməmiş. Gerçəkdən bu soru çok önəmli. Bizdə şimdiyə kadar heç kimsə bunu konu etməmiş. İlk dəfə siz bunu yada saldınız. Bundan belə mən də düşünəcəyəm və başqalarına da çatdıracağam, həm də düşündürəcəyəm ətrafımı. Gerçəkdən bu karşılaştırmayı yapmadık. Hətta bu bir simpozium konusudur. Ən ətli-kəmikli konu bu.
- Nusret bəy, ölkələrimizin, xalqlarımızın taleyində oxşarlıq çoxdur. Rusiya Qafqaza özü qoşun yeridib işğal edirdisə, Balkanlarda serbləri, yunanları, bolqarları və başqa xalqları açıq və gizli dəstəkləyir, onları qızışdırır, qiyama təhrik edir, sonra da onlara kömək adıyla özü müdaxiləyə keçirdi. Avropa da, Rusiya da Osmanlı dövlətini məhv etmək üçün var gücü ilə çalışırdı. Ən çox dini faktoru önə çəkir, Osmanlıların müsəlman, Balkan xalqlarının xristian olduğunu xüsusi vurğulayırdı.
Qafqaz, xüsusən də Azərbaycan Rus orduları tərəfindən işğal olunanda, Rusiya hətta Türk olan xristian Qaqauzları da öz tərəfinə çəkərək, onları ata-baba yurdlarından köçürüb Bucak çölünə - indiki Moldova Cümhuriyyətinə, oradan qovulmuş, sürgün edilmiş noqayların yerinə gətirdi.
Aradan yüz illər keçdi. Balkan xalqları da, Qafqazlıların bir qismi də aldadıldıqlarını anladılar. İndi yenə Türkiyə tərəfə üz tuturlar. Bununla isə nə Rusiya razılaşmaq istəyir, nə də dünyanın başqa gücləri.
Amma zaman da öz işini görür. İmperiyalar bir-birinin ardınca çökür. Bu çöküntünün xarabalıqları altında qalmamaq üçün biz Türklər də ayıq olmalı, bir-birimizə yardım etməliyik. Mədəniyyətimizi, dilimizi, tariximizi ortaya qoymalıyıq.
- Doğru söylədiniz. Bir az da canı yakan söylədiniz. Bayaq “Tito Koçaklaması” kitabımı da araya gətirdiniz. O kitab mənim zamanla uyuşan görüntüm idi. Millətçi yazılarıma yol açmaq üçün onları yazdım. O çətin günlərdə mən “Atatürk koçaklaması”, “Bayrağımız” kibi şerlər də yazdım.
Sizləri də ona görə çox sevdim ki, heç şeyə göz yummursunuz. Mənə elə gəlir biz Balkan Türkləri olaraq Azərbaycanlılarla daha doğma, daha səmimiyik. İlk cana yaxın sizlərsiniz. Çabuk dostlaşa bilirik. Üsküp yaxınlığında Türkmən olduqlarını bilən köylər var. Görünür, bir soydan gəldiyimizdən bir-birimizə çox yaxınız. Bu gün sizi bir görməmlə 30 il öncə görmüş gibiyim.
Nusret bəylə Balkandakı Türklərin ədəbiyyatı, bu günkü durumu ilə bağlı xeyli söhbətləşdik. Gənc yazıçı və şairlərdən söhbət döşəndə Nusret bəy onların istedadını yüksək qiymətləndirsə də, gələnəyə (ənənəyə) bağlı olmadıqlarından, çox modern olduqlarından gileyləndi. Son gönədək Nusret bəylə sözümüz-söhbətimiz səmimi və şirin keçdi.
Gəzİntİlər
Konfrans iştirakçılarının Lefkoşaya səyahəti, necə deyərlər, ayaqüstü oldu. Şəhərə yaxınlaşanda özümdən asılı olmayaraq, Mehmet Leventin keçən dəfə gələndə eşitdiyim və nəqəratı elə həmin andaca yaddaşıma hopmuş “Lefkoşa” şerini pıçıldamağa başladım. Ətrafımdakılar mənim şer deməyimə hay-küylə cavab verdilər. Danışanların, söhbətə qoşulanların çoxu Mehmet Leventin yeni şerinə - “Lefkoşa, beni duyuyor musun?”a üstünlük verirdi. Sonra bildim ki, mənimlə bir avtobusda olanlar 1998-ci ilmartın 4-də Doğu Akdeniz Üniversitesi Kıbrıs Araştırmaları Merkezinin keçirdiyi I Uluslararası Kıbrıs və Balkanlar Türk Edebiyyatları Sempozyumunun iştirakçılarıdır. Orada oxunan şerləri də İsmail Bozkurt, Ayşen Dağlı və M.Kansu “Şiir gecesi” adlı bir topluda çap etdiriblər. Toplu da konfrans iştirakçılarına bağışlanıb. Mənim isə vaxtım olmadığından o kitabları gözdən keçirə bilməmişdim. Toplunu tələsik açıb Mehmet Leventin “Lefkoşa, beni duyuyor musun?” şerini oxuyuram:
Bırakıp gitsem seni
kılın bile kıpırdamaz bilirim
benimse gözüm arkada kalır
bir boşluğa yuvarlanır giderim
hasretine en çok on gün dayanırım
on gün sonra basmaz mı bir efkar
deliler gibi canım çeker seni
aşkı sende tattım
çocuk masumluğunda
kar beyazlığında
hep sevda içinde çırpınıp durdu
küçük bir kuş gibi yüreğim
tahta parçalarına şiirler yazıp
kapısının önüne bıraktığım günler
ona hep böyük aşklardan söz ederdim
gizli gizli arzular uyanırdı içimde
utanır söyleyemezdim
Derken
cinselliğe ilk uyanışım
Ömerge mahallesi
7 numaralı ev
balık eti sarışın bir kadın
adı Mariya
omuzlarına dökülen sarı saçları
içimi gıdıklayan kıvrımları
ve şakağında simsiyah beniyle
onu hala unutmadım
sonrası bildiğin gibi
barikatlar, kum torbaları, uykusuz geceler
yasemin ve barut kokusu sinmiş buruk sevdalar
evlilik, çoluk-çocuk, ekmek kavgası
meyhanelerinde çakırkeyif sarhoşluğum
yarım yamalak söylediğimiz şarkılar
“olmaz ilaç sine-i sad pareme
çare bulunmaz bilirim yareme”
sırası mıydı şimdi deme
nereden aklıma geldiyse
böyle ayrıntılara takılıp kalmak
ama ayrıntı deyip de geçme
Çünkü ayrıntılar
molekülleridir yaşamın
bırakıp gitsem seni
arkamdan bir kova su bile dökmezsin
yine de dönüp dolaşıp
bir gün sana döneceğimi bilirsin
domuz gibi de bilirsin ya
derdin bana söyletmek
hasretine en çok on gün dayandığım
on gün sonra efkarına düştüğüm
deliler gibi canımın çektiği...
Kıbrısda Lefkoşa dənizdən kənarda, adanın Mərkəzində yerləşdiyindən limanı yoxdur. Burada şəhərlərin əksəriyyəti dəniz sahilindədir.
Gİrneyə Doğru
Lefkoşadan Girneyə yol alırıq, adanın Quzeyi boyu uzanan Karpaz silsiləsinin Beşbarmaq dağlarına Doğru qalxırıq. Dərədəki kiçik bir dəryaça diqqətimi çəkir. Bu, adada Gördüyüm yeganə sututardır. Təxminən, Naxçıvandakı Sirab dəryaçası böyüklükdə olar. Ətrafında kolluqlar, təkəm-seyrək ağaclar var. Sıx meşə örtüyünə rast gəlmirik. Karpaz dağ silsiləsinin Quzey yamacı ormanla örtülubmüş. Bir neçə il öncə baş vermiş yanğın nəticəsində məhv olub. Mütəxəssislərin fikrincə, şam ormanını öncəki görkəminə qaytarmaq üçün azı yüz il vaxt gərəkdir.
Dostları ilə paylaş: |