Regional geologiyanin öYRƏNİLMƏ MƏSƏLƏLƏRİ


Sakit okean hərəkətli- orogen qurşağı



Yüklə 0,75 Mb.
səhifə30/95
tarix31.12.2021
ölçüsü0,75 Mb.
#112959
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   95
REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021

Sakit okean hərəkətli- orogen qurşağı böyük və geniş ərazini tutur. Həmin ərazidə o Sakit okeanın bir kənarından digər kənarına çıxır. Qurşaq çevrə

şəklində Sakit okeanı haşiyəyə alır. Qurşağın xarici sərhədləri qitələr üzərindən keçən iri tektonik çatlarla müəyyən olunur. Burada kənar çökəkliklər, nəhəng vulkan mənşəli zolaqlara malikdir. Qurşaq hüdudlarında iki viləyət ayrılır: Şərqi Sakit okean hərəkətli– orogen geosinklinal vilayəti, Qərbi Sa-kit okean hərəkətli- orogen geosinklinal vilayəti.

Bu iki hərəkətli- orogen geosinklinal vilayət hər iki sahildə qitə kənarlarında yerləşir və okean içərilə-rinə doğru düşür.

Sakit okean qurşağının eni müxtəlif sahələrdə fərqlidir. Cənub yarımkürəsində 2000 km- ə çatır. Digər sahələrdə isə azalaraq 1000- 600 km təşkil edir. (Şimali And dağları zonası) Şimal yarımkü-

rəsində onun eni kəskin böyüyür və 7000- 8000 km- ə qədər artır. Bu kənar dənizlərin hesabına baş verir. Qurşağın Amerika və Asiya qitəsi sahili boyu uzanması özünü iki yarım çevrə kimi göstərir: Asiya- Avstraliya (Qərbi Sakit okean), Amerika ( Şərqi Sakit okean).

Bu hərərkətli- orogen qurşağın qərb hissəsi Av-roasiya və Avstraliya materiklərinin şərq kənarlarını əhatə edir. Burada materikə tərəf çıxan Berinq,

Oxot, Yapon, Şərqi və Qərbi Çin, Filippin, Banda, Sulavesi, Koral, Fici, Tasman və d. dənizlər qitə kə-narlarına söykənir. Qitələr üzərində qurşağın sərhəd-di böyük tektonik çatlarla müəyyən olunur.

Beləliklə Sakit okean qurşağının nəzərdən ke-çirilən bu sektoru hüdudlarında okean istiqamətində geosinklinal formasiyaların yaşı cavanlaşmaya doğru gedir. Qərb vilayətdə Sakit okean çökəkliyini haşi-yəyə alan Sakit okean hərəkətli qurşağının digər hissəsi Şimali və Cənubi Amerika sahillərinin dağlıq zonalarını özündə cəmləşdirir ki, buda Şərqi Sakit okean vilayətini təşkil edir. Alyaskanın cənubundan və Aleut ada qövslərindən şimala doğru və Sakit okean qurşağının Transamerika sahəsindən keçən sistem cənubda onun Asiya- Avstraliya hissəsilə bir-başa, qurşağın qərb hüdudlarında ayrı- ayrı seqme-ntlərə bölünür. Həmin seqmentlər geoloji inkişaf tarixi ilə və quruluşu ilə bir-birindən ayrılır. Şimalda Şimali Amerika materikinin qə rb kənarı boyunca müxtəlif dağ tikililəri uzanır. Bu dağ tkililəri Şimali Amerika kordelyerlərinə uyğun gəlir. Cənubda yəni Mərkəzi Amerika sahəsində Karib dənizi adaları yerləşir.





Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin