Regional geologiyanin öYRƏNİLMƏ MƏSƏLƏLƏRİ



Yüklə 0,75 Mb.
səhifə28/95
tarix31.12.2021
ölçüsü0,75 Mb.
#112959
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   95
REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021

Şimali Atlantika qurşağı mezo- proterozoy- paleozoyda Şərqi Avropa və Şimali Amerika platformalarını bir- birindən ayırmışdır. Qurşağın cənubi- qərb sahəsi üzərində Aralıqdənizi qurşağı ilə təmasda olmuşdur. Şimali Atlantika qurşağının strukturlarının qalıqları Atlantik okeanının hər iki sahili boyu izlənilir.

Qurşağın qırışıqlıq strukturları şərqdən başlaya-raq Şimali Amerika platformasını (Qrenlandiya adasının şərq sahillərinin kaledonitləri, Şimali Appalaçlar, Cənubi Appalaçların hersin struk-turları) və şimali- qərbdən Şərqi Avropa platfor-masını (Şpisbergenin kaledonitləri, Skandinaviya və Britaniya) haşiyəyə alır.

Şimali Atlantika qurşağının quruluşunda səlis simmetriya müşahidə olunur. Bu onunla izah olunur ki, şərqdə o Şimali Amerika və qərbdə isə Şərqi Avropa platformasını Qrenvil tektonik maqmatik aktivizasiya zolağı ilə haşiyələnmişdir. Qurşaq böyük sahədə kaledon strukturlarının çıxıntıları ilə əmələ gətirilmişdir. Ancaq onun cənubi- qərbində qı-

rışıqlığın yaşı cavanlaşır, hersin kimi özünü göstərir. Qərbdə bu qurşaq Skandinaviya kaledonidləri isti-qamətində uzanır. Burada xarici zona qeyd olunur. Strukturları təşkil edən süxurlar ordovik və silur yaşlı ofiolitlər və terrigen- vulkan mənşəli çökün-tülərdən ibarətdir. Hesab edilir ki, Skandinaviya kaledonitləri strukturu Baltik qalxanının kənarlarını örtən örtük seriyalarıdır. Kaledonitlər daxilində bir sıra tektonik strukturlarda platforma bünövrəsində metamorfik komplekslərin çıxışları qeyd olunur. Atlantik okeanın digər tərəfində Şpisbergen kəsi-lişləri tipli süxurları xatırladan kaledonitlərin sim-metrik qurulmuş strukturları qeyd olunur. Həmin əmələgəlmələr qırışıqlıq örtükləri sistemlərini əmələ gətirir və Kanada- Qrenlandiya qalxanı istiqamətin-də uzanır. Bu strukturların davamı kimi Şimali Appalaç dağ tikililəri özünü göstərir. Həmin sahə Kanada- Qrenlandiya qalxanının cənubi- şərq kənarına söykənir.



Arktika qurşağı Şimal Buzlu okeanın şimal kənarı boyu uzanır. Onun qırışıqlıq strukturları sis-temi nisbətən zəif öyrənilmişdir. Sərhədləri şərtidir. Digər qurşaqlarla müqayisədə tam dəqiq deyildir. Bu

qurşağa adətən Şimali Qrenlandiyanın erkən paleo-zoy qırışıqlıq strukturları aid edilir. Həmin struktur-lar Atlantik qurşağı tərkibinə daxil olan Şərqi Qren-ladiya kaledonitləri ilə təmasdadır. Qərb istiqamə-tində Şimali Qrenladiya kaledonitləri İnnuit qırışıq-lıq sisteminin orta paleozoy kaledonidləri ilə əvəz olunur. Şimali Qrenlandiya və İnnuit qırışıqlıq sis-temləri cənubdan Şimali Amerika qədim platforması ilə məhdudlanır. Qərbdə İnnuit sisteminin paleo-zidləri Boford dənizinin suları altında gizlənir. Şimala doğru Sibir platformasının şimal kənarında Taymır qırışıqlıq sistemi yerləşir ki, buda Arktika qurşağının növbəti parçasıdır. Şimali Taymırın baykalidləri və salairidləri platforma örtüyü ilə örtülmüşdür, erkən mezozoy qırışıqlığı nəticəsində

deformasiya uğramışdır. Bu qurşağın ən qərb parçası Rusiyadakı Yeni Torpağın erkən kimmeridləridir.

Beləliklə Arktika qurşağı özünü qədim platfor-malar və daha xırda massivlərlə əhatəyə alınmış çev-rə kimi göstərir. Dünya tektonik xəritəsinin tərtibat-çılarının fikrinə görə qədim platforma olan Hiperboreyin qalıqlarının Arktika hövzəsi daxilində qalması güman edilir. Buraya həmçinin Novosibirsk

adalarının şimali şərq hissəsini Şərqi Sibir şelfini şimal hissəsini və Çukot Çukot yaylasını və Mende-leyev qalxıntısını da aid etmək mümkündür. Hiper-borey qədim platforması mezozoy və kaynozoyda parçalanmaya məruz qalmış, nəticədə dərin su çökəklikləri və rift zonaları formalaşmışdır.


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin