Rəhman və Rəhim olan Allahın adı ilə


«81. Atanızın yanına qayıdıb deyin: “Ata! Oğlun, həqiqətən, oğurluq etdi.»



Yüklə 3,81 Mb.
səhifə273/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   269   270   271   272   273   274   275   276   ...   532
«81. Atanızın yanına qayıdıb deyin: “Ata! Oğlun, həqiqətən, oğurluq etdi.» Siz ona gördüklərinizi danışın. «Biz ancaq bildiyimiz şey barəsində şahidlik edirik. Biz qeybi mühafizə edən deyilik. 82. Olduğumuz şəhərdən də, birlikdə gəldiyimiz karvandan da soruş.» Qardaşımızın oğurluq etdiyinə görə əsir götürülməsi haqqında sənə dediyimiz bu xəbər, Misirdə yayılmışdır və bizimlə gələn karvanın da bundan xəbəri vardır.(Mənə)__yalnız_gözəl_(tükənməz,_dözümlü)'> «Biz, həqiqətən, doğru danışanlarıq!»

«O dedi: Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etdi. (Mənə) yalnız gözəl (tükənməz, dözümlü) səbr (gərəkdir)Məsələ heç də sizin dediyiniz kimi deyil. O oğurluq edə bilməz. Çünki bu onun əxlaqı və adəti deyil. Həqiqətən «sizin öz nəfsiniz sizi bu işə sövq etdi. (Mənə) yalnız gözəl (tükənməz, dözümlü) səbr (gərəkdir)İbn İshaq və digər alimlər deyirlər: "Onların Binyaminə qarşı etdikləri səhlənkarlıqları Yusufa qarşı edilən səhlənkarlığa oxşar olduğu üçün ataları onlara belə münasibət göstərirdi." Bu bəzi sələflərin sözündə də öz əksini tapmışdır: "Pisliyin mükafatı ondan sonra gələn pislikdir."

Sonra o belə dedi: «Ola bilsin ki, Allah onların (oğlanlarımın) hamısını» Yusufu, Binyamini və Rubini «mənə yetirsin! O, həqiqətən, (hər şeyi) biləndir,» mənim vəziyyətimi və sevdiklərimdən uzaq düşməyimi bilir. Qədərimə bunları yazmaqda, etdiyi işlərdə «hikmət sahibidir!» kamil hikmət və qəti dəlillər yalnız Ona məxsusdur.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   269   270   271   272   273   274   275   276   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin