Rəhman və Rəhim olan Allahın adı ilə


«Onlar and içib söz verdikdə



Yüklə 3,81 Mb.
səhifə266/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   262   263   264   265   266   267   268   269   ...   532
«Onlar and içib söz verdikdə (Yəqub): “Allah dediyimizə şahiddir!” – dedi.» o sövdələşməni təsdiqlədi, əhdi xatırlatdı. Bununla o övladı üçün ehtiyatlı davranmış oldu. Onsuzda xəbərdarlıq etməklə qədərin qarşısını almaq mümkün deyil. Əgər onun və əhl-əyalının ərzağa ehtiyacı olmasaydı heç vaxt əziz övladını onlarla yollamazdı. Lakin qədərin öz hökmü vardır. Uca Rəbb istədiyini qədərdən edir. O istədiyini seçir və istədiyini də hökm edir. O Hikmətli və Biləndir.

Ataları onlara şəhərə bir qapıdan girməməyi, ayrı-ayrı qapılardan girməyi tapşırdı. Deyirlər ki, o onlara göz dəyməsin deyə belə demişdi. Çünki onların hamısı yaraşıqlı və gözəl idilər. Bəziləri isə deyirlər ki, bunu deməkdə məqsədi o idi ki, bəlkə ayrı-ayrı qapılardan daxil olanda Yusuf haqqında bir xəbər eşidərlər.



Birinci məna daha uyğundur. Ayədə də belə deyilir: «mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm.» Qarşıdakı ayədə isə belə deyilir: «68. Onlar ataları (Yəqubun) əmr etdiyi kimi (Misirə ayrı-ayrı qapılardan) daxil olduqda (bu) Allahın qəza-qədərini əsla onlardan dəf edə bilmədi, ancaq Yəqubun ürəyində bir diləyi yerinə yetmiş oldu. Şübhəsiz ki, Yəqub onu (vəhylə) öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların (kafirlərin) əksəriyyəti bilməz!»


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   262   263   264   265   266   267   268   269   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin