****** ****** ******
Çox güclü zərbəylə havaya vurulmuş topun qalxışı
Cəmilənin gözlərini çəkib ardınca apardı. Əvvəlcə hesab edirdi
top qalxıb-qalxıb, qayıdanda bir də həyətin o tərəfinə vurulduğu
öz yerinə düşəcək, amma top üzü bəri gəlməyə başlayıb gəlib-
gəlib məktəb həyətinin ortasında qurulmuş hündür turnikdə iki
əli üstə yer ilə paralel ana gəlmiş düm qırmızı idmançı geyimli,
ortasına orta əsrlərin şərq pəhlivanları kimi nəsə gümüşü rəngə
çalan materialdan qayrılmış çox enli kəmər bağlamış başı
qırxıq oğlanın başına dəyəcək yerdə nə təhər oldusa dəyməyib
yerə düşdü; təzədən sıçrayıb əlində şallaq tutmuş yerli bir
cavanla ona qarşı-qarşıya dayanmış iki tələbə qız arasından
keçıb nə onlara, nə də onların yanına toplaşmış tələbə oğlan-
ların heç birinə dəyməyərək su kranından su dolduran xalatlı
qızın doldurub kənara qoyduğu vedrəsinin düz içinə gəldi,
amma yen
ə necə oldusa içinə düşməyib vedrəni aşıraraq təzə-
dən atılıb bir-birilə sınaşan iki oğlanla azarkeşlərinin aralığın-
dan keçd
i diyirlənə-diyirlənə gəlib Cəmilənin kürsü qoyub
əyləşdiyi ikinci mərtəbədəki balkonun düz qarşısında həyətdə
əyləşmiş Nərgizgilin skamyalarının altına keçdi. Cəmilə
gülmək istəyirdi ki, top gəlib Nərgizin baldırına dəyib səksən-
dirəcək bacılığını, amma top elə Nərgizin baldırına dəyəcək
anda necə oldusa Nərgiz ayağını o yerdən çəkdi, top maneəyə
rast gəlməyib skamyanın altına keçdi. Nərgizgil heç bilmədi də.
Onların başı əli çəlikli qocaya qarışmşdı. Qoca deyirdi 1905-cı
ildə onun əlli yaşı varmış, qızlar da inanmaq istəmirdilər:
-
Ay baba, elə şey olmaz, bir az azalt.
-
Bəlkə qırx imiş baba?
-
Qırx da olmaz ay qız, qırx da elə əllinin tayı deyilmi?
-
İyirmi olarmış yəqin, iyirmi!
Məktəb həyətinin başındakı meydançada futbol oynayan
ikinci-
üçüncü kurs tələbələrinin oyunu şirin yerdə kəsilib
yarımçıq qalmışdı. Kürəyinə "9" rəqəmi yazılmış oglan hasarın
10
arxasından başını dikəldib uğunurdu: görünür o topun
haralardan keçib haraya gəlib düşdüyünü Cəmilədən başqa
görmüş ikinci adam idi. Oğlan gülməyinu bir təhər yığışdırıb
cır səslə Nərgizlə yanaşı oturmuş Arzunu çağırırdı:
- Arzu, ay Arzu! Arzu, ay Arzu!..
Arzu çətin eşidəcəkdi onu, Arzunun başı qocaya
qarışmışdı:
-
Onda nə qədər eləyir yaşın, baba?
Hesab eləyin də qızım, yüz iyirmini keçib mənim
hesabımda.
- Vay-y Allah ba-a-y!
Doqquz nömrəli oğlan Arzudan vaz keçib əli şallaqlı
oğlanla söhbətləşən qızları səslədi:
-
Tünzalə, ay Tünzalə...
Qızlardan biri yüyürüb onun yanına getdi. Futbolist oğlan
ağız açıb hələ ona bir söz deməyə macal tapmamış qız nəsə
hüdüləyirdi, tez-tez də qayıdıb əli şallaqlı oğlanı göstərirdi.
O
ğlanı meydançada gözləyən yoldaşları darıxdırırdı,
şallaqla maraqlanmağa vaxtı yoxdu, görünür, xahiş elədi ki,
Tünzalə gedib Arzugilin skamyası altına düşmüş toplarını
gətirib atsın bu taya. Tünzalə yüyürüb Arzugilin yanına çata-
çatda Arzu yerındən qalxıb nəsə ona dedi, qucaqlayıb yanında
əyləşdirdi və deyəsən də top məsələsi Tünzalənin yadından
çıxdı.
Doqquz nömrəli oğlan turnikdə nömrə göstərən düm
qırmızı, kəmərli oğlana tamaşa edən xalatlı qızı çağırdı:
-
Nəcibə, Nəcibə!
Nəcibə yüyürüb hasarın dibinə getdi, o da oğlana söz
deməyə macal verməyib qayıdıb indi də turnikdən ayaqları ilə
tutub təpəsi üstə sallanan qırmızı geyimli idmançını göstərərək
əlini yanına çırpdı.
Doqquz nömrəli oğlanın marağı toplarındaydı, toplarının
ardınca göndərdi Nəcibəni. İndi də Nəcibə yüyürüb skamyaya
çata-
çatda qızlardan biri durub onu qucaqladı, nəsə söyləyib
11
çəkib dizinin üstündə əyləşdirdi. Görünür çox maraqlı söhbət
gedirdi orda və doqquz nömrəli oğlan gördü top Nəcibənin də
yadından çıxdı. Bərk əsəbiləşdi oğlan, "Nəcibə-Nəcibə" - deyə
çığırmağa başladı.
Balkonda əyləşmiş Cəmilənin oğlana gülməyi tutdu.
Oğlan qayıdıb onu darıxdıran yoldaşlarına sərtləndi:
-
Əşi, özünüz gedin gətirin, nəsə var orda, kimi gön-
dərirəm gedib başı qarışır top yadından çıxır! Darvazadan
hərlənib keçin top Arzugilin skamyasının altındadı.
Cəmilə topla da, qocanın söhbətiylə də, ayaqlarının
turnikə keçirib təpəsi aşağı yellənən başıqırxıq idmançıyla da,
hələ desən onun qənşərində Vahidgillə bu lovğa yuxarı kurs
tələbəsinin höcətləşməsi ilə də maraqlanırdı. Nə təhərsə maraqlı
işlər hamısı birdən başlamışdı, birdən olurdu. Lovğa oğlan
Nəsibin yaxasından yapışıb buraxmırdı:
-
Gəl sənə əla bir fənd öyrədim!
-
A qardaş istəmirəm də, mən istəmirəm əl çəksənə!
-
Elə bir fənd öyrədim, onunla kimi desən yıxa bilərsən!
-
Vahidlə güləş, mənim əynimdə kostyum var, qorxuram
cırıla.
Lovğa oğlan indi də Nəsibi buraxıb Vahidin üstünə
düşdü, yaxasından tutub çəkişdirməyə başladı:
-
Yaxşı, gəl sənə öyrədim.
-
Mənim güləşlə aram yoxdur qardaş.
-
Lap nahaq yerə, elə iş düşər peşman olarsan. Heç olmasa
bu fəndi öyrədim sənə.
Burada bərk dartışmadı, işin axırı görünmür. Amma nəsə
himcimləşirlər Nəsiblə Vahid, oğlanın xəbəri yoxdu.
Qoca qızlara bu binanın sahibi İbiş bəydən maraqlı
əhvalat başlayıb:
-
Bəydən düşmanları pristava kənd camaatının dilincən
şikayət yazırlar, bəs İbiş bəy zülm eləyir bizə, bir əlac eləyin.
Pristav çağırtdırıb bəyi deyir nə şikayətdi bu, niyə dolandır-
mırsan camaatı? Bəy deyir: "Ay canım camaat mənim başıma
12
and içir, şikayət nədi?" Pristav inanmır gəlir kəndə ki, yığıb
camaatı danışdırsın. Kənddə də hara vardı, hara düşə, gəlib
d
üşdü bəyin bax bu evinə. Kəndə car çəkildi bəs pristav gəlib,
hamı yığılsın bəyin həyətinə. Dedik ay qağa bilmirsiniz niyə
gəlib pristav? Yasavul dedi çəyirtkə biyarına adam yığmağa
gəlib. Canımıza qorxu düşdü. Çox müsibət iş idi çəyirtkə
biyarı: yığıb aparırdılar adamı Araz qıraqlarına, bir ay, iki ay
əlimizdə çalqu, köhnə palaz qırığı, gün təpəmizə dəyə-dəyə
kəsirdik çəyirtkə sürüsünün qabağını, qır ki, qırasan, hara
qurtarır çəyirtkə? Bu buludu qırırıq, o birisi gəlir.
Doqqu
z nömrəli oğlan yalvarıb yaxararaq dörd nömrəli
oğlanı topun dalınca göndərib hasarın başından yönü bəri
sevinə-sevinə baxır. Nəhayət top gəlib çıxacaq, oyunu davam
etdirəcəklər. Turnikdə heç kim düm qırmızı oğlanın nömrəsini
göstərə bilməyib yenə o özü çıxıb turniyə. Ayaq barmaqlarıyla
turnikdə ilişib təpəsi aşağı yellənir, bu yellənişi ilə də tamaşa
edən qızları həyəcana salır:
-
Bəsdir Natiq, bəsdir, indi də əlinlə tut yıxılarsan!
Cəmilənin bu oğlana da gülməyi tuturdu, daha doğrusu
bunun yıxılmağına. Ürəyində deyirdi ay Tanrı elə elə ayağı
çıxıb təpəsi üstə yerə gəlsin. Belə düşünə-düşünə də gülürdü.
Amma başqa gülməli bir iş də yetişmişdi: Nəsib Vahidin
yaxasını buraxmayan lovğa oğlanın arxasında çöməlib guya
ayaqqabısının bağını bağlayırdı. Di gəl, bic-bic Vahidə baxıb
göz eləyirdi. Vahid də Cəmilənin onlara göz olduğunu duyub
lovğa oğlanı lap çəmə hərləyərək Nəsibin üctünə itələmək
istəyirdi. Amma necə oldusa Cəmilə o hələ lovğa oğlanı itələ-
m
əmiş ayağa qalxıb əl çaldı, sevinib gülməyə başladı. "Bəlkə
Cəmilə bizim kələyimizin baş tutacağını duyub belə eləyir?" -
deyə düşünərək Vahid oğlanı gücü gəldikcə geri itələdi. Oğlan
arxasında yatmış Nəsibin üstündən aşırılıb kürəyi üstə yerə
gəldi.
Amma
Cəmiləni güldürən bu deyildi: düm qırmızı,
kəmərli oğlan yelləndiyi yerdə ayağı turnıkdən qəfil çıxıb
13
təpəsi üstə yerə dəymişdi. Əvvəlcə orda bərk gülüşmə qopdu.
Sonra da gülüşmə çığrışmaya çevrıldı:
-
Əhməd müəllim Natiqin başı qanadı!
-
Əhməd müəllim qan apardı Natiqi.
Dörd nömrəli oğlan turniyin yanından keçəndə çığrışmanı
görüb maraqlanaraq öz
ünü basırığa salıb yerdə "layməs"
uzanmış Natiqə dikildi. Doqquz nömrəli ha gözlədisə oradan
çıxıb top ardınca yönəlmədi. Bütün gücü ilə çığırmağa başladı
doqquz n
ömrə:
-
Ə-ə, necoldun, ay Tofiq... ay To-o-fi-i-q! ay To-o-fiq!
Çox gülməli çığırırdı oğlan, çox əsəbi, çox sərt çığırırdı.
Axırda durmayıb özü darvazaya sarı yüyürdü ki, darvazadan
hərlənib özü gətirsin topu.
Lovğa oğlan yıxıldığı yerdən qalxıb Vahidlə güləşmək
istədikdə Nəsib də bir tərəfindən yapışdı:
-
Yox günah məndə idi, mənimlə güləşməlisən. Mən arxa
tərəfində ayaqqabımın bağını bağlamasaydım sən yıxılmazdın.
-
Heylə şey yoxdu, mənimlə güləşməlidi, mən itələmişəm,
mənimlə də güləşməlidi!
-
Heç heylə iey yoxdur, mənimlə güləşəcək!
-
Yox, mənimlə güləşəcək!
Bu dartışmanın da axırı görünmürdü, amma həyətdə
hamının sivrilib turnik ətrafında yığışdığını görüb onlar da
dartışmalarını buraxaraq oraya yürüşdülər. Əhməd müəllim
açarını verib həyətin bu başında qoyduğu maşından aptekciyini
götürüb gətirməyi tapşırdığı oğlan aptekciyi başından yuxarı
qaldırıb təcılı yardım maşınlarının siqnalını verə-verə
yüyürürdü. Onun yüyürüş istiqamətini kəsib keçəcək yöndə də
doqquz nömrəli oğlan hirslə Nərgizgilin əyləşdiyi skamyaya
doğru yüyürməkdəydi. Cəmilə gördü bunların heç birinin o
birindən xəbəri yoxdu, toqquşa bilərlər, buna da gülməyi tutdu:
"Ay Tanrı nə emişəm toqquşalar, yod-zad hamısı dağılıb
tökülə, bunun başına sürtməyə bir dərman qalmaya!" Oğlanlar
doğrudan da təpə-təpəyə dəydilər: doqquz nömrəli oğlan çox
14
yelli gəlirdi, aptekciyi əlinə qaldırmış oğlan ona toxunan kimi
aptekcik əlindən sapatlandı. Heç demə də maraqlanıb
cırıqqasını açmış imiş, aptekcikdəki dərmanlar sıçrayıb hərəsi
bir tərəfdə bənd aldı. Yod, rıvanol şüşələrı qırılıb töküldü,
marqans düyüncəsi su arxına düşüb tərg oldu, tələbələr
həyəcanla Əhməd müəllimi səslədilər:
-
Ay müəllim, dərmanlar dağıldı!
-
Ay müəllim, marqans suyu göm-göy elədi!
Toqquşmadan qalxıb başının ağrısı hayına qalmış doqquz
nö
mrə top məsələsini unudub dağılmış dərmanları toplamaqla
məşğul idi. Futbolçu yoldaşları meydançada dimdik duruşub
havayı yerə onun yolunu gözləməkdəydilər. Oğlan toqquşduğu
oğlanla dərmanları toplayıb Əhməd müəllimə aparıb verdi.
Əhməd müəllim əlacsız qalıb araq gətirdib araqla yuyurdu
Natıqın yarasını. Orda tələbələr qışqırışırdılar ki, şüşə batıbmış
Natiqin başına, lap yekə bir şüşə: düz iki santımetr! Paralayıb
Natiqin başını!
Əli şallaqlı yerli oğlan arxasına baxa-baxa sivişib
darvazadan ç
ıxırdı. Turnik ətrafındakı yığıncağın marağı dartıb
saxlaya bilmirdi görünür onu, nəsə yeləvimiş qaçıb uzaqlaşmaq
istəyirdi burdan.
Əli çəlikli qoca qızların sorğu-sualından qurtulub İbiş bəy
haqqındakı söhbətini davam etdirirdi.
-
Yasavul, bəyin tapşırığını dedi bizə: gəlib oturuşuruq
dizi üstə bəyin həyətində, onlar pristavla çıxırlar balkona. Bəy
əlini bığının sol yanına çəkdi, başlayırıq xoruz kimi
bannamağa, sağ yanına çəkdi, at kimi kişnəməyə, başına çəkdi
hönkürüşüb hamımız başlayırıq ağlamağa. Onda bəy də
prista
va deyəcək görürsünüz, bu camaat nə təhər yazıq, avam
adamlardı, əgər çəyirtkə biyarına getsələr, bunların hamısı
qırılıb orda tələf olacaqlar. Pristav da bizi belə görüb tay bizdən
biyara adam istəməyəcəkdi. Heç demə bəyin fikri ayrıymış:
bununla prıstava göstərmək istəyirmiş ki, bu adamlar mənim
əlimdə bir müjdürlər, bunlardan şikayət yazan olmaz!
15
-
Siz də bəy deyən kimi elədiniz, heyləmi baba?
-
Elədik qızım, elədik. Əlacımız nə idi? O çəyirtkə biyarın
biz elə görmüşdük, üç gün üç gecə bu qapıdan getməyib
bannaşmağa razıydıq, təki canımız qurtaraydı ondan!
Qoca söhbətini bununla bitirib onu aparmağa gəlmiş
kişiylə getdikdə qızlar da Natiq əhvalatından xəbərdar olub
turnik ətrafına yürüşdülər. Orada bayaq şallaqlı oğlanla söhbət
edən xalatlı qız onları qarşılayıb nəsə soruşdu, qızlar da
əlləriylə Cəmiləni göstərib yığıncağa qarışdılar. Xalatlı qız
balkonun qənşərinə gəlib Cəmiləyə üz tutdu:
-
O əli şallaqlı oğlanı görmədin necoldu?
-
Hə gordüm, geriyə baxa-baxa yüyürüb darvazadan çıxdı.
-
Kənddə qoyun briqadiridi, özü də Kirovabadda institutda
oxuyur. Əlində bir şallaq vardı, elə bil Çingiz xanin şallağıydı:
sapına bir bəzək vurulmuşdu, özü də elə bir toxunmuşla
toxunmuşdu, adam mat qalırdı baxanda. Dedim mənə
bağışlarsanmı şallağı? Dedi: heç muzeydən gəlib ikiyüz manat
da pul təklif etdilər vermədim. "Siz də bu kənd adamları hər
şeyi pulnan ölçürsünüz?" Mən belə deyəndə özünü sındırmayıb
şallağı mənə uzatdı. Bu vaxt da qışqırıq qalxdı, bəs Natiq
turnikdən yıxılıb. Şallağı almaqdansa haya qaçdım. Demişdim
burda
ysa alam şallağı...
-
Demək o səndən qaçırməş heylə!
-
Hayif! Bu Natiq də yıxılmağa vaxt tapdı!
-
Amma o qaçmağı mən onda gördüm bir də qayıtmaz
buralara.
-
Hə çox çətin! Ay qız bir işə baxey əllərini qoyub
ayağıyla tutub yellənirmiş turnikdən! Lap yaxşı olub elə!
Dərman da tapılmayıb qoymağa sınıqlanıb tökülüb hamısı!
Qızın bu acığlanmağına da gülməyi tutdu Cəmilənin.
Amma gülməyin yekəsi geridəydı: top hamının yadından
çıxmışdı. Cəmilə də Nərgizin bəri baxmağını gözləyirdi çağırıb
topu atdıra balkona, göturub gizləyələr, axtardılar cənab
futbolçuları. Elə belə düşündüyündə Nərgiz yüyürüb gəldi.
16
Cəmilənin pıçıltıyla dediklərini tutub o yan, bu yana baxa-baxa
xəlvətcə topu balkona ataraq özü də gülə-gülə hərlənib gəlib
Cəmilənin yanında əyləşdi.
Bir azdan
top doqquz nömrənin yadına düşdükdə
əminliklə gəlib skamyanın altını yoxlaşdırdı, yerə uzanıb ha
baxdısa topu orada tapmadı. Sonra dörd nömrəli gəldi,
başladılar həyəti, ağac diblərini kol-kos içlərini yoxlaşdırmağa.
Nərgizi gülmək götürüb gedirdi. Cəmilə isə heç şey olmamış
kimi başını dik tutub mısmırığını sallamış uzaqlara baxırdı.
Oğlanlar topdan əllərini üzüb getdikdə Cəmilə topu
vedrənin içinə qoyub gətirib yenə skamyanın altına atdı. Sonra
da qayıdıb gəlib öz yerində əyləşdi. Bir azdan qızlara otaqda
soraq gəldi ki, top bayaq onlara sarı gəlmişdi, bilmirlər
necoldu? Cəmilə balkondan soruşdu:
-
Ay qız kimdi o topu axtaran?
-
İkinci kursdan bir oğlandı! - dedilər.
-
Deyin hərlənsin balkonun qabağına!
Həmin doqquz nömrəli oğlandı bu. Boğazını uzadıb
utana-
utana soruşdu:
-
Bacı hara gedib girdi top bilmədin?
Cəmilə istədi gülə, özünü saxlayıb qaşqabaqlı, topun
yerini göstərdi:
-
Odur ey, top skamyanın altında!
O
ğlan əyilib gördü top doğrudan da skamyanın altındadı.
Təəccübdən gözləri böyüdü oğlanın:
- Pah
atonnan! Bacı vallah bayaqdan bəri bir heylə
axtarmışıq bu skamyanın altın! Nə təhər olub görməmişik?!
-
Heyləmi, ola bilər!
Nərgiz balkondan otağa keçib otağın içindən Cəmiləyə
baxıb gülürdü. Cəmiləninsə heç dodağı da qaçmırdı.
Futbolçular doqquz nömrəli oğlanın başına toplaşıb heyrətlə
əllərini-əllərinə vurur, mat qalırdılar bu işə. Cəmilə də saymaz-
saymaz balkonda əyləşib lap uzaqlarda görünən dağlara tamaşa
edirdi.
17
Bir azdan
hava qaranlıqlaşıb hər tərəf görünməz oldu.
Otaqdan Nərgiz əl elədi "gəl aşağı, komsomoldan gələn var".
Cəmilə könülsüz həyətə enib qızlara qarışdı. Gələn institut
komsomol təşkilat katibi idi. Çox özünü çəkən iddialı bir
oğlandı, hamı deyirdi atası "zavministrdi". Qızların vəcdlə
dedikləri bu sözün düzgün mənasını Cəmilə başa düşməsə də
duyurdu ki, nəsə çox böyük vəzifədi. Oğlana yaranıb özünə
cəlb etməyə çalışan kurs yoldaşlarına qəzəblə baxırdı. Axı
bunlar neynərlər bunun atasını, özünə baxmırlarmı? Belə
bədguman, belə təşəxxüslü. Bu saat başlayacaq: deyin görüm
bu gün sizdə ən çox yığan kim olub?
-
Deyin görüm bu gün sizdə ən çox yığan kim olub?
Cəmilənin yenə gülməyi tutdu, əgər Əhməd müəllim də
burada olmasaydı bu dəfə açılıb lap qəhqəhə çəkəcəkdi. Pərt
olur cəhənnəmə olsun komsomol!
-
Cəmilə yığıb! Yüz əlli kilo! -Vahid dedi.
-
Afərin Cəmilə! Nəzərə alarıq bu qoçaqlığını. Belə də
davam etdir axıraca! Siz necə baxırsınız Əhməd müəllim, irəli
çəkmək olarmı bu qızı?
-
Bir tək Cəmilə deyil belə qoçaq, hamısı qoçaqdı qızların
Nəcibə də, Şəhla da, Reyhan da, Arzu da, hamısı!
Əhməd müəllim pedaqoji institut tələbələrinin əmək
ənənələrindən, pambıq yığımı işinə hər il göstərdikləri kömək
kampaniyasından danışıb sözü yenə komsomola verdi. O da
çox uzun, Cəmilə üçün çox dözülməz, çox darıxdırıcı bir nitq
başladı.
İclas qurtarıb Cəmilə balkona öz yerinə qayıtdıqda
Nərgizin qarşısında özünü komsomola oxşadaraq hüdülədi:
-
Estafetin ən fədakar üzvü, bayraqdarı, əsil mayak!
Mayakam ay qız mən, spiçka çək yandır, yanmaq istəyirəm bu
balkonda!
Nərgizi də, qızların hamısını da şən bir qəhqəhə ağzına
aldıqda Cəmilə aşağı baxıb gördü komsomol Vahidgillə
skamyada əyləşib. Bu dəfə pərt oldu. O kiminsə qəlbini sındırıb
18
pərt etmək istəməzdi. Kim olur olsun, nə kara yiyəsi olur olsun
qəlbinə dəyib acılamaq istəməzdi. Bəs bu niyə belə oldu?
Əlbəttə günah oğlanın özündədi. Cəmilənin böyründə başında
çox hərlənir, yerli-yersiz bir söz deyib danışdırmaq istəyir,
tərifləyir. Niyə axı? Tanıyıb bilmədiyi adama nə yaranmaqdı
bu? Cəmilə hələ birinci kursdadı, amma ikinci, üçüncü
kursların yanında da onu tərifləyir. Guya bir belə kursun,
qruppaların içində Cəmiləcə pambıq yığan yoxdu, niyə onları
yox elə Cəmiləni tərifləyir. Lap nahaq yerə. Onunçun da
Cəmilə heylə ağzını əyir, yamsılayır. Hələ yamsılayacaq da!
Sonra da Nərgizə qoşulub hind kinosuna baxmağa getdi.
Əhvalı durulmuş, pərtliyi yoxalmış. Amma kaş qəmli kino
olmasın, açılıb durulmuş eynini bulandırıb yenə qatılatmasın,
kədərlərə qəm-qüssələrə salmasın Cəmiləni. Arası yoxdu qəm-
qüs
sələrlə, kədərlə, sevinməkdi, gülməkdi, əylənməkdi Cəmi-
ləninki!...
Dostları ilə paylaş: |