Purya Vəli
İrəc Girayi
1976-cı il idi. Güləş klubları arasında yarış keçirilirdi.
Birinci yerə çıxana həm pul mükafatı veriləcəkdi, həm də
ölkə yığmasına gedəcəkdi. İbrahim tam hazırlıqlı idi.
Onun bir güləşini görən hər kəs bunu təsdiqləyirdi.
Müəllimlər deyirdilər ki, bu il 74 kq. çəkili idmançılardan
heç kim İbrahimi məğlub edə bilməyəcək.
Yarış başlandı. İbrahim dörd yarışda qalib gəlib
yarımfinala çıxdı. Rəqiblərinin ya arxasını yerə vururdu,
ya da böyük fərqlə qalib gəlirdi.
Dostlara deyirdim: "Əmin olun ki, bu il bizim
klubumuzdan bir nəfər yığma komandaya gedəcək".
Yarımfinaldakı rəqibi çox məşhur olsa da, İbrahim onu
da məğlub edib finala vəsiqə qazandı.
Finaldakı rəqibi Mahmud adlı bir güləşçi idi. O, həmin
il hərbçilər üzrə dünya çempionu olmuşdu.
Yarışdan qabaq soyunma otağında İbrahimin yanına
gedib dedim: "Mən rəqibinin yarışlarını görmüşəm, çox
zəifdir, lakin İbrahim can, sən Allah, diqqətli ol, yaxşı
güləş. Mən əminəm ki, bu il yığma komandaya
girəcəksən”.
Müəllimi İbrahimə son tövsiyələrini verdi. İbrahim
ayaqqabısının bağını bağladı və birlikdə döşəyə getdilər.
Mən tez gedib tamaşaçıların arasında oturdum. İbrahim
döşəyə çıxdı. Rəqibi də mahir güləşçi idi. Hələ hakim
gəlməmişdi. İbrahim yaxınlaşıb təbəssümlə rəqibinə əl
verdi.
Rəqibi ona nə dedisə, İbrahim təsdiq əlaməti olaraq
başını yellədi. Sonra rəqibi zalın yuxarı tərəfində
tamaşaçıların arasında kimisə göstərdi.
33
Dönüb ora baxdım. Əlində təsbeh olan qoca bir qadın
oturmuşdu.
Nə danışdıqlarını bilmədim, lakin İbrahim güləşə çox
pis başladı. Ancaq müdafiə olunurdu. Yazıq müəllimi o
qədər qışqırdı ki, axırda səsi tutuldu. İbrahim sanki
müəllimin sözlərini və mənim qışqırtılarımı eşitmirdi. O,
yalnız vaxt öldürürdü.
İbrahimin rəqibi əvvəldə çox qorxsa da, sonradan
cəsarətləndi. O, tez-tez hücum edirdi. İbrahim də
soyuqqanlılıqla müdafiə olunurdu.
Hakim İbrahimə birinci və sonra ikinci xəbərdarlığı
verdi. Sonda üç xəbərdarlıqla uduzdu və rəqibi çempion
oldu.
Hakim rəqibinin əlini qaldıranda İbrahim sevinirdi.
Sanki özü çempion olmuşdu. Sonra hər iki güləşçi bir-
birini qucaqladılar.
İbrahimin rəqibi sevincindən ağlaya-ağlaya əyilib
İbrahimin əlini öpdü. İki güləşçi döşəkdən çıxanda
oturacaqların üstündən hoppanıb hirslə İbrahimə
yaxınlaşdım, qışqırıb dedim: “Ağıllı adam, bu necə
güləşməkdir?!” Sonra da hirsimdən qoluna bir yumruq
vurub dedim: "Güləşmək istəmirdinsə, bizi niyə girinc
edirdin?!"
İbrahim çox sakitcə və həmişəki təbəssümü ilə soyunma
otağına gedib paltarlarını dəyişdi, başını aşağı salıb getdi.
Mən hirsimdən qapı-bacaya yumruq vururdum. Sonra
bir tərəfdə oturdum. Yarım saatdan sonra bir qədər
sakitləşdim və getməyə hazırlaşdım. İdman klubunun
önündə hələ çox adam vardı. İbrahimin rəqibi anası və
digər qohum-dostları ilə birgə dayanmışdı. Onlar çox
sevinirdilər. Birdən həmin çempion məni səslədi. Dönüb
qaşqabaqla dedim: "Nə deyirsən?" Mənə yaxınlaşıb dedi:
34
"Siz ağa İbrahimin dostusunuz, eləmi?" Hirslə dedim:
"Sözünü de".
– Ağa, necə düşüncəli dostunuz var! Yarışdan öncə ona
dedim ki, bilirəm məğlub olacağam. Amma anam və
qardaşlarım yuxarıdan baxırlar, elə et ki, çox pərt
olmayım. Dostunuz isə mənə əlindən gələn yaxşılığı etdi.
Bilirsən anam necə sevinir?!
Sonra onu ağlamaq tutdu.
- Mən yeni evlənmişəm, yarışın pul mükafatına da çox
ehtiyacım var.
Nə deyəcəyimi bilmədim. Bir qədər sakit qalıb üzünə
baxdım, məsələnin nə yerdə olduğunu anladım. Ona
dedim: “Qardaş, mən dadaş İbrahimin yerində olsaydım,
bu qədər məşq və çətinlikdən sonra bu işi görməzdim. Bu
iş ağa İbrahim kimi böyük adamlara məxsusdur”.
Çempionla sağollaşdım. Sevinən anasına bir nəzər salıb
yola düşdüm. Yolda İbrahim haqda düşünürdüm. Bu qədər
fədakarlıq ağlıma sığmırdı.
Purya Vəli də rəqibinin yarışda qələbəyə ehtiyaclı
olduğunu, şəhərin hakimi tərəfindən incidildiyini biləndə
ona uduzmuşdu.
İbrahimin ağır məşqlərini xatırladım. O qadının
təbəssümləri və o gəncin sevinci də yadıma düşdü və məni
ağlamaq tutdu. Fikirləşdim ki, İbrahim necə böyük
adamdır!
|