Salam olsun İbrahimə


Yədulla  Seyid Əbülfəz Kazimi



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə13/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   9   10   11   12   13   14   15   16   ...   86
Salam-olsun-İbrahimə-1

Yədulla 
Seyid Əbülfəz Kazimi 
İbrahim  bazarda  bir  mağazada  işləyirdi.  Bir  gün  onu 
görüb çox təəccübləndim. Belində iki böyük qutu aparırdı. 
Bir  mağazanın  önündə  dayanıb  qutuları  yerə  qoydu. 
Təhvil verəndən sonra yaxınlaşıb onunla salamlaşdım. 
- Ağa İbrahim, yaxşı deyil, bu iş fəhlələrə görədir. 
Mənə  baxıb  dedi:  "İşləmək  ayıb  deyil,  işsizlik  ayıbdır. 
Gördüyün bu iş də mənə görə  yaxşıdır, heçkim olduğuma 
əmin oluram, qürurumun qarşısını alır". 
-  Sən  idmançısan,  çoxları  səni  tanıyır.  Səni  belə 
görmələri yaxşı deyil... 
Gülüb  dedi:  "Həmişə  çalış  Allahın  xoşu  gəlsin, 
camaatın yox". 
*** 
Bir  neçə  nəfər  oturub  İbrahim  haqda  danışırdıq.  Onu 
tanımayan bir dostum şəklini alıb baxdı və təəccüblə dedi: 
"Sən əminsən ki, onun adı İbrahimdir?" 
Təəccüblə dedim: "Hə. Necə məgər?" 
–  Bir  qədər  əvvəl  mənim  Sultani  bazarında  mağazam 
vardı.  Bu  adam  həftədə  iki  dəfə  bazarda  dayanıb  fəhləlik 
edir,  yük  daşıyırdı.  Bir  dəfə  ondan  adını  soruşdum.  Dedi 
ki,  mənə  Yədulla  deyin.  Bir  dəfə  bir  dostum  bazara 
gəlmişdi.  Onu  görən  kimi  təəccüblə  dedi:  "Bu  ağanı 
tanıyırsan?" 
Dedim  ki,  yox,  necə  məgər?  Dedi:  “O,  voleybol  və 
güləş  üzrə  çempiondur,  çox  imanlı  insandır,  nəfsini 
məğlub etmək üçün bu işi görür”. 
Onun  sözləri  məni  çox  düşündürdü.  Nəfslə  belə 
mübarizə aparmaq ağlıma batmırdı. 
*** 


 
 
39 
Bir  dəfə  qədim  dostlarımdan  biri  ilə  İbrahim  haqda 
danışırdıq. O dedi: "İnqilabdan qabaq bir gün ağa İbrahim 
yanıma  gəldi.  Məni,  qardaşımı  və  başqa  iki  nəfəri 
restorana  aparıb  ən  yaxşı  xörək,  salat  və  içəcək  sifariş 
verdi. 
Çox  dadlı  idi.  O  vaxta  qədər  elə  xörək  yeməmişdim. 
Yeyəndən sonra ağa İbrahim dedi: "Necə idi?" 
– Çox əla idi. Əllərinə sağlıq! 
– Bu gün səhərdən indiyə qədər bazarda işləmişəm. Bu 
xörək çəkdiyim zəhmətə görə dadlıdır. 


 
 
40 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin