Nəfsi ram etmək
Şəhidin dostları
Tehrana güclü yağış yağmış, 17 Şəhrivər xiyabanını su
basmışdı. Yolun o tərəfinə keçmək istəyən bir neçə qoca
məyus halda dayanmışdı.
İbrahim oraya gələn kimi şalvarının balağını qatladı,
qocaları belinə götürüb yolun o tərəfinə keçirdi.
O, tez-tez belə işlər görürdü. Məqsədi yalnız öz nəfsini
ram etmək idi. Xüsusən də uşaqların arasında ad-san
çıxardığı vaxtlarda belə edirdi.
***
İbrahimlə birgə gedirdik. Yay fəsli və axşamüstü idi.
Bir küçəyə çatdıq. Uşaqlar futbol oynayırdılar.
Biz keçəndə bir oğlan topa möhkəm zərbə vurdu. Top
düz İbrahimin üzünə dəydi. O, ağrıdan yerə oturdu. Üzü
qıpqırmızı olmuşdu. Mən çox hirsləndim. Uşaqların
hamısı qorxudan qaçırdı.
İbrahim oturduğu yerdə əlini çantasına saldı, qoz
sellofanını götürüb qışqırdı: "Uşaqlar, haraya getdiniz?!
Gəlin qoz yeyin".
Sonra da sellofanı futbol qapısının yanına qoydu və yola
düşdük. Yoda təəccüblə soruşdum: "Dadaş İbrahim, bu nə
iş idi?"
– Yazıqlar qorxdular. Axı bilə-bilə vurmadılar.
Sonra yenidən söhbətimizə qayıtdı və mövzunu dəyişdi.
Mən bilirdim ki, yalnız böyük insanlar həyatlarında belə
olurlar.
***
Güləş zalında məşqə hazırlaşırdıq. İbrahim, ondan az
sonra da dostlarımızdan başqa birisi gəldi.
36
O, içəri girən kimi dedi: "İbrahim can, boy-buxunun və
yaraşığın hamını heyran qoyub. İki qız səndən danışa-
danışa arxanca gedirdi. Qəşəng şalvar-köynək geyinmisən,
əlində də idman çantası”.
İbrahimə baxdım. O, narahat idi, fikrə getmişdi. Belə bir
söz gözləmirdi.
Növbəti dəfə məşqdə İbrahimi görən kimi məni gülmək
tutdu. Uzun köynək və enli şalvar geyinmişdi. İdman
çantasının yerinə paltarlarını sellofan kisəyə tökmüşdü.
Ondan sonra idmana belə gəlməyə başladı.
Uşaqlar deyirdilər: "Əşi, sən necə adamsan?! Biz
idmana gəlirik ki, bədənimiz formaya düşsün, sonra da dar
köynək geyinək. Səninsə belə qəşəng forman var, amma
enli paltarlar geyinirsən".
İbrahim onların sözlərinə əhəmiyyət vermirdi.
Dostlarına deyirdi ki, idman Allah üçün olsa, ibadət olar,
başqa bir niyyətlə olsa, ziyan edərsiniz.
***
Bir dəfə meydançada futbol oynayırdıq. İbrahim
tamaşaçı skamyalarının yanında dayanmışdı. Ona
yaxınlaşıb salam verdim.
– Nə əcəb, bu tərəflərə gəlmisən?!
Əlindəki jurnalı mənə uzatdı.
- Şəklini çap ediblər.
Sevincimdən uçmaq istəyirdim. Jurnalı almaq istəyəndə
əlini geri çəkdi.
– Bir şərti var.
– Nə desən, qəbuldur.
– Nə desəm?
– Hə, qəbuldur.
Jurnalı verdi. Orta səhifədə mənim böyük bir şəklimi
vermiş və yanında yazmışdılar: "Gənclər futbolunda yeni
37
fenomen". Məni çox tərifləmişdilər. Oturub mətni
oxudum, jurnalı vərəqlədim, sonra başımı qaldırıb dedim:
“Sağ ol, İbrahim can, məni çox sevindirdin. Doğrudan,
şərtin nə idi?”
Yavaşca dedi: "Nə desəm, qəbul edəcəksən, elə deyil?!"
– Hə, de.
Bir qədər dayanıb dedi: "Daha futbolla məşğul olma".
Yerimdə quruyub qaldım. Təəccüblə dedim: "Daha
futbol oynamayım?! Necə yəni?! Mən hələ indi
tanınıram”.
– Yox, oyna, amma peşəkar futbolla məşğul olma.
– Nə üçün?
Yaxınlaşıb jurnalı aldı, şəklimi göstərdi.
- Bu rəngli fotoya bax. Burada idman paltarında,
şortikdə şəklini veriblər. Bu jurnala yalnız biz baxmırıq.
Onu hamı görür. Çoxlu qızlar bunu görə, buna baxa
bilərlər.
Bir az sonra sözünə davam etdi: "Məscid uşağı olduğun
üçün bunları deyirəm, yoxsa işim olmazdı. Get, inanclarını
gücləndir, sonra peşəkar idmanla məşğul ol ki, sənə
problem yaranmasın".
Bunları deyib sağollaşdı və getdi.
Mən mat-məəttəl qalmışdım. Oturub İbrahimin sözləri
haqda çox düşündüm. Həmişə zarafat edən və sadə sözlər
danışan bir adamdan belə təklif gözləmirdim.
Sonralar onun sözünü real həyatda gördüm. Bəzi
namazqılan məscid uşaqlarının inancları güclü deyildi.
Onlar peşəkar idmanla məşğul oldular və getdikcə təsir
altına düşüb hətta namazlarını da tərk etdilər.
|