İnsanlara yardım
Şəhidin dostları
"Bəndələrim mənim ailəmdir. Mənə ən sevimli adam
bəndələrimə daha mehriban olan və onların ehtiyaclarını
aradan qaldırmağa daha çox çalışandır".
1
Şəhid Səidi xiyabanının başına çoxlu adam toplaşmışdı.
İbrahimlə yaxınlaşıb nə baş verdiyini soruşduq. Belə
cavab verdilər: "Bu oğlan ruhi xəstədir. Hər gün kanaldan
bir vedrə çirkli su götürüb səliqə ilə geyinmiş adamların
üstünə atır".
Camaat yavaş-yavaş dağılışdı. Bir oğlan yaraşıqlı
kostyum geyinmiş bir kişini islatmışdı. Kişi dedi:
"Bilmirəm bu xəstə ilə nə edim”. Sonra o da getdi və
uşaqla biz qaldıq.
İbrahim oğlana dedi: "Nə üçün camaatı isladırsan?!"
Oğlan güldü.
- Xoşum gəlir.
İbrahim bir az fikirləşib dedi: "Kimsə sənə deyir ki,
isladasan?"
- Onlar mənə beş rial verib deyirlər ki, islat.
Oğlan bunu deyib yolun o biri tərəfini göstərdi. Orada
üç avara gənc gülürdü. İbrahim onlara yaxınlaşmaq istədi,
amma birdən dayandı. Bir az fikirləşəndən sonra dedi:
"Oğlan, sizin eviniz haradadır?"
Oğlan evlərinin yerini göstərdi. İbrahim dedi: "Əgər
bundan sonra camaatı incitməsən, mən sənə gündə on rial
verəcəyəm. Razısan?" Oğlan razılaşdı. Evlərinə çatanda
İbrahim onun anası ilə danışdı və bununla da problem həll
olundu.
1
Qüdsi hədis
58
Bədən
Tərbiyəsi
Komitəsinin
Yoxlama-nəzarət
şöbəsində işləyirdik. Maaşı alandan və iş vaxtı bitəndən
sonra soruşdu: "Motosikleti gətirmisən?
– Hə. Necə məgər?
– Əgər bir işin yoxdursa, birlikdə mağazaya gedək.
Təxminən bütün maaşını xərclədi, düyü və ətdən tutmuş
sabuna qədər hər şey aldı. Sanki ona bir siyahı
vermişdilər. Sonra da Məcidiyyə tərəfə gedib bir küçəyə
girdik. İbrahim bir evin qapısını döydü. Qapını düz-əməlli
hicabı olmayan bir qoca qadın açdı. İbrahim hər şeyi ona
verdi.
Qadının boynundan xaç asılmışdı. Çox təəccübləndim.
Qayıdanda soruşdum: "Dadaş İbrahim, bu qadın məsihi
idi?"
– Hə.
Motosikleti sağa çəkib saxladım və hirslə dedim: "Kişi,
bu qədər yoxsul müsəlman var, sən məsihilərə yardım
edirsən?!"
Elə oturduğu yerdən dilləndi: "Müsəlmanlara kömək
edən var. Üstəlik, İmdad komitəsi də açılıb və onlara
yardım edir, amma bu Allah bəndələrinin kimsəsi yoxdur.
Bununla həm problemləri həll olur, həm də imamı və
inqilabı sevirlər”.
***
İbrahimin şəhadətindən 26 il ötürdü. Kitabın mətni
yığılıb çapa hazırlandı. Məsciddə namaz qılanların biri
məni görüb dedi: "Ağa İbrahimin ildönümü üçün nə lazım
olsa, mən qulluğunuzdayam". Təəccüblə dedim: "Siz
Şəhid Hadini tanıyırdınız?"
– Yox, ötənilki ildönümünə qədər onun haqqında heç nə
bilmirdim. Lakin ağa İbrahimin mənim boynumda böyük
haqqı var.
59
Getməyə tələsirdim, amma yaxınlaşıb təəccüblə
soruşdum: "Nə haqqı?"
– Ötənilki mərasimdə ağa İbrahimin şəkli olan bir
brelok payladınız. Mən də alıb maşınımın açarını
keçirdim. Bir neçə gün öncə ailəmlə səfərdən qayıdırdıq.
Yolda
bir
mehmanxananın
qarşısında
dayandıq.
Qayıdanda gördüm ki, açarı maşının içində qoymuşam.
Qapılar kilidlənmişdi. Ehtiyat açar da yoldaşımın
çantasında və maşının içində qalmışdı.
Çox narahat oldum. Nə qədər etdimsə, qapı açılmadı.
Hava çox soyuq idi. Yan şüşəni sındırmağı düşündüm,
lakin hava soyuq idi və qarşıda uzun yolumuz vardı.
Birdən gözüm ağa İbrahimin şəklinə düşdü. Sanki
brelokdan mənə baxırdı. Mən də ona bir qədər baxıb
dedim: "Ağa İbrahim, eşitmişəm ki, sağlığında insanların
problemlərini həll edərdin. Şəhid də həmişə sağdır". Sonra
dua etdim: "İlahi! Şəhid Hadinin hörmətinə, problemimi
həll elə".
O vəziyyətdə birdən əlimi pencəyimin cibinə saldım.
Evin açarlarını götürdüm, qeyri-ixtiyari olaraq birini
maşının qapısına saldım. Elə birinci cəhddə qapı açıldı.
Sevincək maşına mindik. Allaha şükür edəndən sonra
ağa İbrahimin şəklinə baxıb dedim: "Minnətdaram.
İnşallah əvəzini çıxaram". Hələ yola düşməmiş yoldaşım
soruşdu: "Maşının qapısı hansı açarla açıldı?"
Təəccüblə dedim: "Doğru deyirsən. Hansı açar idi?!”
Maşından enib bütün açarların hərəsini bir neçə dəfə
yoxladım, amma heç biri qapıya girmirdi. Elə dayandığım
yerdə dərin bir nəfəs alıb dedim: "Ağa İbrahim, təşəkkür
edirəm.
Sən
şəhadətindən
sonra
da
insanların
problemlərini həll edirsən".
|