Nümunəvi müəllim
Abbas Hadi
İbrahim deyirdi: "Əgər inqilabın yaşaması və sonrakı
nəsillərin də inqilabçı olmasını istəyiriksə, məktəblərdə
fəaliyyət göstərməliyik. Çünki ölkənin gələcəyi tağut
dövrünün ağır şəraitindən xəbərsiz insanlara tapşırılacaq”.
O, əsla inqilabçı olmayanların məktəblərdə müəllim
çalışdığını görəndə çox narahat olurdu, düşünürdü ki,
məktəblərdə, xüsusən də yuxarı siniflərdə ən yaxşı
inqilabçılar dərs deməlidirlər.
Məhz buna görə rahat işini buraxıb maaşı az, əziyyəti
isə çox olan bir peşə fəaliyyətinə başladı.
Onun fikirləşmədiyi yeganə şey maddiyyat idi. Deyirdi
ki, ruzini Allah verir, pulun bərəkəti mühümdür və Allaha
görə görülən iş səmərəli olar.
O, iki məktəbdə tədrisə başladı. Əbu Reyhan liseyində
idman müəllimi, məhrum bölgələrin birində də ərəb dili
müəllimi idi.
İbrahimin ərəbcə tədrisi çox uzun sürmədi, həmin ilin
ortalarından daha o məktəbə getmədi. Bunun səbəbini də
söyləmirdi.
Bir gün məktəbin direktoru mənim yanıma gəlib dedi:
"Sən Allah, siz ağa Hadinin qardaşısınız, onunla danışın,
məktəbə qayıtsın”. Dedim ki, məgər nə olub?
Bir qədər dayanıb dedi: "Düzü, ağa İbrahim öz cibindən
şagirdlərin birinə pul verirdi ki, hər gün birinci tənəffüsdə
pendir-çörək alıb gətirsin. O, uşaqların məhrum bölgədən
olduqlarını nəzərə alırdı. Bilirdi ki, sinifdə əksəri acdır və
ac uşaq dərsi başa düşməz".
Direktor sözünə əlavə etdi: "Mən ağa Hadiyə etiraz edib
dedim ki, məktəbimizin nizam-intizamını pozursan.
65
Halbuki nizam-intizama heç bir xələl gəlməmişdi. Onun
üstünə qışqırıb dedim ki, daha belə bir iş görməyə haqqın
yoxdur. Ağa Hadi də məktəbimizdən getdi. İndi isə şagird
və valideynlər məndən onu qaytarmağımı istəyirlər. Hamı
onun əxlaqını və tədrisini tərifləyir. O, qısa müddətdə
məktəbin bir çox yoxsul və yetim şagirdlərinə bəzi zəruri
əşyalar almışdı. Bundan hətta mənim də xəbərim
olmayıb".
İbrahimlə danışıb məktəb direktorunun sözlərini
çatdırdım, amma faydası olmadı. O, artıq vaxtını digər
işlərlə doldurmuşdu.
İbrahim Əbu Reyhan liseyində yalnız idman müəllimi
yox, həm də əxlaq müəllimi idi. Öz müəllimlərinin
çempionluğunu eşidən şagirdlər onu çox sevirdilər. Əksər
inqilabçıların
öz
zahiri
görkəmlərinə
əhəmiyyət
vermədikləri bir dövrdə İbrahim məktəbə yaraşıqlı
geyimdə və kostyumda gedirdi.
Gözəl və nurlu siması, səlis nitqi və yaxşı rəftarı onu
ideal bir müəllimə çevirmişdi. Sinfi çox yaxşı idarə edir,
yerində gülür, uşaqların diqqətini cəlb edirdi. Tənəffüs
saatlarında məktəbin həyətinə çıxanda uşaqların çoxu
onun başına toplaşırdı. Məktəbə hamıdan tez gəlib,
hamıdan axırda gedirdi və ətrafı həmişə uşaqla dolu
olurdu.
Siyasi cərəyanların fəallaşdığı o dövrdə İbrahim
inqilaba xidmət üçün ən yaxşı yeri seçmişdi.
Yadımdadır, bəzi yuxarı sinif uşaqları siyasi
cərəyanların təsiri altına düşmüşdülər. Bir axşam onları
məscidə dəvət etdi, bəzi inqilabçı və məlumatlı dostlarla
birgə sual-cavab məclisi təşkil elədi. Orada uşaqların
bütün suallarına cavab verildi. Məclis bitəndə gecə saat iki
idi.
66
1979-80-ci dərs ilində ağa Hadi nümunəvi müəllim
seçildi. Həmin il onun ilk və son dərs ili oldu.
1980-ci ilin sentyabrında İbrahim Tehranın 12-ci rayonu
üzrə müəllimliyə qəbul olundu, amma müharibə
başladığına görə dərs deyə bilmədi. Həmin il onun işi
olduqca çox idi: məktəbdə tədris, komitədə iş, zorxana və
güləş, məsciddə fəaliyyət, heyətdə məddahlıq və digər bir
çox inqilab proqramlarında əməkdaşlıq.
|