17 Şəhrivər
Əmir Məncər
Şəhrivərin on yeddisi idi. Motosikletlə İbrahimi götürüb
Jalə meydanının yaxınlığındakı dini yığıncağa getdik.
Məclis bitdi. Bayırdan çoxlu səs-küy gəlirdi. Gecənin
yarısı komendant saatı elan olunmuşdu, çoxlarının isə
xəbəri yox idi. Meydanın ətrafında çoxlu əsgər və polis
vardı.
Çoxlu insan meydana doğru hərəkət edirdi. Polislər
səsucaldanla camaatı dağıtmağa çalışırdılar. İbrahim tez
məclisdən çıxdı və dərhal qayıdıb dedi: "Əmir, gəl, gör
bayırda nə var".
Bayıra çıxdım. Göz işlədikcə hər tərəfdən camaat
meydana axışırdı. Şüarlar artıq şaha yönəlmişdi. "Şaha
ölüm" şüarları əks-səda verirdi. İnsanlar meydana hücum
edirdilər. Bəziləri deyirdilər ki, SAVAK məmurları dörd
tərəfdən meydanı mühasirəyə almışlar. Bir qədər sonra isə
çox heyrətamiz bir hadisə baş verdi. Hər tərəfdən, hətta
göydəki helikopterdən də güllə səsləri gəlirdi.
Tez gedib motosikleti gətirdim, bir küçədən yol tapdım.
Orada polis yox idi. İbrahim yaralıların birini gətirdi. Onu
tez 3 Şəban xəstəxanasına apardıq və cəld geri döndük.
Günortaya qədər təxminən səkkiz dəfə xəstəxanaya gedib-
gəldik; yaralıları qoyub qayıdırdıq. İbrahimin təxminən
bütün bədəni qanın içində idi.
Yaralıların biri yanacaqdoldurma məntəqəsinin yanına
düşmüşdü. Polislər uzaqdan baxırdılar. Heç kim yaralıya
yaxınlaşa bilmirdi.
İbrahim yaralının yanına getmək istəyəndə onu
saxladım.
– Getsən, vuracaqlar.
48
İbrahim mənə baxıb dedi: "Əgər o, öz qardaşın olsaydı,
bu sözü deyərdin?"
Nə deyəcəyimi bilmədim, yalnız bunu dedim ki,
özündən muğayat ol.
Atəş səsləri azalmış, polislər bir qədər geri
çəkilmişdilər. İbrahim sürünə-sürünə çox cəld gedib
yaralının yanında uzandı, onu çiyninə qoydu və yenə
sürünə-sürünə geri döndü. O, böyük rəşadət göstərdi.
Sonra o yaralını başqa biri ilə birgə motosikletə mindirdi
və mən yola düşdüm. Qayıdanda polislər yolu bağladılar.
Mən İbrahimi itirdim və birtəhər evə qayıtdım.
Axşamüstü onlara getdim. Anası nigaran idi. Heç kimin
ondan xəbəri yox idi. Çox narahat olduq. Gecə onun
qayıtdığını eşidib çox sevindim. O, polislərin əlindən
qaçmağı bacarmışdı. Ertəsi gün Behişti-Zəhra (ə)
məzarlığına gedib şəhidlərin dəfninə kömək etdik. 17
Şəhrivərdən sonra hər axşam uşaqların birinin evində iclas
keçirir və işləri planlaşdırırdıq. Bir müddət İbrahimgilin
evinin damı bizim iclas yerimiz oldu, bir müddət
Mehdigilin evi və s. Bu iclaslarda hər şeydən, xüsusən də
etiqad məsələlərindən və siyasi gündəmdən söhbət gedirdi.
Nəhayət, həzrət İmam Xomeyninin İrana qayıdacağını
eşitdik.
Yanvarın sonları idi. Həzrət imamı mühafizə edən
komandaların birinin rəhbərliyi bizə tapşırıldı. Bizim
qrupumuz 1 fevralda silahlı şəkildə hava limanına birləşən
Azadlıq xiyabanının sonunda yerləşdi.
İmam Xomeyninin avtomobilinin giriş səhnəsi
yadımdan çıxmır. İbrahim şamın başına fırlanan kəpənək
kimi həzrət imamın ətrafına fırlanırdı. İmamın avtomobili
keçən kimi cəld uşaqları topladıq və İbrahimlə birgə
Behişti-Zəhra (ə) məzarlığına getdik.
49
Behişti-Zəhra (ə) məzarlığının Qum magistralı tərəfdən
əsas qapısının təhlükəsizliyi bizə tapşırıldı. İbrahim
qapının yanında dayandı, ürəyi isə məzarlıqda idi. İmam
Xomeyni orada çıxış edirdi. İbrahim bizə deyirdi:
"İnqilabın sahibi gəldi, artıq onun itaətindəyik. Bu gündən
imam nə desə, o da icra olunacaq".
O gündən sonra İbrahimin yeməyi və yatmağı olmadı.
Fəcr ongünlüyünün
1
bir neçə günündə heç kim İbrahimdən
xəbər tutmadı. Nəhayət, 9 fevralda onu yenidən gördüm və
dərhal harada olduğunu, anasının nigaran qaldığını
söylədim. Bir qədər dayanıb dedi: "Bu bir neçə gündə
dostumla birgə şəhidlərin kimliyini təyin etməyə
çalışırdıq. Ekspertizada onların vəziyyəti ilə maraqlanan
bir kəs yox idi”.
Fevralın 10-u, gecə idi. İbrahim inqilabçı gənclərin bir
neçəsi ilə birgə polis bölməsini ələ keçirməyə başladı. O,
həmin gecə 14 saylı məhəllə polisini ələ keçirdi və
məhəllədə patrul xidmətinə başladı.
Ertəsi gün səhər çağı İslam inqilabının qələbəsi rəsmən
elan olundu.
İbrahim bir neçə gün idi Əmirlə birgə Rifah
mədrəsəsinə gedirdi. O, bir müddət həzrət imamın
mühafizəçilərindən oldu, sonra Qəsr həbsxanasına getdi və
qısa müddət oranı mühafizə etdi. Həmin müddətdə
komitənin uşaqları ilə bəzi tapşırıqlarda iştirak etdi, amma
rəsmən komitəyə qoşulmadı.
1
İmam Xomeyninin gəlişindən inqilabın qələbəsinə qədərki on gün –
1-11 fevral arası belə adlanır.
|