Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxana “Kitabi-Dədə Qorqud” dastanı ilə tarixə səyahət



Yüklə 1,99 Mb.
səhifə11/14
tarix10.01.2022
ölçüsü1,99 Mb.
#109059
1   ...   6   7   8   9   10   11   12   13   14
Dastandan parça: “Bayındır xan yerindәn durmuşdu. Yüksәk evini qara yer üzәrindә ucaltmışdı. Hündür alaçığı göy üzünә dirәnmişdi. Min yerdә ipәk xalçalar döşәtdirmişdi. İç Oğuz vә Daş Oğuz bәylәri toplaşmışdılar.Doqquz tümәnlik Gürcüstanın xәracı gәldi: bir at, bir qılınc vә bir çomaq gәtirdilәr. Bayındır xan bәrk dilxor oldu. Dәdәm Qorqud gәldi, şadlıq һavası çaldı. “Xanım, niyә qanın qaralıb?”-dedi. Dedi: “Necә qaralmasın, һәr il qızıl-gümüş gәlirdi, cavanlara, bәylәrә verirdik, xatirlәri şad olurdu. İndi bunları kimә verәk ki, onunçun xoş olsun?” Dәdә Qorqud dedi: “Xanım, bunun üçünü dә bir igidә verәk, oğuz elinә qarovul çәksin!” Bayındır xan “Kimә verәk?”-dedi, sağına-soluna baxdı. Heç kim razı olmadı. Bәkil deyilәn bir igid vardı. Ona baxdı, dedi: “Sәn nә deyirsәn?” Bәkil razı oldu. Qalxdı, yeri öpdü. Dәdәm Qorqud gәtirilәn qılıncı onun belinә bağladı. Çomağı çiyninә saldı, yayı qoluna keçirdi. Bәkil şaһanә ayğırı çәkdirib mindi. Qoһum-әqrәbasını ayırdı, ev-eşiyini yığışdırdı, oğuz elindәn köçdü. Bәrdәyә, Gәncәyә gedib, mәskәn saldı. Gedib doqquz tümәnlik Gürcüstan sәrһәdindә çadır qurdu. Qarovulçuluq elәdi. Buralara yad-kafir gәlsә idi, başını Oğuz elinә һәdiyyә göndәrirdi. İldә bir dәfә Bayındır xanın divanına gedirdi. Bir dәfә yenә Bayındır xandan adam gәldi ki, tez gәl. Bәkil dә gәldi. Hәdiyyәlәrini yerә qoydu. Bayındır xanın әlini öpdü. Xan da Bәkili qonaq etdi. Yaxşı at, yaxşı qaftan, bolluca xәrclik verdi. Üç gün tam әzizlәdi, һörmәt etdi. «Bәkili üç gün dә ov әti ilә qonaq elәyәk, bәylәr!”-dedi.



Uşun qoca oğlu Səyrək” boyu

Eposdakı kiçik qardaşın qəhrəmanlığı bütün dünya folklorunda olan məşhur mövzulardandır. Uşun qocanın böyük oğlu Əgrək yadların yaşadığı Alınca qalasına gedərkən tutulur. Onun qardası Səgrək öz qardaşını əsirlikdən qurtarır. Boyda Oğuzların bəzi mənəv i-əxlaqi sifətləri də əksini tapmışdır. Böyüyə hörmət, təvazökarlıq, ata, qardaş haqqını müdafiə etmək, doğma yurda sonsuz məhəbbət hissi xoş təəsurat oyadır. Bütün bunlarla bərabər onuncu boy bitkin bir əsər təsiri bağışlamır. Görünür, bu boyu köçürən ozan müəyyən hadisə və əhvalatları ixtisara salmışdır. Belə ki, kiçik qardaşın ata- anası bəzən oğullarını öz böyük qardaşını qurtarmağa ruhlandırır, bəzən isə buraxmaq istəmirlər. Səgrək isə evləndikdən sonra söz verir ki, qardaşını qurtarmasa vüsal nədi bilməyəcək, arvadınıa yeddi il gözləməsini tapşırır. Boydabütün bu əhvalatlar mənəvi-psixoloji cəhətdən əsaslandırılmır.


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin