Dastandan parça: Oğuzların zamanında Uşun qoca deyilən bir kişi vardı. Övladdan iki oğlu vardı. Böyük oğlunun adı Әyrәk idi. Pəһlәvan, cәsur yaxşı bir igid idi, һaçan istәsə, Bayındır xanın divanına gedib-gәlirdi. Bəylәrbәyi olan Qazanın divanında onun üçün qapı-baca yox idi, Bәyləri aşağı başda qoyub, Qazanın lap önündә otururdu. Heç kimә qaynayıb-qarışmırdı.
Bir gün Әyrәk bәylәri qoyub yuxarı başa keçәndә Tәrsuzamış deyilən bir oğuz igidi dedi; «Ay Uşun qocanın oğlu, bu oturan bәylər һәr biri oturduğu yeri qılıncı ilә, çörәyi ilə alıbdır. Әyә, sәn başmı kәsdin, qanmı tökdün, acmı doydurdun, yalın adammı geyindirdin?» Әyrәk dedi: «Ay Tәrsuzamış, baş kәsib-qan tökmək һünərdirmi?» Dedi: «Bәli, əlbәttә, һünәrdir!» Tәrsuzamışın sözü Әyrәyə tәsir elәdi. Durdu Qazan bәydәn yürüş üçün icazə istәdi. İzn verildi. Çağırdılar, döyüşçülәr yığıldı. Üç yüz nizәli seçmə igid Әyrəyin yanında cəmləşdi. Meyxanada beş gün yemәk-içmәk oldu. Ondan sonra Şirokuz kәnarından Göycә dәnizәdәk saһәni çapıb-taladılar. Böyuk qәnimәt әldә etdilәr. Әyrәyin yolu Әlincә qalasına düşdü.
“Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi boy”
Axırıncı boy oğuzların bir- biri ilə müharibəsindən bəhs edir. Bir sıra boyların qəhrəmanı Qazan xan öz evini yağmalatdırır. Bu mərasimdə hamı iştirak etməli idi. Lakin Dış Oğuz bəylərindən Aruz , Əmən və başqaları iştirak etmədiklərindən Qazan xandan qisas almaq istəyirlər. Onlar Bamsı Beyrəyi öldürürlər. Qazan xanın başçılığı ilə İç Oğuz bəyləri ilə müharibəyə başlayır. Bu savaşda Aruz öldürülür. Kitabi-Dədə Qorqud”da Qazan xanın evinin yağmalandırılması səciyyəvidir. Bu epizod zahiri effekt deyil, dərin məna daşıyır. Habelə burada hakimiyyət uğrunda mübarizə məsələsinə də rast gəlirik. Lakin eposda Qazan xan oğuzların yeganə və əvəzsiz xanıdır. Aruz qoca bu toxunulmaz hakimiyyətə qarşı çıxdığından öz cəzasını alır.
Oğuzların yadlarla mübariz si ə boyun əsas fabulasını təşkil edir. Eposun qəhrəmanı Qazan xan ovdan qayıdarkən möhkəm yatır. Casuslar yadlara xəbər aparır. Yadlar gəlib Oğuz bəylərini öldürür. Qazan xanı isə yatmış şəkildə əl-qolun bağlayıb quyuya atırlar. Boy Qazan xanın qələbəsi ilə bitir. Boyda qədim şaminiliklə səsləşən motivlər də vardır. Belə ki, Təkürün arvadı Qazan xan quyuda olarkən əhvalını soruşur. O isə cavab verir ki, ölülərinizə aş verdiyiniz vaxt əllərindən alıram, həm də ölülərinizin yorğasına minirəm. Sadə ürəkli qadın isə buna inanır. Qazan xana yalvarır ki, onun yeddi yaşlı qızına toxunmasın. Qazan isə cavabında deyir ki, o yalnız həmin qızı minir. Övrət isə deyir:”Vay, sənin əlindən nə yer üzündə dirimiz, nə də yer altında ölümüz qurtulmuş”. Qadın ərinin yanına qaçır və yalvarır ki, Qazanı quyudan çıxarsın, çünki Qazan onun ölülərini incidir.Təkur də buna inanır. Boyda bundan başqa Qazan xanının yeddibaşlı əjdaha haqqındakı nəğməsi göstərir ki, bu əfsanə qədimdir.
Dostları ilə paylaş: |