Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxana Faktların məntiqi təhlili: Elxan Elatlı ilə görüş elektron kitab səRGİSİ


Elatlı,E. Qan ləkəsi: roman.- Bakı: Qanun, 2015.-672 s



Yüklə 2,01 Mb.
səhifə3/17
tarix10.01.2022
ölçüsü2,01 Mb.
#109343
1   2   3   4   5   6   7   8   9   ...   17
Elatlı,E. Qan ləkəsi: roman.- Bakı: Qanun, 2015.-672 s.

Romanda Azərbaycan milli təhlükəsizlik orqanları əməkdaşlarının, Azərbaycan polisinin çətin və şərəfli fəaliyyətindən, düşmənlərimizin iyrənc siyasətindən, ağlasığmaz cinayətlərdən, iki güclü Azərbaycan türkü ailəsinin qanlı qarşıdurmasından bəhs olunur. “Qan ləkəsi” romanı ədəbiyyatımızda milli birliyi təbliğ edən ən güclü əsərdir.

““Bəziləri detektiv nümunələri “yüngül ədəbiyyat”, “qeyri-ciddi ədəbiyyat” adlandırırlar. Sizcə, ədəbi mühitdə niyə detektiv ədəbiyyata qarşı aqresiya var?

–Əvvəla deyim ki, ciddi və ya qeyri-ciddi adlandırılan ədəbiyyat bölgüsü yoxdur. Ancaq guya ciddi ədəbiyyat deyiləndə orda oxucuya çatdırılan böyük bir problemdən söhbət gedir. Detektiv əsərdə cinayət baş verir, sonra cinayət axtarılır və tapılır. Detektiv əsər də başdan-başa ancaq ölüm və axtarışdan ibarət deyil ki? Detektiv nümunələrdə bəzən bir, bəzən bir neçə səhifədə Tanrıya, anaya, vətənə sevgi aşılayacaq nümunəvi məqamlar olur. Hansı ki, min ciddi nümunə adı ilə təqdim edilənlərdən daha çox təsirə malikdir bu hissələr. Bu gün detektiv əsərlər yazan müəlliflərin kitab oxuyanda heç olmasa əsərin detektiv nümunə olduğunu bilirsən, ancaq ciddi ədəbiyyat adına hər cür əsərlər müxtəlif ədəbi cərəyanlar adı altında oxuculara təqdim olunur. Detektiv əsər yazmaq çox çətindir, söhbət normal, qəbul edilən detektiv əsərlərdən gedir. Hətta mən ciddi ədəbiyyat nümunələrini daha asan yaza bilərəm, nəinki detektivi. Detektiv əsərdə lazım olan süjet xətti tapılmalıdır, sona qədər müəmmanı qorumağı bacarmalıdır yazıçı…”




Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin