Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə15/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   11   12   13   14   15   16   17   18   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

1.Şəxsiyyətin tələbatları. Şəxsiyyətin fəallığının mənbəyini onun tələbatları təşkil edir. Məhz tələbat insanı müəyyən surətdə və müəyyən istiqamətdə iş görməyə təhrik edir. Tələbatların müxtəlif növləri vardır. Onları ayrı-ayrı meyarlara görə təsnif etmək olar.
a). Mənşəyinə görə: təbii və mədəni tələbatlar.
b). Predmetinə görə: maddi və mənəvi tələbatlar.
Tələbatların tam təmin olunması şəxsiyyətin hərtərəfli inkişafının ən mühüm şərtlərindən biridir. Lakin bu, yeganə şərt deyildir. Bundan başqa, digər formalaşdırıcı şərtlər olmadıqda, tələbatı asanlıqla təmin etmək imkanı çox vaxt insan şəxsiyyətinin tənəzzül etməsinə gətirib çıxarır.
2.Şəxsiyyətin təcrübəsi. Buraya hər bir adamın həyatda qazandığı bilik, bacarıq və vərdişləri daxildir. Şəxsiyyətin təcrübəsi onun şüuru ilə sıx surətdə əlaqədardır. Təcrübənin təşkilində üç mərhələ ayırmaq olar.
a). Xarici təsirlər dərk olunur.
b). Şüurda əksini tapmış təsirlər hifz olunur.
c). Təcrübə hərəkətə, fəaliyyətə çevrilir.
İnsanın qavrayışı nə qədər dolğun olarsa, təcrübə də bir o qədər zəngin olar.
3.Şəxsiyyətin münasibətləri. Buraya şəxsiyyətin başqa adamlara, özünə, əməyə və əşyalara münasibəti daxildir. Şəxsiyyətin münasibətləri onun rəftar və davranışında özünü göstərir. Şəxsiyyətin mənlik şüuru da nəticə etibarı ilə onun münasibətləri ilə müəyyən olunur. Münasibətlər şəxsiyyətin nüvəsini təşkil edir.
4.Şəxsiyyətin istiqaməti. Buraya şəxsiyyətin dünyagörüşü, əqidəsi, ideyası, baxışları, maraqları və meylləri daxildir. Şəxsiyyətin istiqaməti onun motivləri ilə müəyyən olunur. Motivlərin öyrənilməsi mahiyyət etibarilə şəxsiyyəti fəaliyyətdə öyrənmək deməkdir. Motiv insanı fəaliyyətə təhrik edir və onun fəaliyyətinin istiqamətini müəyyənləşdirir. Şəxsiyyətin istiqaməti onun simasını müəyyən edir.
Şəxsiyyəti tanımaq üçün hər şeydən əvvəl onun öz həyat yolunda nələr etdiyini və nələr etməyə hazırlaşdığını araşdırmaq lazımdır. Şəxsiyyətin istiqaməti onun idraki, emosional və iradi sferasına əsaslı təsir göstərir. Şəxsiyyətin istiqaməti insanın həyat fəaliyyətinin müxtəlif sahələrində özünü göstərir. Şəxsiyyətin istiqamətini səciyyələndirərkən onun əsas keyfiyyətlərinə diqqət yetirmək lazımdır. Şəxsiyyətin istiqamətinin əsas keyfiyyətləri aşağıdakılardır.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin