Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə37/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   33   34   35   36   37   38   39   40   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

1.Təhlil və tərkib-vəhdət təşkil edir. Təhlil cisim və hadisəni fikrən hisslərə ayırmaqdırsa, tərkib həmin hissləri fikrən birləşdirməkdən ibarətdir. Təhlil və tərkib fikri fəaliyyət prosesində qarşılıqlı vəhdətdə cərəyan edib gerçəkliyi əks etdirməyə imkan yaradır.
2.Müqayisə-cisim və hadisələr arasında oxşar və fərqli cəhətləri fikrən müəyyənləşdirməkdən ibarətdir. Təlim prosesində müqayisə böyük əhəmiyyətə malik olub, öyrənilən materialın möhkəm yadda qalmasını təmin edir.
3.Ümumiləşdirmə-cisim və hadisələri mühüm əlamət və xassələrinə görə fikrən birləşdirməkdən ibarətdir. Məsələn, plan tutmaq, tezis yazmaq, nəticə və başlıqlar müəyyənləşdirmək və s. Ümumiləşdirmə mücərrədləşdirmə ilə sıx vəhdətdədir. Mücərrədləşdirmə-cisim və hadisələrdə mövcud olan mühüm əlamət və xassələri fikrən ayırıb, nəzərdən keçirməkdən ibarətdir. Mücərrədləşdirmə zamanı cisim və hadisələrdəki ikinci dərəcəli xüsusiyyətlərə diqqət yetirilmir.
4.Konkretləşdirmə-xüsusi halları fikrən müəyyənləşdirməkdən ibarətdir. Məsələn, dərsi izah edərkən ümumi müddəanı müxtəlif sahələrdən gətirilmiş misallarla konkretləşdirmək lazımdır.
5.Sistemləşdirmə və ya təsnifat-cisim və hadisələrin oxşar cəhətlərini müəyyən etməklə, onları fikrən qruplara, dəstəyə, növə ayırırlar. Sistemləşdirmə və ya təsnifat insanların idrak imkanlarını genişləndirir, rəngarən, çoxcəhətli, müxtəlif əlamətli cisim və hadisələri ümumiləşmiş halda dərk etməni nisbətən asanlaşdırır.
Təfəkkürün növləri. Təfəkkürün fəallıq dərəcəsi, gerçəkliyi əks etdirmə səviyyəsi ayrı-ayrı adamlarda eyni olmur. Bütün bu cəhətlərə görə təfəkkürü müxtəlif növlərə ayırırlar.
1.Əyani-əməli təfəkkür-bilavasitə təsir edən cisim və hadisələrin dərk edilməsi ilə əlaqədardır. Yəni əşyalar üzərində praktik fəaliyyətlə bağlı təfəkkür növüdür. Təfəkkürün bu növü 3 yaşına qədər uşaqlarda üstün mövqe tutur. Əyani-əməli təfəkkür daha çox hərəkətlərin köməyi ilə həyata keçirilir. Məsələn, kiçik uşaqdan soruşanda “Bu körpünü necə qurmusan?” “Bax belə”-deyə quraşdırdığı körpünü uçurub, yenidən qurmağa başlayır. Bu zaman uşaq öz fikrini hərəkətlərin köməyi ilə ifadə edir. İnsanda təfəkkürün inkişafı məhz bu növdən başlamışdır.
2.Əyani-obrazlı təfəkkür-qavrayış və təsəvvür materiallarına istinad edir. Yəni qavrayış və təsəvvür surətləri təhlil edilir, müqayisədən keçirilir. Əyani-obrazlı təfəkkür əsasən 4-7 yaşlı uşaqlarda müşahidə olunur. Məsələn, xəmirdən eyni böyüklükdə və eyni çəkidə iki kündə düzəldirlər. Uşaqlar baxır və onların eyni olduğunu deyirlər. Sonra kündənin birini yayıb kökə düzəldirlər, uşaqlar belə hesab edirlər ki, kökə kündədən ağırdır. Kökə nisbətən böyük sahə tutduğu üçün uşaqların gözünə daha ağır görünür.
3.Mücərrəd təfəkkür-ümumi və mücərrəd məfhumlara istinad edir. Məhz mücərrəd təfəkkür sayəsində təbiətin, cəmiyyətin, insanın özünün inkişaf qanunauyğunluqlarını müəyyənləşdirmək mümkündür. Məsələn, xoşbəxtlik, kəmiyyət, keyfiyyət, ədalət və s. haqqında fikirləşmək mücərrəd təfəkkürə misal ola bilər. Mücərrəd təfəkkür sayəsində fikri məsələlərin həlli mümkün olur.
4.Məntiqi təfəkkür-obyektiv gerçəkliyin qanunauyğun əlaqələrinin düzgün inikasıdır. Məntiqi təfəkkür əsasən hökmlərin müəyyənliyi, ardıcıllığı, sübutluluğu, əsaslılığı ilə əlaqədardır. Bu keyfiyyətlər təfəkkürün varlığı düzgün əks etdirməsi ilə şərtlənir.
5.Nəzəri təfəkkür-cisim və hadisələrin əsas xüsusiyyətlərini, qanunauyğunluqlarını aşkar etməyə yönəlmiş olur. Nəzəri təfəkkür müəyyən qanunların, problemlərin nəzəri yolla həll edilməsi ilə bağlı olan təfəkkürdür. Elmdə fundamental məsələlərin həlli nəzəri təfəkkürün fəaliyyəti ilə bağlıdır.
6.Praktik təfəkkür-öyrənilmiş nəzəri bilikləri təcrübəyə tətbiq etmək, müxtəlif bacarıq və vərdişlərə yiyələnməklə əlaqədardır. Onun köməyi ilə şagirdlər ayrı-ayrı fənlərdən öyrəndikləri nəzəri bilikləri təcrübəyə tətbiq edir, müəyyən bacarıq və vərdişlərə yiyələnirlər.
7.Texniki təfəkkür-texniki məsələlərin həllinə yönəlir və bu sahədə yüksək göstəricilərə nail olmağa imkan yaradır. Elmi texniki tərəqqiyə nail olmaq üçün insanların texniki təfəkkürünü inkişaf etdirmək lazımdır.
8.Bədii təfəkkür-varlığı obrazlı surətdə əks etdirməklə əlaqədardır. Bu, daha çox rejisorlarda, şairlərdə, yazıçılarda, artistlərdə, müğənnilərdə özünü qabarıq şəkildə göstərir.
9.Dialektik təfəkkür-təbiət və ictimai həyat hadisələrini donmuş, dəyişməz deyil, daim inkişaf edərək dəyişmə prosesində əks etdirməklə əlaqədardır. Məlumdur ki, həm təbiət, həm də ictimai həyat hadisələri dəyişir, inkişaf edir. Məhz həmin inkişaf prosesində insanın təfəkkürü dəyişir və formalaşır.
10.Yaradıcı təfəkkür-idrak fəaliyyəti prosesində subyektiv olaraq yeni məhsul, yeni cəhətlər yaratmaqla əlaqədardır. Yaradıcı təfəkkür bütün fəaliyyət sahələrində özünü göstərə bilər. Belə ki, istənilən fəaliyyət sahəsində çalışan adam öz işinə məsuliyyətlə və yaradıcı şəkildə yanaşsa, o yaradıcı təfəkkürünü inkişaf etdirə bilər.
İnsan təfəkkürünün qeyd edilən bütün növləri bir-biri ilə sıx surətdə bağlıdır və qarşılıqlı surətdə bir-birinə keçir. Təfəkkürün ayrı-ayrı növlərinin inkişafı təlim və tərbiyə işinin səmərəli təşkilindən çox asılıdır. Təfəkkürün inkişafı bir sıra şərtlərlə bağlıdır, yəni uşağın fiziki inkişafından, həyat təcrübəsinin zənginləşməsindən, əməli fəaliyyətə qoşulmasından, nitqə yiyələnməsindən və s. asılıdır. Uşaq təfəkkürünün inkişafı üçün elə oyun faydalı hesab edilə bilər ki, bu zaman uşağın qarşısına fikri məsələlər çıxsın, həmin məsələləri həll etmək üzərində düşünsün, müstəqil surətdə yollar tapsın, müəyyən əqli əməliyyat nəticəsində qarşıdakı məqsədə çatsın. Bunlar təfəkkürün inkişafına müsbət təsir göstərir.



Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin