Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


a)Yaradıcılıq mürəkkəb prosesdir



Yüklə 277,04 Kb.
səhifə39/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   35   36   37   38   39   40   41   42   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

a)Yaradıcılıq mürəkkəb prosesdir. Yaradıcı fəaliyyət prosesində təxəyyül daha mühüm rol oynayır. Şagirdlərin yaradıcı fəaliyyətini səmərəli təşkil etmək, onların təxəyyülünü bilavasitə yaradıcı fəaliyyət prosesində inkişaf etdirmək lazımdır.
b)Təxəyyül fəaliyyət prosesində formalaşır. Təxəyyül özünün quruluşuna görə fəaliyyətin struktur xüsusiyyətlərini əks etdirir. Şagirdlərdə təxəyyülü düzgün inkişaf etdirmək üçün onlara mütləq müvafiq fəaliyyət sahələri üçün zəruri olan bilik, bacarıq və vərdişlər aşılamaq lazımdır.
c)Yaradıcılıq prosesində insanda özünü aktuallaşdırma tələbatı formalaşır. Görkəmli yazıçılar, rəssamlar, alimlər və başqaları bu cəhətə həmişə diqqət yetirmışlər. Bu məsələlər indi də aktualdır. Müasir psixologiyada yaradıcılıq qabiliyyətinin stimullaşdırılmasına daha çox diqqət yetirilir və zəruri məsələ kimi meydana çıxır.
d)Bütün yaradıcı proseslər şəxsiyyət xarakteri daşıyır. Bu ümumi psixoloji qanunauyğunluq təxəyyüldə xüsusilə aydın nəzərə çarpır. Çünki insan öz şəxsiyyətini məhz yaradıcılıq prosesində ifadə edir.
Beləliklə, təxəyyül insanın həyat fəaliyyətində mühüm rol oynayır və təxəyyülün rolunu inkar etmək mənasızdır. Yeni surətlərin yaradılması prosesində mənlik şüurunun funksiyaları çoxcəhətlidir. Onların hamısı şəxsiyyətin yaradıcılıq prosesində özünü ifadə etməsi, öz yaradıcılıq meyllərini həyata keçirmək üçün yollar seçilməsi ilə bağlıdır. Bu o deməkdir ki, şəxsiyyət amilini nəzərə almadan təxəyyül surətlərini psixoloji baxımdan ətraflı təhlil etmək olmaz.
Təxəyyülün növləri. Təxəyyül bütün fəaliyyət sahələrində mühüm əhəmiyyətə malikdir. Hətta, ən ciddi elmlərin kəşfi də təxəyyülsüz mümkün deyildir. Təxəyyülün növləri məzmuna görə bir-birindən fərqlənir və buna uyğun olaraq aşağıdakı növlərini qeyd etmək olar.
1.Passiv təxəyyül
2.Aktiv təxəyyül
1.İnsan bir çox hallarda müxtəlif təxəyyül surətləri yaradır. Lakin onları həyata keçirmir və yaxud elə şeylər fikirləşir ki, onları həyata keçirmək əslində mümkün olmur. Belə təxəyyülə passiv təxəyyül deyilir. Passiv təxəyyül həm niyyətli həm də niyyətsiz xarakter daşıyır.
Niyyətli passiv təxəyyülə xülyanı misal göstərmək olar. Xülya zamanı insan əsrarəngiz surətlər yaradır, onları gözünün qarşısında canlandırıb xoşhallanır. Sadəcə olaraq bu prosesin özündən həzz alır, lakin onları həyata keçirmir. Əgər insanın həyat fəaliyyətində xülya surətləri üstünlük təşkil edirsə, bu, onun bir şəxsiyyət kimi inkişafında ciddi nöqsanlar olduğunu göstərir. Xülyanı xəyalla eyniləşdirmək olmaz. Xəyal arzu edilən gələcəyin surətlərini yaratmaqdan ibarət olan təxəyyül prosesidir. İnsanın həyatında xəyal mühüm rol oynayır. Əgər xəyal edən şəxs öz xəyalına ciddi yanaşırsa, ümumiyyətlə öz xəyalını həyata keçirmək üzərində vicdanla çalışırsa, onda xəyalla gerçəklik arasında ziddiyyətin heç bir zərəri olmur. Xəyal ilə həyat arasında bir təmas olduqda hər şey yerində olur. İnsanın öz xəyal surətlərinə tənqidi münasibət bəsləyib, onları idarə etməsi zəruridir.
Niyyətsiz passiv təxəyyül insanın müvəqqəti fəaliyyətsizliyi zamanı, mürgüləməyə yaxın vəziyyətdə, affekt halında, yuxuda, şüurun patoloji pozğunluğu və s. zamanı baş verir. Məsələn, insan affekt halında olanda, yəni sevincli, kədərli, əsəbi, həyəcanlı vəziyyətdə olanda, ondan asılı olmadan niyyətsiz passiv təxəyyül surətləri yaranır. Bəzən yatmış adamda xarici qıcıqların təsiri ilə də yuxu surətləri yaranır. Məsələn, yatmış adamın sifətinə ətir yaxınlaşdırdıqda o, yuxuda özünü ətirli bir bağda görür. Yaxud, yatmış adamın qulağına sakit zəng səsi tuturlar. O, yuxuda görür ki, padnos əlindən düşdü və qablar sındı. Soyuq otaqda yatan adamın ayaqlarını açırlar. O, yuxuda buz üzərində gəzdiyini görür.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin