Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə38/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   34   35   36   37   38   39   40   41   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

13. Təxəyyül
Plan:
1. Təxəyyülün ümumi səciyyəsi
2. Təxəyyülün təfəkkürlə qarşılıqlı əlaqəsi
3. Təxəyyül prosesləri
4. Məktəbəqədər və məktəb yaşı dövründə təxəyyülün rolu
5. Yaradıcı fəaliyyət prosesində təxəyyül
6. Təxəyyülün növləri
Keçmiş qavrayış materiallarının yenidən işlənməsi əsasında yeni surətlərin yaradılmasına təxəyyül deyilir. Təxəyyül prosesində insan xarici aləmdə bilavasitə olmayan yeni surətlər yaradır. Lakin insan heç bir şeyi özündən uydurmur, yeni surətlərin ayrı-ayrı əlamətlərini ancaq həyatdan götürür. Hətta ən fantastik surətlər belə insanların cisim və hadisələr haqqındakı təsəvvürləri əsasında formalaşmışdır. Bu, təxəyyülün əsas xüsusiyyətidir. Təxəyyül surətlərinin keyfiyyəti insanın təsəvvür ehtiyatının, bilik və təcrübəsinin zəngin olmasından asılıdır. Onlar nə qədər zəngin olsa, təxəyyüldə yeni surətlər yaratmaq üçün zəruri olan material da çox olar.
Təxəyyül tarixən əmək fəaliyyətində təşəkkül tapmışdır. İnsan əmək prosesinin sonunda əldə edilən nəticəni hələ prosesə başlamazdan əvvəl təsəvvür etməyi, fikrən yeni surətlər yaratmağı öyrənmişdir. Beləliklə, təxəyyül əməyin müəyyən bir inkişaf mərhələsində əmələ gəlmiş və insanın yaradıcı fəaliyyətində təşəkkül etmişdir.
Təxəyyül təfəkkürlə sıx əlaqədardır. Təfəkkür kimi, təxəyyül də gələcəyi qabaqcadan görmək imkanı verir. Təxəyyülün mahiyyəti ondan ibarətdir ki, o, hətta təfəkkür üçün zəruri olan biliklər lazımı qədər tam olmadıqda belə, qərar qəbul etmək və çıxış yolu tapmağa imkan verir. Təxəyyülün müəyyən etdiyi həll yolu çox vaxt kifayət qədər dəqiq olmur. Lakin informasıyanın yarımçıq olduğu mühitdə yaşamaq və fəaliyyət göstərmək zərurəti insanda təxəyyül aparatının əmələ gəlməsi ilə nəticələnir. Bizi əhatə edən aləmdə həmişə öyrənilməmiş sahələr qalacaqsa, onda təxəyyül aparatı da daim faydalı olacaqdır.
Bizim hər birimiz yaşımızdan asılı olmayaraq gündəlik həyatımızda onlarla təxəyyül surətləri yaradırıq. Bəzən xəyala dalıb gözümüzün qarşısında qəlbimizi riqqətə gətirən xoş mənzərələr canlandırırıq. Bəzən bizdən incimiş dostumuzun könlünü almaq, özümüzə bir növ haqq qazandırmaq üçün müxtəlif əhvalatlar uydururuq. Evimizi bəzəyəndə də, uşaqlar üçün paltar tikəndə də, bədii əsər oxuyanda da rəngarəng təxəyyül surətləri yaradırıq. Təxəyyül fikri məsələnin həll edilməsi, fəaliyyətin planlaşdırılması prosesində bilavasitə iştirak edir və onların məhsuldarlığını şərtləndirən əsas amillərdən birinə çevrilir.
Təxəyyül prosesləri təhliltərkib xarakteri daşıyır. Təhlil və tərkib əvvəllər qavranılmış, başa düşülmüş, dərk olunmuş obyektin dəqiq surətinə yaxınlaşmaqdan ibarətdir. Təhlil və tərkib təxəyyül surətlərinin yaradılmasının əsas mexanizmini təşkil edir. Görkəmli yazıçıların, rəssamların alimlərin, konstruktorların, memarların və başqalarının yaradıcılığında bu ümumi qanunauyğunluq özünəməxsus şəkildə təzahür edir. Yaşlılar da, uşaqlar da təxəyyül surətlərini təhlil-tərkib əməliyyatları vasitəsilə yaradırlar. Şagirdlərdə bu əməliyyatların inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir.
Məktəbəqədər yaş dövrü ərzində uşaq təxəyyülü tədricən söz yaradıcılığı və bədii yaradıcılığı həyata keçirməyə imkan verən müstəqil fəaliyyətə çevrilir. Bu yaşda fantaziya ictimai təcrübəni mənimsəmənin ən mühüm şərtlərindən biri kimi meydana çıxır.
Məktəblinin təlim fəaliyyətində də təxəyyülün rolu böyükdür. Şagirdlərdə təxəyyülün inkişafı və tərbiyəsi baxımından hər fənnin öz imkanları vardır. Müəllim fənlərin tədrisi prosesində bu cəhəti nəzərə almalı, müxtəlif yollarla şagirdlərin təxəyyülünü aktivləşdirməli və inkişaf etdirməlidir.
Psixologiyada yaradıcılıq prosesləri müxtəlif istiqamətlərdə öyrənilir. Həmin tədqiqatlar təxəyyülün xüsusiyyətlərini aydınlaşdırmaq üçün xüsusi əhəmiyyətə malik olan mühüm nəticələr çıxarmaq imkanı verir. Onlardan bəzilərini qeyd edək.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin