1.Kəmiyyət pozuntuları-(yaddaşın güclənməsi, zəiflənməsi və ya itməsi).
2.Keyfiyyət pozuntuları-(təhrif olunmuş, yalançı xatırlamalar).
12. Təfəkkür Plan: 1. Təfəkkürün özünəməxsus xüsusiyyətləri
2. Ağlın keyfiyyətləri
3. Məfhumlar
4. Hökmlər
5. Əqli nəticə və ya istidlal
6. Təfəkkür prosesləri
7. Təfəkkürün növləri
Cisim və hadisələr arasındakı qanunauyğun əlaqə və münasibətlərin insan beynində ümumiləşmiş və vasitəli şəkildə əks olunmasından ibarət olan psixi prosesə təfəkkür deyilir. Psixologiyada təfəkkür dərk edən subyektlə dərk olunan obyekt arasında qarşılıqlı təsir prosesi kimi öyrənilir. Yəni psixologiyada təfəkkür ilk növbədə idrak fəaliyyəti kimi nəzərdən keçirilir. Təfəkkür ali idrak prosesi kimi hadisənin gələcək mənzərəsini verə bilir. Təfəkkür prosesində insan qanunauyğun əlaqələri təsadüfi əlaqələrdən ayırd edir və varlığı ümumiləşmiş halda əks etdirir. Təfəkkürün özünəməxsus xüsusiyyətləri vardır.
1.Təfəkkür vasitəli idrak prosesidir.
2.Təfəkkür ümumiləşmiş idrak prosesidir.
3.Təfəkkür nitqlə vəhdətdədir.
Təfəkkür bütün adamlara məxsus mürəkkəb psixi prosesdir. Lakin onun məzmunu və inkişaf dərəcəsi hamıda eyni səviyyədə deyildir. İnsanların təfəkküründə bir sıra fərdi xüsusiyyətlər meydana çıxır. Bu fərdi xüsusiyyətlər ağlın keyfiyyətində daha qabarıq təzahür edir.
1.Ağlın müstəqilliyi 5.Ağlın çevikliyi
2.Ağlın tənqidliyi 6.Fikrin sürəti
3.Ağlın dərinliyi 7.Fikrin məntiqliyi
4.Ağlın genişliyi
Təfəkkürün nəticələri özünü təfəkkürün formalarında büruzə verir. Təfəkkürün formaları psixologiyanın öyrənmə obyektidir və 3 əsas forması vardır.
1.Məfhum 2.Hökm 3.Əqli nəticə 1.Məfhum həmişə sözlərdə ifadə olunur və bəşəriyyətin inkişaf prosesində əldə etmiş olduğu biliklərin əsasını təşkil edir. Təlim prosesində şagird məfhumları mənimsəməklə kifayətlənmir, həm də özünün idrak təcrübəsini genişləndirmək üçün onlardan bir material kimi istifadə edir. Məfhumların şagirdlərə mənimsədilməsi müəllimin məharətindən asılıdır. Şagirdlərin məfhumlardan necə istifadə etdiklərinə diqqət yetirmək lazımdır. Məfhumlar müxtəlifdir və aşağıdakıları qeyd etmək olar.