Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə33/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   29   30   31   32   33   34   35   36   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

1.Qonşuluq rabitəsi-əşya və hadisələr arasındakı zaman və məkan münasibətləri təşkil edir. Məsələn, orta məktəb yoldaşımıza rast gəldikdə, məktəb həyatına aid bir sıra başqa hadisələr təsəvvürümüzdə canlanır.
2.Oxşarlıq rabitəsi-əşya və hadisələr bir-birinə oxşadıqda təzahür edir. Məsələn, dostumuza bənzəyən bir adam gördükdə, onun haqqında təsəvvür yaranır.
3.Əkslik rabitəsi-bir-birinə təzad təşkil edən əşya və hadisə nəticəsində baş verir. Məsələn, şagird pis qiymət alanda aldığı yaxşı qiyməti xatırlayır, yaxud, gözəl adam təsəvvürü çirkin adam təsəvvürünü, yay təsəvvürü qış təsəvvürünü yaradır.
Hafizə insanın bütün çoxcəhətli fəaliyyətində iştirak etdiyinə görə onun təzahür formaları olduqca müxtəlifdir. Odur ki, hafizənin növlərini bir neçə istiqamətdə, ayrı-ayrı meyarlara görə təsnif etmək olar. Hafizənin bütün növləri 3 əsas amillə müəyyən edilir.
1.Obyektinə görə: surət hafizəsi, hərəkət hafizəsi, emosional hafizəsi və sözlü-məntiqi hafizə.
2.Məqsədinə görə: qeyri-ixtiyari hafizə və ixtiyari hafizə.
3.Materialın möhkəmlənməsinə görə: qısamüddətli hafizə və uzunmüddətli hafizə.
Surət hafizəsi-cisim və hadisələrin keçmişdə qazanmış olduğumuz surətlərin yadda saxlanması, hifz edilməsi və yadasalınmasından ibarətdir. Surət hafizəsinin təşəkkülü və təzahür xüsusiyyətləri müxtəlifdir. Buraya ardıcıl surətlər, əyani surətlər və təsəvvür surətləri aiddir. Surət hafizəsində təzahür edən surətlərin əyaniliyi, konkretliyidəqiqliyi ayrı-ayrı adamlarda müxtəlif ola bilər.
Hərəkət hafizəsi-müxtəlif hərəkətlərin və onların sisteminin yadda saxlanması, hifz edilməsi və yadasalınmasıdır. Hərəki hafizə demək olar ki, bütün adamlarda vardır, lakin ayrı-ayrı şəxslərdə müxtəlif şəkildə və intensivlikdə təzahür edir. Hafizənin bu növü digər növlərə nisbətən tez inkişaf edir. Hərəkət hafizəsi əmək vərdişlərinin təşəkkülü üçün çox əhəmiyyətlidir.
Emosional hafizə-keçirdiyimiz hisslərin yadda saxlanması və yadasalınmasıdır. Emosional hafizə insan şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Hafizənin bu növü insana imkan verir ki, keçirdiyi hisslərin məzmun və xarakterindən asılı olaraq öz davranış və rəftarını tənzim etsin. Bu mənada emosional hafizə insanın mənəvi inkişafının əsas şərtidir.
Sözlü-məntiqi hafizə-fikirlərin, anlayışların yadda saxlanması, hifz edilməsi və yadasalınmasından ibarətdir. Sözlü-məntiqi hafizə yalnız insanlara məxsusdur. Bəzən sözlər olduğu kimi yadda saxlanıla bilər, onun mənasını bilmədikdə, hafizə sözlü-məntiqi deyil, mexaniki səciyyə daşıyacaqdır.
Qeyri-ixtiyari hafizə-materialın yadda saxlanması üçün xüsusi məqsəd və iradi cəhd tələb etmir. Məsələn, şagird maraqlı kitab oxuyanda, kinofilmə baxanda, qeyri-adi hadisələrlə rastlaşanda xüsusi niyyət olmadan da onları yadda saxlayır.
İxtiyari hafizə-materialın yadda saxlanması üçün xüsusi məqsəd və iradi səy tələb edir. Deməli, ixtiyari hafizə insanın şüurlu fəaliyyətinin həm nəticəsi, həm də səbəbidir. Belə dialektik vəhdət ixtiyari hafizənin inkişafını şərtləndirən başlıca amildir.
Qısamüddətli hafizə-qavradığımız cisim və hadisələri müəyyən müddət ərzində görməkdən, eşitməkdən və s. ibarətdir. Hazırda hiss üzvlərimizin verdiyi məlumatı tutmağa, dəyişdirməyə və canlandırmağa qısa müddətli hafizə deyilir. Qısamüddətli hafizənin sinonimi kimi bəzən operativ hafizə termini işlədilir. Operativ hafizədə qısamüddətli və uzunmüddətli hafizədən alınan materialların “işçi qarışığı” yaranır. Həmin işçi material fəaliyyət göstərdiyi müddət ərzində operativ hafizənin ixtiyarında olur.
Uzunmüddətli hafizə-qavranılan materialın uzun müddət və möhkəm yadda saxlanılması ilə xarakterizə olunur. Yəni biliklərin, eləcə də bacarıq və vərdişlərin saatlarla, aylarla, illərlə hifz edilməsi uzun müddətli hafizənin əsas məzmununu təşkil edir. Uzunmüddətli hafizədə adətən materiallar yenidən qurulur, biliklər müxtəlif istiqamətlərdə təşkil olunur, dərin biliklər əldə edilir.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin