Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


İxtiyaridən sonrakı diqqət



Yüklə 277,04 Kb.
səhifə30/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   26   27   28   29   30   31   32   33   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

3.İxtiyaridən sonrakı diqqət-şüurlu məqsədlərlə bağlıdır, yəni niyyətli olaraq baş verdiyinə görə həmin diqqəti qeyri-ixtiyari diqqətlə eyniləşdirmək olmaz. Digər tərəfdən, onu ixtiyari diqqətlə də eyniləşdirmək olmaz, çünki artıq burada diqqəti saxlamaq üçün sonrakı proseslərdə iradi cəhd tələb olunmur. Diqqətin bu növünün birinci mərhələsi ixtiyari diqqətə, ikinci mərhələsi isə qeyri-ixtiyari diqqətə oxşayır. Belə nəticəyə gəlmək olar ki, ixtiyaridən sonrakı diqqət ixtiyari olaraq baş verir və qeyri-ixtiyari davam edir. Məsələn, şagird diqqətini məsələ həllinə yönəltmək üçün əvvəlcə xüsusi səy göstərir. Məsələnin həlli şagirdi çox maraqlandırdıqda, o, bu işdən müəyyən zövq aldıqda, onun diqqəti məsələ həlli üzərinə sanki öz-özünə yönəlir. Təlim prosesində ixtiyaridən sonrakı diqqət xüsusi əhəmiyyətə malikdir.
Diqqətin əsas xüsusiyyətləri. Diqqətin müxtəlif xüsusiyyətləri vardır. Hər bir xüsusiyyət ayrı-ayrı adamlarda özünəməxsus şəkildə təzahür edir. Onlara müxtəlif amillər təsir göstərir. Odur ki, diqqətin hər bir xüsusiyyətini ayrılıqda izah etmək lazım gəlir. Diqqətin aşağıdakı xüsusiyyətləri vardır.
1. Diqqətin mərkəzləşməsi.
2. Diqqətin həcmi.
3. Diqqətin paylanması.
4. Diqqətin davamlılığı.
5. Diqqətin tərəddüdü.
6. Diqqətin keçirilməsi.
7. Diqqətin yayınması.
1.Diqqətin mərkəzləşməsi zamanı şüurumuz bir obyektə və ya bir fəaliyyətə yönəlir, başqalarından uzaqlaşır. Başqa sözlə, yalnız bir obyektə yönəlmiş diqqət mərkəzləşmiş diqqət hesab olunur. Diqqətin mərkəzləşməsi hər hansı bir fəaliyyətə, işə, obyektə dərin və fəal maraqla bağlıdır. Biz müəyyən bir obyekt, bir fəaliyyət üzərində diqqətimizi nə qədər qüvvətli mərkəzləşdirsək, onu daha aydın dərk edərik və fəaliyyəti müvəffəqiyyətlə icra edərik.
2.Diqqətin həcmi eyni vaxtda əhatə olunan, aydın dərk edilən obyektlərin miqdarı ilə müəyyən edilir. Diqqətin böyük həcmə malik olması bir sıra fəaliyyət sahələrində çox əhəmiyyətlidir. Məsələn, kəşfiyyatçı eyni zaman içərisində nə qədər çox obyekti əhatə etsə, yəni onun diqqətinin həcmi nə qədər böyük olsa, kəşfiyyat işi bir o qədər səmərəli olar. Müəllim eyni vaxtda nə qədər çox şagirdə nəzarət yetirə bilsə, sinfi bir o qədər yaxşı təşkil edər.
Diqqətin həcmi obyektlərin düzülüşündən, formasından, rəngindən və s. asılıdır. Obyektlər müəyyən qayda ilə düzüldükdə diqqətin həcmi çoxalır, qarışıq şəkildə olduqda isə azalır. Diqqətin həcmi diqqətin gərginlik dərəcəsini xarakterizə etməyə imkan verir. Gərgin diqqət zamanı obyekt həddindən artıq aydınlıqla dərk olunduğu halda, ətraf cisim və hadisələr demək olar ki sezilmir. Bunu qaranlıq gecədə cib fənərinin saldığı işığa bənzətmək olar.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin