Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi


Tarixi-sultan əl-arifin sultan Gülşəni q.s



Yüklə 4,06 Mb.
səhifə4/41
tarix20.01.2017
ölçüsü4,06 Mb.
#726
1   2   3   4   5   6   7   8   9   ...   41

Tarixi-sultan əl-arifin sultan Gülşəni q.s.

İslambulə gəldügi ilündə denüldi
Kəbə yıqməq dilər əshabi-fil,

Leyk manidir əya bir cəlil.

Qütbü aləm Şeyx İbrahim, çün

Etdi islam əhlinə Allah dəlil.

Misr içində ol Əziz irşad edib,

Qıldi Həqqin nemətin xəlqə bil.

Gün kibi etdi münəvvər aləmi,

Olmadi ol həzrətə kimsə ədil.

Bundəki Rumun püləv düşmənləri

Tən simərdib canləri oldi nəhil.

Hər yeri otlaq edindi bir yeri,

Xəlqi-aləm anlərə oldi qəsil.

Lütf edüb ol sanei-pərvərdigar,

Qılmadı Rum əhlini xurü zəlil.

Şeyx təqdir eylədi Rumə inə,

Nemətinə əhli-Rum olə nəzil.

İrdi İslambulə ol salari-din

Dendi tarixçəyi-İbrahim Xəlil.

h.924 m.1518/19 (T-890, vər. 251b)


  1. Gülşəninin türk Divanının İstanbul Millət kitabxa­nasın­dakı Ali Emiri əfəndi (Mən­zum əsərlər)-379 şifri altında saxlanılan nüsxə­si­nin 1947-ci ildə nəşr olun­muş “İstanbul kitablıqları türkcə yazma di­van­lar kata­lo­qu”nun birinci cil­din­də qısa təsviri vardır (№41). Kö­çü­rüldüyü tarix bəlli deyil. Həcmi 79 vərəq, öl­çüsü 19,8x13,2 (13, 69x9,64) sm-dir. Hərə­kəli nəsxlə hər səhifəyə 13 sətir yazılmışdır. Ka­ğızı ahərli, cil­di dəridir. Birinci vərəqində Ali Emiri əfəndinin vəqf mö­hürü basılmış, son vərəqində bir dairə çəkilmiş, kənarında “kəlimə­yi-tovhid” və bəzi adlar yazıl­mışdır. Yuxarıda – tədqiq tarixi bölümündə göstər­di­yi­­miz kimi “Tarama sözlüyü”ndə Kilisli Rüf`ət Bilgə tərəfindən dili taranan Gül­şəni Divanı da məhz bu nüsxə­dir. Nüsxədə bir qismi tərtibli, bir qismi tər­tib­siz 179 şeir vardır.

Başlanır: Ey məhəbbətdən təcalla eyləyən eynül-bəqa,

Elminün eynin görən latəyyindən liqa.

Bitir: Eşqi bil ənqa ki, bilinməz nədür,

Oxunan Qurandə oldur Qafü kaf.

Beləliklə, Gülşəninin türk Divanının nəşrə hazırlan­masında müqa­yisəli tədqiq olun­­­muş nüsxələrin şərti adları “FB”, “SP”, “VA”, “İÜ”, “CV”, “AE” kimi qərar­laş­­­dırılmışdır. Bunlardan “FB”, “SP” və “AE” nüs­xələri tamdır və başlanğıcları eynidir.

Sankt-Peterburq nüsxəsi çətin oxunub, divandan seçmələr təsiri ba­ğışlasa da qədimdir və ənənəvi, hətta klassik divan quruluşunu sax­lamışdır. Vatikan Apostol və İstanbul Millət kitabxanası Ali Emiri-379 şifrli nüsxələrin, xüsusilə birincinin tər­tibində ənənənin qorunmaması, tərtibsizlik istifadəni olduq­ca mürəkkəbləş­dir­miş­dir. Ümumilikdə əli­miz­də olan Divan nüsxələrinin müqayisəli öyrənilməsi, teks­toloji təd­qiqi, hal-hazır­ki şəkildə hazırlanıb təqdim edilməsində bu baxımdan bir sıra çətinliklər olmuşdur.

Burada, M.Akayın “İbrahim Gülşəninin Divan”ı (Mətn, Dil xü­su­siyyətləri-Söz­lük)” adlı doktorluq tezini yazarkən haqqın­da bilgi ver­diyi əlyazma nüsxələri ilə bağlı qənaətlərini açıq­la­maqda fayda ola­cağını düşünürük. O, Gülşəninin 7 nüsxə­sin­dən bilgi verib: 1. Millət kitabxanası: Ali Emiri – 379; 2. Ca­rul­lah Veliyüddin – 1661; İstanbul Universiteti T – 890; 4. An­ka­ra Universiteti Dil və tarix-coğrafiya fakültəsi: 982; 5. DTCF 289; 6. Rauf Yelkənçi nüsxəsi; 7. İzzət Ko­yunoğlu – 13196. Bunlardan DTCF – 982 saxlandığı yerində olmayıb. Rauf Yelkənçi nüsxəsi əl­də olunmayıb. Əldə etdiyi 5 nüsxədən İzzət Koyunoğlu – 13196 əlyazması haq­qın­da yazır: həm çox kiçik, həm də hərəkəsiz olması hesabı ilə fəzlə bir yarar ver­mə­yəcəyi düşünülərək qar­şılaşdırmaya daxil edilməmişdir (Akay, XLIV). Qalan 4 nüsxədən əsasa Ali Emiri nüsxəsini qoyaraq, 174 şeirin latın qrafikası ilə mətnini tər­tibləmişdir. M. Akayın istifadə etdiyi 4 nüsxədən AE, CV və İÜ nüsxələ­ri­nin surət­ləri həm də bizim əlimizdə vardır. Yalnız DTCF – 289 nüsxəsi bizdə olmayıb. Be­lə­liklə, “Divan”ın tərəfimizdən 6 nüsxə əsasında hazırladığımız mətnindəki 3-ü tu­yuğ olmaqla 766 şeiri Akayın mətnindəki 174 şeirlə müqayisə etdik. Akay mətnin­­dəki yalnız 2 şeirin (1-i natamam, digəri 2 beyt) bizim mətni­mizdə olma­dı­ğını göstərmə­yimiz gərəkdir. Bu iki şeir


  1. Vəchündən əhsən etmiş hüsnüni çünki sani

Rəhman yüzüni göstər rəf edübən məvani.

(Akay, №61, 18 beyt)



  1. Ey yüzi aydın aydan, rövşən cəmali gündən,

Hüsn ilə yoq nəzirün əmlah cihani səndən.

(Akay, №117, 4 beyt)

beytləri ilə başlayır. Əslində bu 2 şeirin hər ikisi əlimizdəki AE və biri isə İÜ nüs­xə­­lə­rində vardır. Biri natamam və ya fraq­ment şəklində oldu­ğundan və digər an­dı­ğı­mız obyektiv sə­bəb­lərdən hazırladığımız mətnə daxil edilməmişdir.

Gülşəninin sadəcə bir şeiri üzərində aparılan tekstoloji mü­qayisəni burada təqdim etməklə kifayətlənirik:


Bivücudəm, eşq odu bilməm bənüm nəm yandurur?

Yanubən külli kül oldum, bəs¹ dəxi nəm yandurur?


Yandurur gərçi cəhanda eşq odu aşiqləri,

Leyk bəndən2 *dil rəvani3 qati möhkəm yandurur.


Ah edərsəm bir nəfəs dünyayi oda yaxuban,

*Yedi çərxi4 *anun odu ilə5 cümlə der həm yandurur.


Necə duysun *eşq odinə dəgmə bir cani-zəif 6

Kim, anun gərmiyyəti nari-cəhənnəm yandırur.


Şəm`ə bir pərvanə yansə *suzişi avaz edər7,

Mə`şuqun* suzi rəvanum ondan8 əpsəm9 yandurur.


Ey cigər dərdinə dərman istəyən, əqlün qani?

Ögülürmi *şol cigər10 kim, anı mərhəm yandurur?


Çünki dərd imiş dəvası bu yürək yarəsinin,

Daxi11 üməm12 istəmə kim, anı üməm13 yandurur.


Rövşəni eşqinə14 *yanan dəmbədəm15 der: - Gülşəni,

Eşq odi pərvanə nisbət16 anı hər dəm yandurur.

(G., D., II, 83)

Qəzəl bu şəkildə Vatikan Apostol (86b), İstanbul Univer­sitet (61a), İstanbul Mil­lət, Ali Emiri-379 (80-81) nüs­xə­lərin­də vardır. şeirin digər bir variantı AMEA Əl­yazmalar İnstitu­tundakı B-1496 şifrli cüngdədir (27b). Bu qəzəl Gülşəninin vətənindəki yeganə türkcə şeiridir və aşağı­dakı şəkildədir:

Bivücudəm, eşq odi bilməm bənim nəm yandırur?!

Yanubən külli kül oldum, pəs dəxi nəm yandırur?!


Şəm`ə pərvanə düşsə faş olur aləmlər,

Mə`şuqun eşqi bəni gör necə əbsəm yandırur.


Yandırur gərçi cəhanda eşq odi aşiqləri,

Leyk bən zarü zəifi qamu möhkəm yandırur.


Ey cigər dərdinə dərman istəyən əqlün qanı?

Ögülürmi bir cigər kim, anı dərman yandırur?!


Rövşəni dərdilə yanmiş bir cigərdir Gülşəni,

Eşq odi pərvanə nisbət anı hər dəm yandırur.

(ƏYİ, B-1496, 27b)

Şeir “Divan”ın ikinci nəşrinə daxil etdiyimiz və əlyazma nüsxələrinə əsaslanılaraq 8 beytdir. 3,4,7–ci beytlər Bakı vari­an­t­ında göründüyü kimi yoxdur və eləcə də V=II, II=III, VI =IV, VIII=V beyt­lər şəklindədir. Nüsxə fərqlərinə gəldikdə 1. “VA”, “İÜ”, Bakı: pəs; 2. “İÜ”: bən; 3. “İÜ”: aciz quluni; 4. “İÜ”: -; 5. “VA”: rəvanum; “İÜ”: aciz qulunu; 6. “VA”, “AE”: ahim odilə; “İÜ”: Ahim ilə; 7. “AE”: odunun suzişinə dil rəvan; 8. “İÜ”, “VA”: faş olur aləmlərə; 9. “VA”, “İÜ”: dərdi məni gör necə; Bakı: eşq bəni gör necə; 10. “İÜ”: üməm; 11. “VA”: yürəgim; 12. “AE”: müşniq; 13. “VA”: mərhəm; 14. “VA”: şə­minə; 15. “İÜ”, “VA”: yanmışdır cigər; 16. “İÜ” kimi.

Əlavə edək ki, mətndəki fonetik fərqlər də maraq doğurur: Müqa­yisədə verdiyimiz bəs//pəs kimi və ya “bilməm” ifadəsi “İÜ”, “AE” nüs­xələrində “bilsəm”, “yaqubən” “AE”-də “ya­xu­­bən” və s. kimi.

Tekstoloji müqayisə nəticəsində hazırlanmış mətnə yu­xa­rıda təsvir olunan hər 6 əlyazmadan bir sırası istisna olun­maq­la bütün şeirlər daxil edilmişdir. Şeirlərin hər altı nüsxədə olan­ları azlıq təşkil etməkdədir. Hətta bəziləri yalnız iki və ya üç nüsxədə, hətta bir nüsxədə olanları belə vardır. Beləliklə, şeir­lərin sistemə salınıb, tərtib edilməsi zərurətinə nüsxələr­də­ki ilkin variantdakı müvafiq olaraq 69, 178, 277 və hazırlan­mış 408 saylı, ikinci variantdakı üç nüsxə­dən əlavə­lərlə 767 sayı əsas vermişdir. Tərtib etdiyimiz mətnə salınmış şeirlərdən bir neçəsi forma­ca eyni şeirin variantları sayıla bilər. Hətta ilk beytləri, misraları eyni və ya bənzər olanları da vardır:

Aşiqə tən eyləyən əql ilə divanədir” (B-1206, 139b-140a; Millət-379, 22),

Eşqün bəni şuridə qılub gör nələr eylər” (Millət-379, 16-17),

Bana sənsiz cahan ey can, gərəkməz” (B-1206, 141b; Millər-379, 25),

Dust elinə gedirəm, gəlməmisən ey gönül” (Vatikan, 125a),

Bana dər­dün gərək, dərman gərəkməz” (Vatikan, 142a-b),

Nedüm eşqün əlindən biləməzəm” (Millət-379, 76, 128, 129-130) və s.

Gülşəni “Divan”ının ikinci nəşrindəki 1) № 34, №39, № 45; 2) № 369, № 370; 3) № 390, № 392, № 394; 4) № 450, № 460; 5) № 515, № 522, № 541, № 590 və s. məhz bu qəbildəndir.

Zahirən bu hal katibin səhvi və ya sadəcə təkrar kimi görünə bilər. Lakin bu halla müxtəlif nüsxələrdə deyil, eyni əlyazmada üzləşdikdə, belə qənaətə gəlmək mümkündür ki, Gülşəni poetikasında eyni misra ilə başlayan iki və ya bir neçə müxtəlif şeir yazmaq üslubu da olmuşdur.



Mətnşünaslıqda bir abidənin əgər neçə-neçə əlyazması mövcud­dur­sa, onlar mü­qayisəli şəkildə tədqiq edilir, qrup­laş­dırılır. Variantları də­qiqləşdirilir. Əlyaz­ma­larla bağlı araşdır­malar aparırkən əlimizdən on­larla, bəlkə də yüzlərlə divan nüs­xəsi gəlib-keçib. Lakin əlyazmaları Gül­şəninin türkcə Di­va­­nına bənzər heç bir nüsxələrlə qarşılaşma­mış­dım. Gülşə­ni­nin türkcə Divanının əlimizdəki əlyazma­la­rı­nın sanki hər biri fərqli bir variantdadır. Bütün bu obyektiv səbəblərdən Gülşəni Bər­dəinin türk “Divan”ının bu və bundan əvvəlki kitabda təq­dim olunan mətni məhz bizim tərəfimizdən böyük məsuliy­yətlə tərtib edilərək nəşrə hazırlanmışdır. Gül­şəninin türk Di­va­nının əlyaz­ma­larının mətnini dil baxımından araşdıran M.Akay da “Nəticə olaraq Gülşəninin türkcə Divanının nüsxə­ləri olduqca fərqli­dirlər” qə­naətinə gəlmişdir (Akay, XXX). Necə ki, ilkin ana qaynaqlarda (Şarani, Muhyi) onun şeirlərini eyni zamanda üç fərqli dildə bədahətən söylədiyi, ətrafındakı­ların onları yazıya köçür­dük­ləri göstərilir. Bəlkə də Gülşəni türk Divanını özü bağla­ma­mış, bunu onun müridləri etmişlər. Və ola bilsin ki bu səbəb­dən əlyazma divanlar bu qədər fərqli­dir.Struktur baxımından bu fərq­li­lik və mürəkkəblik əyani ola­raq o dərəcədə hiss edilməkdədir ki, nüs­xələrin hər birini ayrı bir variant kimi qəbulu belə mümkündür. Uğurlu klassik mətn yaratmaq yolunda problemlərin həllinin məhz Gül­şə­ni­nin türk Divanı nüsxələrininnın tekstoloji tədqiqi və elmi-tənqidi mət­ni­nin hazırlanması ilə mümkün olacağını düşünürük.
QAYNAQLAR VƏ ƏDƏBİYYAT:


  1. Gülşəni. Divan, Ankara Milli kitabxanası Fəxri Bilgə –127.

  2. Gülşəni. Divan, RF EA Şərqşünaslıq İns­ti­tutunun Sankt-Pe­­ter­­burq­dakı Əlyazmalar bölmə­si B-1206.

  3. Gülşəni. Divan, Vatikan Apostol kitabx. Vat. Turco. 216.

  4. Gülşəni. Divan, İstanbul Millət kitabx. Carullah Vəliyüddin əfəndi-1661.

  5. Gülşəni. Divan, İstanbul Universiteti kitabx. T-890.

  6. Gülşəni. Divan,İstanbul Millət kitabx. Ali Emiri əfəndi (Mən­zum əsərlər)-379.

  7. ƏYİ, Cüng. B-1496

  8. Azadə Musayeva. Dədə Ömər Rövşəni əlyazmaları üzərində araşdır­malar, 2 cilddə, Bakı, 2003.

  9. Şeyx İbrahim Gülşəni Bərdəi. Divan (Əlyazma qaynaqları əsasında nəşrə hazırlayan və ön sözün müəllifi Azadə Musa­yeva), Bakı, 2006.

  10. Azadə Musabəyli. Şeyx İbrahim Gülşəni Bərdəi və türk Divanı. (İl­kin qaynaqlar əsasında arşdırmalar və türk Divanı əlyazmalarının mü­qa­yisəli mətninin transfo­ne­li­terasiyası), 2 cilddə, Bakı, 2012 və s.


Möhsün Nağısoylu

(Əlyazmalar İnstitutu)
Orta əsr Azərbaycan-türk tərcümə əsərlərİnİn səcİyyəvİ dİl xüsusİyyətlərİ
Azərbaycan türklərinin uzun əsrlər boyu ərəblərlə və fars­larla sıx ictimai-siyasi və ədəbi-mədəni əlaqədə olmaları bədii tərcümənin tarixi bir zərurət kimi ortaya çıxmasını şərtlən­dir­mişdir. Bu məsələdə islamın müqəddəs kitabı Qurani-Kərimin mollaxana və mədrəsələrdə tədris edilməsinin müstəsna rolu olmuş­dur. Belə ki, Quranın Azərbaycandakı yerli təhsil ocaq­larında tədrisi zamanı istər-istəməz bu İlahi Kitabdakı ayrı-ayrı mətləblərin yerli xalqın dilinə - türkcəyə tərcüməsinə ehtiyac yaranmış, beləliklə də, öncə Kitabın ayrı-ayrı ayələrinin şifahi tər­cü­məsi, sonra isə yazılı tərcüməsi ortaya çıxmışdır. Oğuz­ların ana kitabı sayılan Dədə Qorqud dastanlarında Qurani-Kəri­min İxlas surəsinin bədii və müəyyən qədər sərbəst tərcü­məsinin yer alması buna əyani sübut olmaqla yanaşı, bu cür tərcümə ənənəsinin islamın ilk dövrlə­rin­dən başlayaraq möv­cudluğundan xəbər verir.

Quranın tam mətninin Oğuz türkcəsinə, deməli, həm də Azərbaycan türkcəsinə sətri tərcümələri verildiyi qədim əlyaz­malar da günümüzə qədər gəlib çatmışdır. Onlardan biri İstan­bulda Türk-İslam əsərləri mu­zeyində saxlanılır (şifri: 73). 734/1333-cü ildə tamamlanmış bu nadir və olduqca dəyərli əlyazmanın katibi və türkcə sətiraltı tərcümənin mü­tərcimi Hacı Dövlətşah bin Məhəmməd Şirazidir. Mütərcimin nisbə­sinə əsasən onun Azərbaycan türkü olduğunu düşünürük, çünki Şirazda əski çağlardan bəri qaşqayların yaşaması bəl­lidir. Yeri gəlmişkən qeyd edək ki, “Gülşəni-raz”ın XV əsrə aid türkcə tərcüməsi Şirazdan olan Vəli Şiraziyə məxsusdur. Eləcə də XVI yüzilliyə aid “Şühədanamə” və “Şeyx Səfi təz­kirəsi” kimi məşhur Azərbaycan-türk tərcümə əsərləri şirazlı Məhəmməd Katib bin Hüseyn Nişatinin qələmindən çıxmışdır.

Günümüzə qədər gəlib çatan Azərbaycan-türk tərcümə mətnlərinin əlyazmaları, əsasən XV-XVI yüzilliklərə aiddir. Ərəbcədən, daha çox farscadan tərcümə olunmuş bu mətnlər istər ədəbiyyat tarixinin, istərsə də ədəbi dil tarixinin araşdırıl­ması baxımından çox önəmli və dəyərli yazılı qaynaqlardır. Onlar sırasında Şirazi təxəllüslü şair-mütərcimin “Gülşəni-raz” (1426), Əhmədi Təbrizinin “Əsrarnamə” (1478), Həzininin “Hədisi-ərbəin” (1524), Nişatinin “Şühədanamə” (1539) və “Şeyx Səfi təzkirəsi” (1543) tərcümələri xüsusi yer tutur (bax: 5; 6; 7; 8; 9; 11). Bu klassik tərcümə nümunələrindən ilk üçü nəzm­lə, son ikisi isə nəsrlədir. Tərcümələrdən dördünün qay­nağı fars dilində yazılmış əsərlərdir, yalnız Həzininin tərcümə­sinin orijinalı ərəbcədir.

Orta əsr Azərbaycan-türk tərcümə mətnləri ilk növbədə dili­nin sadəliyi, ümumxalq danışıq dilinə yaxınlığı və əski türkcə­yə aid sözlə­rin istər bolluğu, istərsə də rəngarəngliyi ilə seçilir. Bu tərcümə örnək­ləri ərəb və fars dillərini bilməyən türklər üçün hazırlandığı üçün sadə və anlaşıqlı bir dillə qələmə alın­mış­dır. Müşahidələr göstərir ki, ortaçağ mütərcimləri orijinal­da işlənmiş ərəb və fars mənşəli sözlərin çoxunu onların doğ­ma ana dilindəki qarşılıqları ilə verməyə daha çox meyil gös­tərmiş və əsasən, türk mənşəli sözlərə üstünlük vermişlər. Mə­sə­lən, Şirazinin “Gülşəni-raz” tərcüməsinin müxtəlif yerlərin­dən seçilən aşağıdakı beytlər yalnız türk mənşəli sözlər üzə­rində qurulmuş­dur:



  1. Bir od vardur dəmürdə, taşda gizlü,

Nə içdədür ol od, nə taşda gizlü...

  1. Qovan arısınun balda dişi var,

Tonuzlan qurdunun dəxi işi var...

  1. Oq içün oldısa qartal yeləgi,

Gümişlənür asılur qurd ənəgi...

  1. Yemişlü ağacın yemişi tamlar.

Kim, anunla tolisər neçə tamlar...

  1. İşinü tezrak tut, qoma gecə,

Gecəyi gündüz et, gündüzi gecə...

Şirazinin sadə və axıcı bir dillə qələmə aldığı bu beytlərdə cinas qafiyələrdən ustalıqla istifadə olunması da diqqəti çəkir. Belə ki, şair-mütərcim birinci beytdəki taş sözünü həm bərk cisim (“daş”) anla­mında, həm də “dış”, “çöl”, “bayır” məna­sın­da işlətmişdir. Dördüncü beyt­dəki tamlar sözü ilk misrada tamlamaq/ damlamaq (“damcıl­da­maq”) felinin indiki zamanın­da­dır, ikinci misradakı tamlar isə tam/dam (“ev”) anlamını daşıyır. Sonuncu nümunədə qafiyə yerində işlənən bi­rinci gecə sözü gec zərfinin yönlük hal şəkilçisi qəbul etmiş forması, ikin­cisi isə axşam anlamında olan gecə zərfidir. Bu cür nümu­nələrin sayını artırmaq da olar (bax:7,90-95).

Əhmədi Təbrizinin “Əsrarnamə”si, Həzininin “Hədisi-ərbə­in” tərcü­məsi və Nişatinin nəsr tərcümələrində də bu qəbildən olan, olduqca sadə və anlaşıqlı bir dillə qələmə alınan beytlər, cümlələr çoxdur. Nişa­ti­nin “Şühədanamə”sindən verilən aşağı­dakı kiçik parça buna əyani sü­but ola bilər: “Yaqubun oğlan­ları ol gecə quyunın üstində yatdılar. Uyxu anları apardı. Yə­hu­danun uyxusı gəlməz idi. Həman kim gördi kim, qərdaşları uyudılar, qənimət bulub, yalğuz qalxub ol quyunın ba­şına vardı və avaz verdi ki: Ey qərdaşum Yusif, aya dirimisən, ya ölü? Yusif anun ünin eşidüb cavab verdi kim: Sən kimsən ki, biçarələrün halın sorarsan və qəribləri anarsan? Dedi: Mənəm-Yəhuda, sənün qərdaşun. Ey qərdaş halun nədür? Yusif ağ­la­ma­ğa düşüb dedi: Ey qər­daş, nola bir kimsənün halı ki ata­sınun kənarından ayrılmış ola və quyınun dibində yaxınlamış ola” (12,32a-b).

Orta əsrlər Azərbaycan-türk tərcümə mətnlərində xalq dilin­dən alın­ma söz və ifadələrin, ayrı-ayrı deyim və atalar söz­lərinin işlənməsi də diqqəti cəlb edir. Bu baxımdan yenə də Şirazinin “Gülşəni-raz”ı və Nişatinin “Şühədanamə”si xüsusilə zənginliyi ilə seçilir. Öncə Şirazinin tərcüməsindəki aşağıdakı beytlərə nəzər salaq:



  1. Ağız tatlumı olur bal deməkdən,

Məgər ləzzət gələ anı yeməkdən...

  1. Kilimincə uzatğıl ayağüni,

Ayağündən sıyırmağıl bağüni...

  1. İkindüyə demədi kimsə öylə,

Dedilər: Əgri otur, doğru söylə...

Yuxarıdakı birinci beytin ilk misrası atalar sözüdür və çağdaş dilimizdə bu şəkildə işlənir: “Halva-halva deməklə ağız şirin olmaz”. Qeyd edək ki, Şirazi bu atalar sözünü başqa bir yerdə də azacıq dəyi­şik­liklə belə işlətmişdir:

Həqiqətdə məcazi hal olmaz.

Ki, bal deyənün ağzı bal olmaz.

Şirazinin ikinci beytindəki “Kilimincə uzatğıl ayağüni” atalar sözü isə müasir dilimizdə “Yorağanına görə ayağını uzat” və ya “Adam yorğanına görə ayağını uzadar” şəklində işlənir. Üçüncü beytdəki “Əgri otur, doğru söylə” atalar sözü­nün qarşısında Şirazi dedilər sözünü iş­lətməklə onun məhz xalq deyimi-atalar sözü olmasına işarət etmişdir. Bu atalar sözünün müasir ədəbi dilimizdəki variantı arasındakı fərq son iki sözün onların sinonimləri ilə əvəzlənməsindədir: “Əyri otur, düz danış” və ya “Əyri oturaq, düz danışaq”. Qeyd edək ki, “Əgri otur, doğ­ru sözlə” atalar sözü prof. Samət Əlizadənin nəşrə hazırladığı “Oğuz­namə”də də eynilə bu şəkildədir (10,33).

İndi isə Nişatinin “Şühədanamə”sindən verilən bir neçə nümunəyə diqqət yetirək:



  1. Su içrə kim ki qərq oldı, anı qorqutma yağışdan...

  2. Ya İbn Mərcanə, sənün ol qədər zəhrün yoxdur ki, mənüm başümdən bir tük əksük eləyəsən...

  3. Ey hümayun qanatlu quş, qanatun belə qanlu nədən və gəlişün xandan?

  4. Məhəmməd Kəsir anı hayqırdı ki, ey Ziyad oğlı, nə küklərsən? Mən səni tanımanam?! Sənün atan haramzadə idi, güc ilən Əbu Süf­yanə bağladılar. Sənün nə həddün var ki, məni sögəsən?!

Nişatinin birinci cümləsi məzmunca müasir dilimizdəki “İslanmışın yağışdan nə qorxusu” atalar sözünə uyğun gəlir. İkinci nümunədə isə mü­tərcim xalq danışıq dilindən alınmış “mənüm başümdən bir tük ək­sük eyləyəsən” deyimini işlətmişdir. Yuxarıdakı üçüncü cümlə bütün­lüklə xalq danışıq dilinə yaxın bir biçimdə qurulmuşdur. Burada işlən­miş “gəli­şün xandan” deyiminə “Kitabi-Dədə Qorqud”da da eynilə rast gəlirik: “Bəg, gəlişün qandan” (3,47). “Şühədanamə”dəki so­nun­cu cüm­lədə də xalq danışıq dilinin təsiri açıq-aşkar şəkildə özünü göstərir. Burada işlənmiş “hayqırmaq”, “kükləmək” (“kükrəmək”) sözləri xalq di­lindən alınmadır.

Ortaçağ Azərbaycan-türk tərcümə mətnlərindəki türk mən­şəli söz­lərin çoxu müasir ədəbi dilimiz üçün də ümumişlək səciyyə daşıyır. Onların bir hissəsi isə türkcənin daha əski qatlarına aiddir və müasir ədəbi dilimiz üçün köhnəlmiş sözlər – arxaizmlər sayılır. Bu qəbildən olan sözlər sırasında aşa­ğıdakılar xüsusilə diqqəti çəkir: Alu – dəli, axmaq, ağıılsız; anca – o qədər, elə, eləcə, belə; arxuru/arquru - əyri, tərs, tərsi­nə; assı – fayda, qazanc, gəlir; bərx/barx– ev, saray; bayıq – açıq, açıqca, aşkar, gerçək; bunalmaq – huşunu itirmək, özün­dən get­mək, bukavul - əsgəri birləşmə, əsgər bölüyü; canğı – məşvərət, mü­qavilə, söyləşmə; çaq – lap, düz; çav – səs, yük­sək səs, şöhrət; çoq­ramaq – coşmaq, qaynamaq, çüçük – şirin; dək/tək durmaq – susmaq, səssiz durmaq, dəmrən – oxun ucu­na keçirilən dəmir parçası; gədük-qüsur, nöqsan, çatışmazlıq, zədə, deşik; ig – xəstəlik, naxoşluq; isrə - ön, qarşı, irəli; key – yaxşı; kirtü – gerçək, həqiqi, sadiq; qalaqlanmaq – havalan­maq, özünü göylərdə hiss etmək, qırğıl – orta yaşlı kişi; öləng – otlaq yeri, örüş; uz – yaxşı, münasib və s.

Bu sözlərin işləndiyi bir neçə nümunəyə nəzər salaq:

Giyahiydin gül ilə bilə bitdün,

Çəmən bülbülləriylə anca öttün. (“Gülşəni-raz”)

Keçə qaburğaları ol dəm qamu,

Heybətindən bir-birindən arquru.

(“Hədisi-ərbəin” tərcüməsi)

Gücün sənün orada heç yetməz,

Bunı bildügün anda assı etməz. (“Gülşəni-raz”)

Hər kim evi ilən barxı istər, məndən ayrılsun.

(“Şühədanamə”)

Yəni kim canğı evi derlər ana,

Danışıq yeri idi öndin sona. (“Hədisi-ərbəin” tərcüməsi)



Çüçüklə acıya keçmiş qəza əzəl gündə. (“Şühədanamə”)

Birinci beytdə işlənmiş anca əski türk sözlərindəndir və eyni məna­da bir sıra əski mətnlərdə işlənmişdir (14,23). İkinci nümunədəki arquru sözünün də uyğur yazısı ilə köçürülmüş qə­dim türk mətnlərində və ortaçağ türk yazılı abidələrində işlənməsi qeydə alınmışdır (13, I, 221-222). Bu sözün kökündə Mahmud Kaşğaridə “iki dağ arası”, “uçurum” mənasında işlən­miş “arğu” sözünün durduğunu düşünürük. Dədə Qorqud dastanlarında da bu söz işlənmiş, lakin eposun Bakı nəş­rin­də yanlış mənalandırılmışdır (3,172). “Gülşəni-raz”dan verilən nü­mu­nədəki “assı” sözü eyni anlamda qədim və orta əsrlər türk mətn­lə­rin­də bol-bol işlənmişdir. “Şühədanamə”dən veri­lən nümunədəki “barx” sözü “bark” şəklində Kül-Tegin abi­dələrində işlənmişdir (14,84). “Hə­disi-ərbəin” tərcüməsindəki “canğı” sözünə “Şühədanamə”də də eyni mə­nada rast gəlirik. “Şühədanamə”də “canğı” ismindən düzəlmiş “can­ğıt­maq” feli də “sözləşmək”, “razılığa gəlmək”, “yekdil olmaq” məna­la­­rın­da işlənmişdir. Maraqlıdır ki, “canğı”, və “canğıtmaq” felləri, əsa­sən, orta əsrlərə aid Azərbaycan-türk mətnləri üçün səciy­yəvidir. So­nun­­cu nümunədəki “çüçük” sözü əski türk mətn­lərində sücik şəklində işlənmişdir ki, onun “sücimək” felindən düzəl­məsi qeyd olunur.

Orta əsrlər Azərbaycan-türk tərcümə əsərlərindəki bəzi türk mənşəli arxaizmlərin digər əski türk mətnlərində işlənməsi haqqında məşhur qaynaqlarda heç bir qeydə rast gəlmirik. Bu qəbildən olan sözlər daha çox Nişatinin “Şühədanamə”sində işlənmişdir. Məsələn: əyğağ-casus; ğəcərçi – bələdçi, yol gös­tərən, kölük – minik atı, kutəl- yedək atı; qəytul-hərbi düşərgə qonğay – tədbir sahibi ağsaqqal, tabın – nökər, qulluqçu, təvacı – həri dəstə başçısı ulca - əsir və s. Bu sözlərin monqol mənşəli olmasını da istisna etmək olmaz.

Yuxarıda qeyd olunan orta əsr tərcümə örnəklərindəki arxaizm­lər sırasında semantik qrup baxımından ən çox hərbi anlayışları, heyvan adlarını və dini anlayışları bildirən sözlər çoxluq təşkil edir. Hərbi leksikologiyaya aid arxaizmlər: bəglərbəgi – baş komandir çalış – çar­pışma, əlbəyaxa döyüş; çəri – qoşun, ordu; qol – ordunun yan tərəfi; tip – ordunun mərkəzi; tuqçı – bayraqçı, bayraqdar; uğraş – çarpışma; dö­yüş və s. Əyğağ – casus, ğəcərçi - bələdçi, qəytul – hərbi düşərgə, tə­vacı - əsgəri dəstə başçısı, ulca - əsir sözlərini də bu qrupa aid etmək olar.



Heyvan, həşərat və quş adlarını bildirən arxazimlər: dəvləngəç-çaylaq, çaylaq cinsindən alıcı quş; keyik – maral, qulan – vəhşi at; qarçağay – şahin, qartal; kölük – minik atı; kutəl – yedək atı; üyəz – milçək və s. Sonuncu söz Türkiyə şivələrində üvez şəklində işlənir. (15,890)

Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin