Yeni DÜnya düZƏNİ


X FƏSİL Dollar İmperatorluğunun və ABŞ-ın dünya liderliyinin sonu



Yüklə 3,78 Mb.
səhifə61/97
tarix01.01.2022
ölçüsü3,78 Mb.
#103177
1   ...   57   58   59   60   61   62   63   64   ...   97
X FƏSİL
Dollar İmperatorluğunun və ABŞ-ın dünya liderliyinin sonu
II Dünya savaşından sonra dünyanın bir nömrəli valyutasına çevrilən və müharibəyə qədər eyni funksiyanı yerinə yetirmiş İngəltərə funt sterlinqininin yerini tutan dollar ilk dövrlərdə qızıl qarşılığında basılırdısa, 1972-ci ildən bəri “kağızdan qüllə”, “qarşılıqsız para” olaraq Federal Ehtiyat Fondu (FED) bankirləri tərəfindən çap edilir. Buna rəğmən hələ də “Dünya valyutası” kimi iş görür. Amerikalılar da, diğər ölkə sakinləri də dolları “Amerika dövlətinin pulu” zənn edirlər. Halbuki onun gerçək sahibləri 12 ailədən ibarət olan və sayıları 300’ü keçməyən bankirlərdir. Məhz onlar bu valyutanı çap edir və onunla dünyanı idarə edirlər. Bu idarəçiliyin adına “Dollar İmparatorluğu” deyilir.

FED-in sahibi 8 ailədir. Bu ailələrdən dördü ABŞ-da, dördü isə ABŞ dışında yaşamaqdadır. ABŞ-da yaşayan 4 ailə bunlardır :

1. Rokefeller ailəsi

2. Qoldman Saxs ailəsi

3. Lehman qardaşları ailəsi

4. Kuhn Loebs ailəsi.

ABŞ dışında yaşayan 4 ailə ise aşağıdaklardır:

1. Rotşild ailəsi (The Rothschilds of Paris and London)

2. Varburq ailəsi (Warburgs Bank of Hamburg)

3. Lazard ailəsi (The Lazards Brothers of Paris)

4. Moses Seifs ailəsi (The Israil Mosses Seifs of Rome).

Aşağıdakı 10 bank FEDiin tamamına yaxınını nəzarətdə saxlayır:

1. NM Rothschild of London

2. Rothschild Bank of Berlin

3. Warburgs Bank of Hamburg

4. Warburgs Bank of Amsterdam

5. Lehman Brothers of New York

6. Lazard Brothers of Paris

7. Kuhn Loeb Bank of New York

8. The Israel Moses Seifs Bank of Italy

9. Goldman Sachs of New York

10. J.P. Morgan Chase Bank of New York.

ABŞ-dakı bütün FED-lərin ən böyük hissələrinə David Rokefeller, Rotşildlər, Pol Varburq, Cakob Şiff və Ceyms Stillman ailələri sahibdirlər. Tanınmış Amerika tarixçisi Karol Quigley özünün “Faciə-Ümid” adlı kitabında qəraragahı İsveçrənin Bazel şəhərində yerləşən “The Bank of International Settlements” (BIS) haqqıında yazır ki, bankın sahibləri dünya bankçılıının nəhənglərindən hesab edilən bu 4 qrupdur :

1. Bank of America (Rokefeller ailəsi)

2. City Group ( Rokefeller ailəsinin nəzarəti altındadır) 3.

Welles Fargo (Rokefeller ailəsinin nəzarəti altındadır)

4. J.P. Morgan Chase ( Morqan ailəsi).

Bu qruplarda əsasən Rokefeller, qismən də Rotşild ailəsi hakimdir. Rokefeller tərəfindən dünyanın ən güclü özəl bankı kimi qurulan The Bank of International Settlements (BIS) ABŞ-dakı FED-lerin, eləcə də Bank of England, Bank of İtaly, İsveçrə Milli Bankı, Hollandiya Bankı, Almaniya Bankı, Fransa Bankı və Kanada Bankının da sahibidir.

Dolların tarix səhnəsinə çıxışı Amerika xalqının İngiltərəyə qarşı üsyanından sonrakı dövrlə bağlıdır. 1776-cı ilə qədər sürən bu üsyan zamanı ingilis bankirlər üsyançıları maliyyələşdirirdilər. Əvəzində isə Amerikanın valyutasını çap etmək haqqını əldə etməyi tələb edirdilər. Onların bu istəyi həyata keçdi. Amerikanın qurucuları ingilis bankirlərə bu hüququ verdilər. 1865-ci ildə vəyəndaş müaribəsinə son qoyan və ABŞ-ın ilk prezidenti olan Abraham Linkoln “savaş xərcləri səbəbiylə” bankirlərin bu hüququnu ellərindən alaraq dolların çap hüququnu dövlətə verdi. Amerika dövləti onun dövründə ilk dəfə dolların çapına başladı. Fəqət bu, uzun sürmədi. Abraham Lincoln suiqəstin qurbanı oldu. O, öldükdən sonra əski qaydaya geri dönüldü. Bankirlər dollar basmağa davam etdiler.


1944-cü ildə bankirlər “Bretton Woods para anlaşması” ilə dolları dünya valyutası kimi qəbul etdirdilər. Bu anlaşmaya görə bir dollar 0,888 qram qızıla bərabər sayıldı. İştirakçı 48 ölkə milli valyutalarını dollara qiyasladılar. Beləcə valyutaya bağlı maliyyə sistemi ortaya çıxdı. Dollar qızıla bağlı idi və ya belə olduğu hesab edilirdi.

1960-cı ildə prezident Con Kennedi ABŞ xəzinəsinin dolları sözügedən bankirlərdən borç şəklində almasına qarşı çıxdı, 1110 sayılı qanun təklifi ilə bankirlərin pul çap etmək hüququnun dövlətə dövr edilmesini tələb etdi. Tələb edər-etməz, prezident Linkolnun taleyini yaşadı, eynən onun kimi Kennedi də sui-qəsdin qurbanı oldu. Yerinə qardaşı, o dövrdə ədalət naziri olan Robert Kennedi hazırlanırdı ki, ona da sui-qəsd edildi.

1965-ci ildə Fransa prezidenti Şarl de Qoll, FED-in əldə olan qızıldan daha çox dollar çap etdiyini anlar-anlamaz, Fransanı əlində olan dollar ehtiyatının əvəzində Amerikadan qızıl tələb etməyə başladı. Mübahisələr 1972-ci ilə qədər davam edir, De Qolun haqlı olduğu üzə çıxır, nəticədə dövrün ABŞ prezidenti Riçard Nikson həmin il məcburən dolların qızıla qiyasını aradan qaldırır. Beləcə dollar qarşılığı olmayan kağız pula çevrildu. Fransanı susdurmaq üçün SDR (Special Driving Right) adlı yeni başqa bir beynəlxalq valyuta icad edilir. 2016-cı ildə Çinin milli valyutası da SDR-lərə əlavə edilir.



Hazırda beynəlxalq valyuta ehtiyatların 4%-i SDR təşkil edir.

Karol Quigleyin yazdığına görə, BIS bütün Qərb ölkələri və inkişaf etməkdə olan milli dövlətlərin bankçılıq sistemlerini nəzarətdə saxlamaqdadır. onun qərargahının Bazeldə, il boyu qalın qarla və sıx meşələrlə örtülü Alp dağlarının zirvəsində yerləşdiyi məlimdur. Bilderberq toplantılarının həyata keçirildiyi Davos qəsəbəsi də eyni bölgədə yerləşir. Bu da təsadüfi deyil. Qərargahın burada yerləşməsi on illər əvvəl qlobal kapitalizmin əsas təşkilatı olan və mərkəzi Nyu-Yorkda bulunan CFR rəhbərliyi tərəfindən qərara alınıb. Bu yerin seçilmə səbəbi, dış gözlərdən uzaq durmaq və diqqət çəkmədən çox gizli qərarlar ala bilməkdir. “Gladio”nun qurulma qərarının alındığı gizli təşkilatın - “P-2” İtalya framasonlarının “Alpino Lojası” da onun qonşuluğunda məskunlaşıb. Maraqlıdır ki, sözügedən lojanın yerləşdiyi yerin tam yanında II Dünya savaşı zamanı Adolf Hitlerin ana qərargahı olmuş “Nazi İnternational” yerləşməkdədir.

Beləliklə, dolların əsl sahibi ABŞ dövləti deyil. ABŞ dollarları əslində borc kimi alır və hər il bankirlərə 599 milyard dollardan artıq faiz ödəyir. Bu o deməkdir ki, Amerika dövləti və xalqı öz pulu olan dollardan faiz ödəyərək istifadə edir. Qızıl qarşılığı olmayan bu valyutanın dayanaqlılığının əsil səbəbi neft satışlarının onun vasitəsilə gerçəkləşdirilməsidir. Neft dollarla satılıb-alındığı üçün başqa mallar da onunla satılıb-alınır. Buna qarşı çıxmaq istəyənləri isə Səddam Hüseyn və Müəmmar Qəddafinin acı taleləri gözləyir. Bu iki prezidentin hərbi əməliyyatla devrilməsinin əsl səbəbi nefti digər valyutalarla satmaq istəmələri idi. Hazırda İranla ABŞ arasındakı problemin əsas səbəblərindən biri və birincisi də məhz budur. İsrailin təhlükəsizliyinin təmin edilməsi və İranın Nüvə proramı kimi məsələlər isə əslində bəhanədir, İranın cığırından çıxa bilməməsi üçün ona edilən təzyiq vasitələridir.

İAEA-nın İranın nüvə silahı istehsal etmək üçün bütün zəruri texnologiyaya sahib olmadığını söyləməsinə rəğmən, ABŞ bu “təhlükə” ni əldə əsas tutaraq rəsmi Tehranı daim sıxışdırmağa çalışmış, bu yolla onun nefti avro və yuanla satmaq planlarının önündə sədd çəkməyi bacarmışdır.

Dollar beynəlxalq valyutaya çevrildiyi gündən bəri dünya dövlətlərini və xalqlarını sömürmək aləti kimi çıxış edir. Belə ki, yüz dollarlıq bir əskinazın çapı bankirlərə bir neçə sentə başa gəlir. Bir neçə sentə başa gələn bu kağız parçaları, üzərində yazılmış məbləğdə borc verilir, geri qayıdarkən, həmin bir neçə sent dəyərində olan kağız parçası 100 dollar şəklində, özü də faizi birlikdə dünyanı idarə edən şeytani güclərin cibinə axır.

Hazırda Çin, Rusiya, Türkiyə və İran başda olmaqla, bir sıra dövlət öz aralarında apardıqları ticarət zamanı milli valyutalardan istifadə etmək üşün yollar arayırlar. Bunu gerçəkləşdirmək üçün SWİFT-ə (Society for Worldwide İnterbank Financial Telecommunications) alternativ beynəlxalq pulköçürmə sistemləri qurmaq üçün çalışırlar və buna artıq nail də olublar. Bundan sonra ABŞ istədiyi dövləti SWİFT-dən kənarlaşdıraraq, onun beynəlxalq əməliyyatlarını blokadaya sala bilməyəcək. Bununla belə, dollarla ticarət ABŞ-ın icazəsi olmadan, başqa pul köçürmə sistemləri vasitəsilə köçürülə bilməz. Elə bu səbəbdən də dolların (Rokfellerlərin) imperatorluğundan və ABŞ-ın diktatından qurtulmağa çalışan dövlətlər milli valyutalarla ticarətə üstünlük verməyə çalışırlar.



Məlumat üçün bildirək ki, SWİFT hazırda dünyada müəyyən standartlar əsasında fəaliyyət göstərən ən etibarlı və ən təhlükəsiz pulköçürmə sistemidir. 1973-cü ildə 19 ölkənin ərazisində yerləşən 248 bank tərəfindən təsis edilib. Mənzil-qərargahl Brüssel yaxınlarında yerləşir. 2015-ci ilin statistikasına görə 200-dən artıq dövlətin 11-dən artıq maliyyə təşkilatı onun üzvüdür. Günlük dövriyyəsi 30 milyon məlumat həcmindədir.

Qeyd etdiyimiz kimi, Çin, Rusiya, Türkiyə və İran başda olmaqla, bir sıra dövlət SWİFT-ə alternativ beynəlxalq pulköçürmə sistemləri qurublar. Deyilənlərə Rusiyanın 2014-cü ildə qurduğu SPFS (СПФС) pulköçürmə sistemini misal çəkmək olar. 2017-ci ilin statistikasına görə, Rusiya daxilində pul köçürmələrin 78 %-i SPFS vasitəsilə həyata keçirilib.

Bu sırada Çinin 2015-ci ilin 8 oktyabr tarixindən işə saldığı CİPS (Cross-Border İnterbank Payment System), Avropa Birliyinin 2019-cu ildən fəaliyyətə başlayan İNSTEX (İnstrument in Support of Trade Exchanges) sistemlərini də qeyd etmək yerinə düşər.

Bütün bu deyilənlərlə yanaşı onu da qeyd etmək lazımdır ki, istənilən halda dolları əvəz edəcək, beynəlxalq statusa sahib olacaq bir və ya bir neçə valyutaya ehtiyac var. Rokfellərlərin əsas rəqibi olan Rotşildlər FED-in Beynəlxalq Valyuta Fondu, dolların isə SDR ilə əvəzlənməsinə çalışırlar. Bu düşüncə ABŞ mərkəzli “Dünya düzəni”nə alternativ kimi gözdən keçirilən Çin mərkəzli “Yeni Dünya düzəni”nin maliyyə-kredit əsasını təşkil etməlidir.

Əsası 1944-cü ildə ABŞ-ın Hemoşir ştatının Bretton-Vuds əyalətində keçirilmiş BMT-nin valyuta konfransında qoyulan Beynəlxalq Valyuta Fondu (BVF) valyuta-maliyyə sferasında beynəlxalq əməkdaşlığı təmin etmək, beynəlxalq ticarətin genişlənməsinə və tarazlı inkişafa şərait yaratmaq, beləcə, üzv ölkələrin iqtisadi yüksəlişinə yardımçı olmaq, üzv ölkələrin valyuta stabilliyinə xidmət etmək, onların tədiyyə balansındakı qeyri-tarzalıqları aradan qaldırmaq məqsədi ilə onlara kreditlər vermək, bununla da beynəlxalq iqtisadi əlaqələrin qarşısını alan maneələri aradan qaldırmaq, beynəlxalq ticarət münasibətlərinə maneçilik törədən valyuta idxalı məhdudiyyətlərinin aradan qaldırılmasına kömək etmək məqsədi ilə yaradılan beynəlxalq maliyyə inistitutudur.

Mərkəzi qərargahı Vaşinqtonda yerləşən BVF-nun ali rəhbər orqanı İdarəedicilər Şurasıdır. Bu şurada hər bir üzv ölkə idarəedici və onun müavini qismində təmsil olunur. Bunlar adətən maliyyə naziri və mərkəzi bankın sədrləri içərisindən təyin edilir. Bundan sonrakı orqan İcraedici Şuradır.

Fondun icraçı direktorlarının sayı 53-dür. BVF-da ən çox paya və səsə malik ölkələr aşağıdakılardır: ABŞ - 17.78%, Almaniya - 5.58%, Yaponiya -5.53%, Böyük Britaniya - 4.48%, Fransa - 4.98%, Səudiyyə Ərəbistanı - 3.45%, İtaliya -3.09%, Rusiya - 2.9%.

Hazırda 189 ölkə BVF-nun üzvüdür. Onun strukturlarında 133 ölkədən 2500 nəfər çalışır.

Fond əsasən iki məqsədə xidmət edir:

Tədiyyə balansındakı qeyri-tarzlığı aradan qaldırmaq

Büdcə xərclərinin kreditləşməsi başda olmaqla, ölkələrin makroiqtisadi stabilliyinə yönəldilən tədbirlərin həyata keçirilməsi.

Qeyd edək ki, üzv ölkələrin cəlb etdikləri kreditin həcmi kvotanın 25%-dən çox ola bilməz. Bundan yuxarı həcmdə kredit verilməsi isə BVF-nun direktorunun razılığından asılıdır və bir qayda olaraq, həmin ölkənin ümumiqtisadi, eləcə də, maliyyə siyasətinin təhlili əsasında həyata keçirilir. Ümumiyyətlə, kredit müraciət əsasında və ölkənin iqtisadi durumunu qiymətləndirdikdən sonra verir. Üzv ölkələrin qarşısında məqsədli layihələrin həyata keçirməsi üçün bir sıra şərtlər qoyulmuşdur. Kredit vəsaitləri yalnız bu şərtlərin reallaşmasından sonra həyata keçirilir.

Üzv ölkələrin qarşısında duran şərtlər aşağıdakılardır:

Beynəlxalq ticarət fəaliyyətində valyuta məhdudlaşdırılmalarına, hissə-hissə üzən valyuta sisteminin tətbiq edilməsinə, eləcə də möhtəkir xarakterli kapital hərəkətinə yol verməmək.

Dövrü olaraq ölkənin maliyyə və iqtisadi durumu haqqında fonda məlumat vermək, məqsədli devalivasiya siyasətinə zərurət yarandıqda, devalivasiya dərəcəsini fonda bildirmək və s.

Fonda üzv olan ölkələr üzərlərinə götürdükləri məsuliyyəti yerinə yetirmədikdə, bir sıra cəza tədbirlərinə məruz qalırlar. Belə ki, bu maliyyə qurumu həmin ölkələrə kredit verilişini dayandıra, hətta onları üzvlükdən uzaqlaşdıra bilər. Ümumiyyətlə tətbiq edilən cəzaların ağırlığı öhdəliklərdən yayınmanın səviyyəsindən asılıdır.

Qurumun fəaliyyəti dünyanın bir çox analitiki tərəfindən sərt tənqidlərə məruz qalmaqda və o, verdiyi kreditlərlə ölkələrin nəinki iqtisadi müstəqilliyinə imkan yaratmır, eyni zamanda onları beynəlxalq sələm kapitalından asılı vəziyyətə salır.

Əldə olan məlumatlara görə, BVF üçüncü dünya ölkələrinin ABŞ, İsrail və Avropa mənşəli beynəlxalq şirkətlərlə sıx əlaqədə olan hərbi diktatorlarını daim dəstəkləmişdir. Hətta bəzi iddialara görə, BMF demokratiya, insan haqları, işçi haqları kimi məsələlərdə qeyri-qənaətbəxş, hətta əks bir tutum sərgiləmişdr.



Yüklə 3,78 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin