Yeni DÜnya düZƏNİ


"Rumlar Amiq və ya Dabıq adlı yerlərə enmədikcə qiyamət qopmaz...”



Yüklə 3,78 Mb.
səhifə60/97
tarix01.01.2022
ölçüsü3,78 Mb.
#103177
1   ...   56   57   58   59   60   61   62   63   ...   97
"Rumlar Amiq və ya Dabıq adlı yerlərə enmədikcə qiyamət qopmaz...” (Müslim, 2897).

Gözlənilmədən qarşılarına müsəlman ordular – Azad Suriya Ordusu və Türkiyə Silahlı Qüvvələri çıxdı. Bu səbəbdən də ərazi müqavimətsiz tərk edildi. Çünki önəmli olan bölgənin rusların və ya da ABŞ-ın əlinə keçməməsi, müsəlmanlarda qalması idi.

Dabıq mövzusu İŞİD-in ideoloji-siyasi təbliğatında o qədər böyük yer tuturdu ki, bu adda dərgi çıxarır və öz baxışlarını həmin jurnal vasitəsiylə geniş kütlələrə çatdırırdılar. İlk nömrəsi 5 iyul 2014-cü ildə, Əl-Bağdadinin xəlifə elan edilməsindən dərhal sonra işıq üzü görən bu elektron dərgi İŞİD-in “Al-Hayat Media Senter” adlı mətbuat xidməti tərəfindən çıxarılır, “Portable Document Format” formatında bir çox saytlarda yayınlanırdı. Onun mətbu variantı bir müddət “Amazon.com” dükanlarında satılmış, fəqət ABŞ hökuməti bundan xəbər tutan kimi bunun qarşısı alınmışdır.

14 noyabr. Suriya havasında rusların МİQ-29КR qırıcı təyyarəsi vuruldu. Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında baş tutan telefon danışığında tərəflər “terrorçulara” qarşı birgə mübarizə aparmaq barədə razılığa gəldilər.

5 dekabr. Ruslara aid SU-33 təyyarəsi vurularaq düşürüldü.

21 dekabr. 14 türk əskəri şəhid oldu, 33 nəfəri də yaralandı. Buna qarşılıq olaraq Türkyənin Hava qüvvələri 67 hədəfi bombaladı.

29 dekabr. 2016-cı ilin sonlarında Rusiyanın Müdafiə Nazirliyi iki ay müddətində Türkiyənin vasitəçiliyi ilə Suriyanın mərkəzi və şimal bölgələrinə nəzarət edən və ümumi sayları 60 mindən artıq olan silahlı müxalifət qüvvələri ilə apardığı danışıqlar nəticəsində rejimlə onlar arasında dekabr ayının 29-dan etibarən atəşkəs imzalanmasına nail oldu. Saziş BMT tərəfindən terrorist təşkilatlar kimi tanınan İŞİD və Ən-Nüsra Cəbhəsinə şamil edilmirdi. Türkiyə, Rusiya və İran arsında əldə edilən razılaşmaya əsasən, Rusiya özünün Xmeymimdə yerləşən Su-24M və Su-34 bombardımançı təyyarələrinin bir qismini Suriyadan çıxartmağa, 12 ədəddən az olmamaq şərtilə onları Su-25SM qırıcı təyyarə ilə əvəz etməyə boyun oldu. Aviatexnikanın, helikopterlər də daxil olmaqla, 30-35 sayını keçməməsinə razılaşdı.

2016-cı ilin sonunda Rusiyanın Aralıq dənizində göyərtəsində 14 ədəd qırıcı (Su-33 və MiQ-29K) olan “Admiral Kuznetsov” adlı təyyarə daşıyan gəmisi, “Böyük Pyotr” atom kreyseri, “Minsk”, “Müzəffər Georgiy” və “Nikolay Filçenkov” desant gəmiləri, eləcə də kiçik ölçülü “Miraj” raket kateri lövbər salmışdı.

Buna və havadan başına yağdırılan bombalara baxmayaraq, İŞİD Palmiranı rejim qüvvələrindən və İrana bağlı qruplaşmalarından geri ala bildi. Bu, hal Rusiya və İranın nüfuzuna xeyli dərəcədə sarsıdıcı zərbə vurdu.

2017-ci illin 6 yanvarında Rusiyanın Müdafiə Nazirliyi prezident Vladimir Putinin qərarına əsasən təyyarə daşıyan “Admiral Kuznetsov” gəmisinin Surya sahillərini tərk etməkdə olduğunu açıqladı.

18 yanvar. Rusiya və Türkiyə birlikdə hərbi əməliyyat keçirdilər. Rusiyaya məxsus Su 24M və Su-34 təyyarələri İŞİD, Türkiyənin F-16 və F-4 təyyarələri YPG (PYD) mənzillərini bombaladı.

2017-ci ilin əvvəlində Qazaxıstanın prezidenti Nursultan Nazarbayev Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan və Rusiyalı həmkarı Vladimir Putinlə əlaqə saxlayaraq, onlara Suriyadakı bütün tərəflərin atəşkəs barədə ümumi razılığa gələ bilmələri üçün Qazaxıstanın paytaxtı Astananı danışıqlar məkanı kimi təklif etdi. Təklif böyük məmnuniyyətlə qəbul edildi.

23-24 yanavar. Astana formatında ilk görüş keçirildi. Görüşdə rejimi Rusiya və İran, müxalifəti isə Türkiyə təmsil edirdi. BMT-nin vasitəçi, ABŞ-ın isə müşahidəçi rolunda çıxış etdiyi bu görüşdə ilk dəfə rejimlə müxalifət eyni masa arxasına oturduldu.

Zamin ölkələr qismində çıxş edən Türkiyə, Rusiya və İran BMT-nin nəzarəti altında monitorinq qrupunun yaradılması barədə razılıq əldə etdilər.

9 fevral. Rusiya “səhvən” Əl-Bab yayxınlarındakı Türkiyə mövqelərinə atəş açdı, nəticədə 3 türk əskəri şəhid oldu.

15-16 fevral. Astana formatında ikinci görüş keçirildi. Görüşdə rejim və müxalifət nümayəndələri, zamin ölkələr və müşahidəçi qismində BMT, ABŞ və İordaniya iştirak etdilər.

24 fevral. Əl-Bab Azad Suriya Ordusunun əlinə keçdi. Beləcə, 198 gün davam edən “Fərat qalxanı əməliyyatı” sona çatdı. Beləcə, 243 yaşayış məntəqəsi və 2015 km²-lik ərazi Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun nəzarətinə keçmiş oldu.

14-15 mart. Astana formatında üçüncü görüş keçirildi. Görüşdə rejim və müxalifət nümayəndələri, zamin ölkələr və müşahidəçi qismində BMT, ABŞ və İordaniya iştirak etdilər.

Zamin dövlətlər atəşkəs rejiminin hazırki vəziyyətini , əsirlərin dəyiş-düyüşünü, yeni Suriya Konstitusiyası və digər məsələləri müzakirə etdilər.

Aprelin əvvəlində İdlibdə baş vermiş kimyavi hücumun məsuliyyətinin Əsəd rejimininin üzərinə düşdüyünü söylətən ABŞ prezidenti Donald Trampın əmri ilə ABŞ Hüms əyalətində yerləşən Əş-Şayrat aviabazasına roket zərbələri endirdi.

3-4 may. Astana formatında dödrüncü görüş keçirildi. Görüşdə rejim və müxalifət nümayəndələri, zamin ölkələr və müşahidəçi qismində BMT, ABŞ və İordaniya iştirak etdilər.

Zamin ölkələr silahsızlaşdırılmış bölgələr barədə Memorandum imzaladılar. Sənəd İdlib, Hüms, Şərqi Quta, Dera və Kuneytra bölgələrini əhatə etməkdə idi. Türkiyə, Rusiya və İran Suriyanın torpaq bütünlüyünə tərəfdar olduqlarını bəyan etdilər.

Mayın sonunda müxalif qruplaşmalar Hümsdən çəkildilər.

İyunda ABŞ və Rusiya arasında Suriyanın cənubunda silahsızlaşdırılmız bölgə yaratmaq barədə razılıq əldə edildi. ABŞ və Rusiya nüfuz dairələrini müəyyənləşdirdilər. Fərat çayı nüfuz dairələri arasında sərhədd kimi müəyyənləşdirildi.

4-5 iyul. Astana formatında beşinci görüş keçirildi. Görüşdə rejim və müxalifət nümayəndələri, zamin ölkələr və müşahidəçi qismində BMT, ABŞ və İordaniya iştirak etdilər. Tərəflər atəşkəs rejimini davam etdirməkdə qərarlı olduqlarını bir daha təsdiqlədilər.

Sentyabrın rejim qüvvələri Deyr əz-Zor şəhərinin blokadasını qırdılar.

14-15 sentyabr. Astana formatında altıncı görüş keçirildi. Görüşdə rejim və müxalifət nümayəndələri, zamin ölkələr və müşahidəçi qismində BMT, ABŞ və İordaniya iştirak etdilər. Tərəflər Doğu Qutada, Hümsün bəzi bölgələrində, İdlibdə və ona sərhədd Lazkiyə, Hama və Hələb vilayətlərində gərginliyi azaltma zonaları yaratmağa qərar verdilər.

6-14 oktyabr. Rejim qüvvələri havadan rus təyyarələri, yerdən isə İrana bağlı qüvvələrin dəstəyi ilə İŞİD-i Deyr əz- Zor əyalətinin Məyadin şəhərindən sıxışdırıb çıxara bildilər.

30-31oktyabr. Astana formatında yeddinci görüş keçirildi. Görüşdə rejim və müxalifət nümayəndələri, zamin ölkələr və müşahidəçi qismində BMT, ABŞ və İordaniya iştirak etdilər. Tərəflər Suriya konfliktinin həll edilməsində qərarlı olduqlarını diqqətə çatdırdılar.

Həmişəki kimi İŞİD və Ən-Nüsra razılaşmalardan kənarda qaldı.

3 noyabr. İŞİD Deyr əz-Zordan sıxışdırıldı.Bu arada Əsəd rejiminə bağlı qüvvələr Rusiya və İranın dəstəyi ilə Fərat çayını keçərək Hişam və Tabiya qaz yataqlarından 5 km aralıda 20 km dərinliyində bir ərazidə mövqe qazandılar.

Noyabr ayında Suriya cəbhəsində baş verənlərə münasibət bildirən Rusiya prezidenti Vladimir Putin ən önəmli hadisə kimi Astana prosesini və silahdan arındırılmış gərginliyi azaltma bölgələrinin yaradılmasını qeyd etdi və fəal hərbi əməliyyatlara son qoyduğunu bildirdi. Eyni zamanda Suriyada sülhə nail olmaq üçün görülən işləri daha da dərinləşdirmək məqsədilə Soçidə Suriya xalqlarının Konqresini keçirməyi təklif etdi.

21-22 dekabr. Astana formatında səkkizinci görüş keçirildi. Tərəflər növbəti 2018-ci ilin 29-30 yanvarında Soçidə Konqres keçirilməsinə qərar verdilər. Astana prosesinin də davam etməsinin vacibliyini xüsusi qeyd etdilər.

2018-ci ilin 20 yanvarında Türkiyə Afrində ABŞ-ın silahlandırdığı PKK-YPG (PYD) terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına start verdi. Əməliyyat səhər saat 17.00-da başladı. Hərəkatın ilk mərhələsində PKK-YPG (PYD)-yə aid 7 bölgədə yerləşən müşahidə nöqtəsi, mənzil və siah-sursat anbarlarından ibarət 108 hədəf, eləcə də YPG-nin əlində olan Minninq hərbi hava bazası bombardıman edldi. Əməliyyatda 8 fərqli aerodromdan qalxan 72 ədəd F-16 təyyarəsi iştirak etdi. Buna paralel olaraq, Azad Suriya Ordusu da Əzəzdən Afrin istiqamətində hərəkata keçdi.

YPG (PYD) Bəşər Əsədə müraciət edərək, ondan kömək istədi, fəqət Rusiyanın kuklası halına gələn və Moskvanın əmri olmadan hərəkət edə bilməyən Əsəddən heç bir cavab gəlmədi. Kürd terrorçular Əl-Bab əməliyyatı zamanı olduğu kimi, bu dəfə də Suriyanın hava sahəsini Türkiyə təyyarələrinə açan Rusiyanı xəyanətdə günühlandırdılar.

ABŞ-ın müdafiə naziri Ceyms Mattis Afrindəki kürd terrorçularına yardım məqsədilə Fəratın şərqində buluna YPG (PYD) silahlılarının Fəratın qərbinə keçmələrinə yardımçı oldu. Fəqət ABŞ Rusiya ilə Suriyanı nüfuz dairələrinə böldüklərindən və Fəratın qərbi ruslara aid olduğundan Afrindəki YPG (PYD) qüvvələrinə, Fəratınn şərqində olduğu kimi, hava dəstəyi verə bilmirdi.

Türkiyə Silahlı Qüvvələri əməliyyatın səkkizinci günündə YPG (PYD)-yə aid toplam 340 hədəfin məhv edildiyini bəyan etdi. 28 yanvar 2018-ci il tarixində Burseya dağı bütünlüklə nəzarət altına alındı. Həmin gün YPG-nin qadın qolu YPJ mənsubu olan “Avesta Xabur” kod adlı bir qadın terroristin Türkiyə əskərlərinin olduğu bölgədə terror aktı törətdi.

30 yanvar. Türkiyə Silahlı Qüvvələri Afrinə havadan türkçə, kürdcə və ərəbcə yazılmış vərəqələr atdı. Vərəqələrdə yerli xalq bölgədə olan kürd terrorçularına qarşı mübarizəyə səsləndi və "Afrin Afrinlilərindir" mesajı verildi. Eyni şəkildə Afrinlilərin telefonlarına da SMS-lər göndərildi. 

31 yanvar. Darmıq dağının cənub yamacında Abdullah Öcalanın betondan inşa edilmiş böyük barelyefi insansız hava araçları tərəfindən bombalandı.

1 fevral. Afrinin şimalındakı Əli Qar və Zar kəndləri YPG (PYD)-dən alındı. Əli Qar və Zar kəndlərinin alınmasıyla birlikdə Zəhran bölgəsi ile Şinqal kəndi arasındakı ərazi bütünlüklə nəzarət altına götürüldü. Afrinin şimalında böyük bir bölgə Türkiyə Silahlı Qüvvələrinin əlinə keçdi. Həmin gün Bülbül qəsəbəsi də terrorçulardan təmizləndi. Beləcə, Türkiyə Silahlı Qüvvələri hərəkat boyunca ilk dəfə böyük bir bölgəni elə keçirmiş oldu.  Afrin vilayətində yerləşən kəndlərin 10-da biri Azad Suriya Ordusunun tam nəzarətinə keçdi.

17 fevral. 2018-ci ilin fevral ayı ərazində itkilərin artdığı, bir ay ərzində Türkiyə SQ-dən 32 əskərin şəhid, 170 əskərin də qazi olduğu açıqlandı. Azad Suriya Ordusunun da 60-dan çox şəhid verdiyi məlum oldu. Bu məlumatı 2018-ci tarixində Rəcəb Tayib Ərdoğan yaydı. 

19 fevral. Həmin günədək 1641 YPG terrorçusunun zərərsizləşdirildiyi məlum oldu. Verilən məlumatlarla Türkiyə SQ tərəfindən düzənlənən hava hücumlarında bir azalma baş verdiyi diqqətə çatdırıladı. Belə ki, 20-26 yanvar arasında 340, 27 yanvar-2 fevral arasında 198, 3-11 fevral arasında 89 və 12-16 fevral tarixləri arasında 47 hava hərəkatının düzənləndiyi bildirildi. Buna səbəb kimi fevralda müsəlman döyüşçülərin bir rus təyyarəsini vurması göstərildi.

Əməliyyata qatılan Türkiyə SQ və Azad Suriya Ordusu təkcə YPG (PYD) terrorçuları ilə deyil, bölgədə olan və terrorçulara açıq dəstək verən rejim gücləri və İrana bağlı şiə qruplaşmaları ilə də çatışmalı olurdular. Rejimin və İranın dəstəyi ABŞ-ın Fəratın şərqindən göndərdiyi yeni terrorçu dəstələrin döyüş yerinə şiə qruplaşmaların nəzarətində olan ərazilərdən sərbəst keçərək gəlmələri şəklində də davam etməkdəydi. ABŞ-ın bölgəyə sövq etdiyi terrorçular içərisində İraqın Sincar bölgəsindən gələn PKK-lılar da vardı. Onlar da İrana bağlı şiə qruplaşmaların onlar üçün açdığı dəhlizdən keçib gəlirdilər.

Hərəkatın 31-ci günündə Əsəd rejimi dövlət televiziyası vasitəsilə rejimə  bağlı güçlərin kürd terrorçularına dəstək məqsədilə Afrinə sövq edildiyini rəsmən bəyan etdi. Buna cavab olaraq, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu  Türkiyənin buna cavabının çox ağır olacağını açıqladı.

20 fevral. Kürd terrorçularına dəstək məqsədilə rejim güclərinin və İrana bağlı Haşti-Şabi güclərinin Hələbdən Afrinə  göndərildiyi, onların yük və zirehli maşınlardan ibarət “Baqir Batalyonu”na aid konvoyunun Afrin istiqamətində hərəkət etdiyi barədə məlumat əldə edildi. Türkiyə Silahlı Qüvvələri bu konvoya toplardan xəbərdarlıq atəşi açdı, nəticədə konvoy 10 km geri çəkilmək məcburiyyətində qaldı.

22 Həmin gün axşam Afrinə silah-sursat daşıyan 30-40 maşınlıq YPG (PYD)  konvoyu Türkiyə ordusu tərəfindən məhv edildi. 

26 fevral. Daha 115 düşmən mövqeyi ələ keçirildi. YPG (PYD)-nin nəzarətində olan ərazilərin sahəsi daha da daraldılaraq bu ərazilərin Türkiyə sınırıyla bağlantısı bütünlüklə kəsildi. Bundan sonra çatışmalar Raco və Cin Dərəsi istiqamətində davam etdi.

6 mart. Türkiyə SQ və ASO Raconu nəzarətləri altına aldılar. Raco və Cin Dərəsindən Afrinə uzanan avtomobil yolları da ələ keçirildi.

12 mart. Afrin mühasirəyə alındı. Ətraf kəndlər ələ keçirildi.

17 mart. Şərqdən qərbə və qərbdən şərqə irəliləyən Türkiyə ordusu Afrinin şimalında birləşdi. 

48 saat sonra Afrin bütünlüklə Türkiyə ordusunun və Azad Suriya Ordusunun nəzarəti altına keçdi. Əməliyyat uğurla başa çatdı.

30 yanvar. Soçidə 1,5 min nümayəndənin iştirakı ilə konqres tərtib edildi. Beləcə, Astanada başlayan sülh prosesi yeni bir mərhələyə qədəm qoydu.

Beləliklə, Soçi konqresi ilə “müsəlmanlarla ruslar arasındakı güvənli sülh” daha da möhkəmlənmiş oldu. Bundan əvvəl Astanada əsası atılan sülhdən istifadə edən müsəlmanlar Rusiyanın dəstəyi ilə, daha doğrusu, hava sahəsini açması ilə ABŞ-ı dəstəklədiyi “sarı bayraqlılar”la, başqa sözlə, YPG (PYD) ilə savaşıb zəfər çaldılar. Sülhün pozulması və ruslarla böyük savaş hələ qabaqda idi. Hələliksə sülh şəraiti davam edirdi.

Soçidə görüşən tərəflər Suriyanın yeni Konstitusiyası üzərində müzakirələr apardılar. Sülh danışıqları və müzakirələr BMT tərəfindən terrorçu kimi tanınan İŞİD və Ən-Nüsra Cəbhəsi, eləcə də Əhrar əş-Şam, Təhrir əş-Şam, Fəyləq ər-Rəhman kimi barışmaz qruplaşmaları əhatə etmirdi. Rusiya və İran tərəfindən dəstəklənən Əsəd rejimi ilə onlar arasında qanlı toqquşmalar davam edir, tərəflər ağlasızmaz itkilər verirdi. Yanvarın 7-də baş verən döyüşlərdə Əsəd rejiminin briqada generalı Heydər Həsənin məhv edilməsi döyüşlərin hansı cəviyyədə getdiyinin göstəricisi idi.

7-8 fevral. ABŞ-ın hava qüvvələri Həşm şəhərində yerləşən Bəşər Əsəd güclərinə hücum təşkil etdi.

14-15 may. Astana formatında doqquzuncu görüş oldu.

2018-ci ilin yayında Rusiya, gözlənildiyi kimi, müsəlmanlarla əldə edilmiş “güvənli sülh”ü pozaraq, 4 gərginliyi azaltma bölgəsindən 3-də hərbi əməliyyatlara başladı. Rusiya və İran tərəfindən dəstəklənən Əsəd rejiminə bağlı hərbi hissələr Rusiyanın havadan, İrana bağlı şiə qruplaşmalarının yerdən dəstəyi ilə Əs-Süveydə, Dera və Əl-Kunytra, eləcə də Şərqi Qutanı ələ keçirdi. Hüms və Hamanın da bir hissəsi rejim qüvvələrinin əlinə keçdi. Sözügedən bölgələr müsəlmanlardan, qadın, qoca, uşaq demədən, bütünlüklə təmizləndi.

Dəməşqin mərkəzindən 10 km şərqdə yerləşən Qutada, Əsəd rejimi, rus və fars faşistləri onu yerlə bir etməmişdən və əhalisini köçə zorlamamışdan öncə, yarısı uşaq olmaqla, 400 min əhali yaşamaqda idi. Müxalifətin əsas istinad nöqtələrindən biri hesab edilirdi. Oranın xalqı təqribən 6-7 il idi ki, rejim qüvvələri tərəfindən mühasirəyə alınmış və digər bölgələrdən təcrid edilmiş vəziyyətdə yaşayır, dirənməkdə davam edirdi. Bəşər Əsədin dinc əhaliyə qarşı 2013-cü ildə kimyəvi silah işlətməsi və tətbiq edilən sarin qazından 1729 nəfər mülki şəxsin həyatını itirməsi də onu yıprada bilməmişdi.

Əsəd və İran gücləri, Rusyanın havadan dəstəyi ilə müxaliflərin nəzarəti altındakı Şərqi Qutanı ələ keçirmək üçün 19 fevral 2018-ci il tarixində hərəkətə keçmişdi. Həmin tarixdən etibarən rejim, İrana bağlı şiə qruplaşmalar və Rusiyanın savaş təyyarələri 400 min mülki əhalinin yaşadığı bölgəyə havadan və yerdən təşkil etdikləri hücumları artırdılar. Hücum nəticəsində onminlərlə insan evsiz-eşiksiz qaldı, minlərlə insan qətlə yetirildi və ya şikəst edildi. Minlərlə uşaq yetim qaldı.

BMT Təhlükəsizlik Şurasının 24 fevralda aldığı atəşkəs qərarına rəğmən rejim və dəstəkçilərinin intensiv hücumlarına məruz qalan Şərqi Qutada mülki əhali arasında ölümləri dəvam etmiş, beynəlxalq müşahidəçilərin sülhə nail olmaq barədə təşəbbüsləri nəticə verməmişdi.

3 martdan etibarən bölgəyə quru əməliyyatı başladılmış və mülki obyektlər, o cümlədən evlər, məktəb və xəstəxanalar bombalamanmağa davam etmişdi. Əsədə və İrana bağlı ələvi və şiə hərbi birləşmələr martın 11-12 – də qəsəbənin şərqindən qərbinə doğru irəliləyərək Haresta qəsəbəsini də mühasirəyə almış və Şərqi Quta bölgəsini 3 parçaya bölmüşdü.

Nəhayət, yayda başdan-başa xarabazara çevrilən Hüms, Hama və Quta əhalisi, eləcə də silahlı müxalifətin döyüşçüləri Türkiyənin yardımı ilə İdlib bölgəsinə sövq edilə bildilər. Bu barbarlıq aksiyasından sonra yüzminlərlə Suriyalı Türkiyəyə pənah gətirmək məcburiyyətində qaldı və Türkiyədəki Suriyalı mültəcelərin sayı 3 milyonu keçdi.

İllər ərzində Qutanı və xalqını qaniçən rejimdən və dəstəkçiləri Rusiya və İrandan müdafiə müdafiə edən əsas qüvvə Ceyş ül-İslam (İslam Ordusu) təşkilatı olmuşdur. Sözügedən qurum 2013-cü ildə bir neçə xırda İslami təşkilatın birləşməsi ilə yaradılıb. 2018-ci ilə qədər Şərqi Qutada ən güclü silahlı qruplaşma olan Ceyş ül-İslamın qərargahı Dumada yerləşirdi. Təşkilat Bəşər Əsəd rejimi, Rusiya və İran tərəfindən terrorist qruplaşmalar siyahısına daxil edilsə də, nə BMT, nə də digər ölkələr onu terrorçu təşkilat kimi tanımır və Rusiyanın 2016-cı ildə onu BMT-nin terrorçu təşkilatlar siyahısına saldırması cəhdi BMT tərəfindən rədd edilmişdir.

Hazırda Hələb vilayətinin Azad Suriya Ordusunun nəzarətində olan şimal hissəsində fəaliyyət göstərir. Onun dəfələrlə terrorizmə qarşı bəyanatlar verdiyi bilinməkdədir.

Ceyş ül-İslamın qurucusu və ilk başçısı Mühəmməd Zəhran Alluşdur. Tanınmış din xadimi Abdullah Mühəmməd Alluşun oğıu olan Mühəmməd Zəhran Alluş 1970-ci ildə doğulub, öncə Dəməşqdəki Şəriət Universitetində, daha sonra isə Mədinədəki İslam Universitetinin Şəriətşünaslıq fakultəsində təhsil alıb. Magistr dərəcəsi alıb. 2011-ci ildə Liva əl-İslam (İslam briqadası) adlı təşkilat qurub, sonra bu təşkilatın digər təşkilatlarla birləşdirilməsi ilə Ceyş ül-İslam təşkilatını yaradıb. 2015-ci ilin 25 dekabrında rusların atdığı raket zərbəsi nəticəsində şəhid olub. Qardaşı Mühəmməd Alluş təşkilatı 2017-ci ildə Astana görüşündə təmsil edib.

Mühəmməd Zəhran Alluşun şəhid olmasından sonra təşkilata İssam əl-Buvaydani başçılıq edir.

Qeyd edək ki, Ceyş ül-İslamın ən yadda qalan hərbi aksiyası Suriyanın müdafiə naziri Davud Racih və müavini Asəf Şövkətin məhv edilməsi ilə nəticələn aksiyadır.

Suriya savaşının, başqa sözlə, Məlhəmə-i Kübranın sonrakı xronologiyası aşağıdakı kimidir:

17 sentyabr (2018). Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan İdlib ətrafında yaranmış gərginliyi aradan qaldırmaq üçün Soçidə bir araya gələrək İdlibdə silahlardan arındırılmış bir bölgə qurulması barədə anlaşma əldə etdilər. Razılaşmaya əsasən 15-20 kilometr derinliyində və 250 kilometr uzunluğundaki silahsızlandırma bölgəsi yaratmaq qərara alındı və bu yolla Türkiyə prezidenti Rusiya, İran və Əsəd rejiminin müsəlmanları son sığınacaq yerləri olan İdlibdən də təmizləmək planının həyata keçməsini əngəlləməyə nail oldu.

Razılaşma aşağıdakı müddəaları əhatə etməkdə idi:


  1. İdlib gərginliyi azaltma bölgəsi qorunacaq. Türkiyənin müşahidə nöqtələri güçləndiriləcək.

  2. Rusiya İdlibdə hərbi əməliyyat və hücumlardan qaçınılması üçün gərəkli tədbirlər alacaq və mövcus status-kvo qorunacaq.

  3. Silahsızlaşdırma bölgəsi yaradılacaq və bölgə 15 - 20 km olacaq.

  4. Silahsızlaşdırma bölgəsinin sınırları sahədəki çalışmalarla müəyyən ediləcək.

  5. Bütün radikal qruplar silahsızlaşdırma bölgəsindən 15 oktyabra qədər çıxarılacaq.

  6. Qarşıdurma tərəflərinə aid bütün tanklar, çoxlüləli raketatanlar, toplar ve minaatanlar da daxil olmaqla, ağır silahlar 10 oktyabrda İdlibdəki silahsızlaşdırma bölgəsinden çəkiləcək.

  7. Silahsızlaşdırma bölgələrindəki monitorinqlər türk və rus əskərləri tərəfindən həyata keçiriləcək. Monitorinqlər insansız hava araçlarıyla havadan da gerçəkləşdiriləcək.

  8. M4 - M5 avtomobil yolu təhlükəsizliyi ilin sonuna qədər təmin ediləcək və nəqliyyata açılacaq.

  9. İdlibdə sürdürüləcək atəşkəs rejiminin təmin edilə bilməsi üçün təsirli tədbirlər alınacaq. İran, Türkiyə, Rusya ortaq koordinasiya mərkəzi təşkil ediləcək.

Razılaşmaya əsasən, İdlibdə fəaliyət göstərən ve başında Həyat Təhrir əş-Şamın durduğu təşkilatların, təşkil ediləcək silahsızlaşdırma bölgəsini tərk etmələri, ağır silahların da 15 oktyabra qədər geri çəkilməsi öngörülməkdə idi.

18 sentyabr. Gecə İsrailə aid dörd F-16 təyyarəsi rejimin Latakiya ərazisindəki mövqelərinə zərbələr endirdi. Bu zərbələri Rusiya istehsalı S-200 zenit-raket kompleksi vasitəsilə zərərsizləşdirmək istəyən Əsəd rejiminin əskərləri həmin sırada Xmeymin hərbi bazasına enməyə çalışan, içində rus generallarının və yüksək rütbəli zabitlərinin olduğu, Suriya ordusu üçün hərbi-tezniki ləvazimat gətirən Rusiyaya aid İl-20M yük təyyarəsini vurdular.

25 sentyabr. Xmeymin bazasına iki İl-76 hərbi yük təyyarəsi vasitəsilə çoxfunksiyalı “Krasuxa-4” tipli dalğaqarışdırıcı avadanlıqlar gətirildi.

3 oktyabr. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Təhlükəsizlik Şurasını Suriyaya S-300 zenit-raket komplekslərinin çatdırıldığı barədə məlumatlandırdı.

19 noyabr. Əsəd rejiminin “baş hərbi qərargahı” İŞİD-ə qarşı Əs-Səfa vulkanik yaylasında aparılan çoxhəftəlik əməliyyatların bitdiyini bəyan etdi.

28-29 noyabr. Astana formatında 11-ci görüş keçirildi. Tərəflər Türkiyənin israr və təkidi ilə Suriyanın Fəratdan şərqdəki bütün ərazilərdə soyqırıma və təmizləmələrə məruz qalmış dinc müsəlman əhalinin ən son sığınacaq yeri olan İdlib bölgəsində gərginliyin azaldılması barədə Memorandum imzaladılar.

19 dekabr. ABŞ öz qoşunlarını Suriyadan çəkməyə hazırlaşdığını bildirdi. Prezident Tramp bunu İŞİD-in tamamilə məhv edilməsi ilə əlaqələndirdi.

28 dekabr. Əsədə bağlı hərbi birləşmələr ABŞ və Rusiyanın gizli razılığı əsasında Türkiyənin önünü kəsmək məqsədilə Münbicə daxil oldular.

2019-cu ilin yanvarında YPG (PYD) Münbicdən çıxdığını bəyan etdi, gerçəkdə isə kürd terrorçuları öz səhra geyimlərini Suriya ordusunun uniformaları, sarı bayraqlarını da Suriya bayraqları ilə əvəz etdilər.

23 yanvar (2019). Moskvada Rusiya və Türkiyə prezidentlərinin İdlibdəki vəziyyətlə bağlı görüşü oldu. Tərflər fevralda Suriyadakı vəziyyəti müzakirə etmək üçün Soçidə Rusiya-Türkiyə-İran sammitinin keçirilməsinə qərar verdilər.

14 fevral. Soçidə Rusiya, Türkiyə, İran sammiti keçirildi. Tərəflər Suriyanın ərazi bütövlüyünə tərəfdar olduqlarını növbəti dəfə təkrarladılar.

25-26 aprel. Astana formatında 12-ci görüş keçirildi.

1-2 avqust. Astana formatında 13-cü görüş keçirildi.

7 avqust. Müxalifət Hamanın şimalında itirilmiş mövqelərini ələ keçirmək üçün İdlib sərhəddi istiqamətində hücuma keçdi. Məqsəd İdlibin cənubunda, Xan Şeyhunda möhkəmlənmiş Ən-Nüsra Cəbhəsi və Ceyş əl-İzzə ilə quru əlaqəsi yarada bilmək, Hama ilə Hələbi birləşdirən M5 avtomobil yolunun daha bir hissəsini nəzarət altına almaq idi. Əsəd rejimi rusların havadan və İrana bağlı şiə qruplaşmalarının yerdən verdikləri dəstəklə hücumun qarşısını, çətinliklə də olsa, ala bildilər. Hər iki tərəf böyük itkilər verdi.

10-11 avqust. Əsəd rejimi hücum nəticəsində müxalifətin azad edə bildiyi Əl-Hübeyt Sükeyk yaşayış məntəqələrini geri aldı.

19 avqust. Suriya nişanlı rus təyyarələri dinc əhalini qorumaq üçün Xan-Şeyhun istiqamətinə hərəkət edən Türkiyə zirehli maşınlarını bombaladı və yolunu kəsdi. İrana bağlı şiə qruplaşmaların yerdən verdiyi dəstəklə rejim gücləri Türkiyənin 9№-li müşahidə postunu mühasirəyə aldılar və Xan-Şeyhun istiqamətində irəliləməyə başladılar. Rus təyyarələri digər şəhərlər kimi bu şəhəri də bombardıman edərək xarabazarlığa çevirdi. Çox sayda mülki əhali məhv edildi. Müxalifət sağ qalan dinc əhalinin İdlibin içlərinə doğru qaça və canını qurtara bilməsi üçün, çətinliklə də olsa, şərait yaratmağı bacardı. Düşmənlə savaşa-savaşa geri cəkilməyə məcbur oldu. Dağılmış şəhərə daxil olan İran və rejim gücləri hər yerdə etdiklərini təkrar etdilər, yaralanan və şəhəri tərk edə bilməyən müsəlmanları işkəncə verərək öldürdülər.

23 avqust. Rejim Hama vilayətini və İdlibin Xan-Şeyhun şəhərini bütünlüklə ələ keçirdiyini bəyan etdi.

Rusiya və İranın əldə edilmiş razılıqları pozması, gərginliyi azaltma bölgələrini işğal etməsi və ələ keçirilən bölgələrdə etnik və məzhəbi təmizləmə aparılması Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanı təcili Moskvaya getməyə məcbur etdi.

Vəziyyət ABŞ-ın nəzarəti altında olan ərazilərdə, yəni Fəratın şərqində də ürək açan deyildi. Orada da kürd terrorçuları ABŞ-ın dəstəyi ilə ərəb və türkmənlərdən, eləcə də müsəlman kürdlərdən təmizlədikləri bölgədə “kürd dövləti” qurmağın hazırlıqları içində idilər.

27 avqust. Moskvada Türkiyə və Rusiya prezidentləri arasında görüş keçirildi. Türkiyə Rusiya və İranın hücumlarını müvəqqəti də olsa, dayandırmağa və Fəratın cənubunda əməliyyat keçirmək üçün vaxt qazanmağa nail oldu.

30 avqust. Putin 31 avqust 2019 tarixndən, səhər saat 6.00-dan etibarən atəşkəs elan ediləcəyini bəyan etdi.

31 avqust. İdlibdə müvəqqəti atəşkəs elan edildi. Həmin gün ABŞ hərbi hava qüvvələri İdlibə, Hürras əd-Din təşkilatının qərargahının olduğu yerə roket zərbələri endirdi.

9 oktyabr. Türkiyə ABŞ-ın israrına rəğmən Fəratın Şərqində ABŞ-ın silahlandırdığı YPG (PYD) terrorçularına qarşı “Barış pinarı” hərəkatına başladı. ABŞ öz hərbi birliklərini, iki NATO ölkəsi qarşı-qarşıya gəlməsin deyə, bütün Türkiyə-Suriya sərhəddi boyu 30-35 km cənuba çəkməyə məcbur oldu.

Hərəkatın əsil səbəbi YPG(PYD)-nin Türkiyə sərhəddində qurmağa hazırlaşdığı qondarma “dövlət”in qarşısını almaq və M4 avtomobil yolunu nəzarət altına götürmək və gələcəkdə Türkiyədə bulunan 4 milyon Suriyalı qaçqını terrorçulardan azad ediləcək torpaqlarda məskunlaşdıra bilmək idi.

Əməliyyat Türkiyənin hava qüvvələrinə bağlı uçaqların hava zərbələri və Suriyanın Tel-Abyad,  Rəsuleyn, Ayn İssa və Qamışlı bölgələrini hədəfə alan top atışlarıyla başladı. Gün ərzində rejim tərəfindən Nusaybinə  altı roket atıldı və nəticədə üç mülki vətəndaş öldü. Rasuleyndə YPG (PYD)-nin nəzarəti altındakı bir bölgədən Ceylanpınara  2 mina atıldı. Şanlı Urfanın Ağçaqalə, Birəcik və Ceylanpınar elçələri ilə Mardinin Nusaybin elçəsindəki bəzi nöqtələrə gerçəkləşdirilən hücumlarda üç nəfər mülki şəxs hayatını itirdi, 46 nəfər də yaralandı. Günün sonunda Türkiyə Silahlı Qüvvələri əməliyyatın, Tel-Abyad da daxil olmaqla, üç nöqtədən yer mərhələsinin başladığını bəyan etdi.

YPG (PYD) Türkiyənin bombardımanda guya mülki əhalini hədəf aldığını iddia etdi, ABŞ da öz növbəsində əməliyyat sahəsində uçuşa yasaq zona qurmağa çalışdı. YPG (PYD) eyni zamanda, əməliyyata etiraz əlaməti olaraq, İŞİD-ə qarşı hücumlarını durduracağını bildirdi, Türkiyə ordusuna qarşı Rəsuleyndəki gizli hücrələrini hərəkətə keçirdiklərini bəyan etdi. 

Əməliyyatın başladığı 9 oktyabr günü ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğana  bir məktub göndərdi. Ənənvi diplomatik ifadələrdən fərqli bir üslubda yazılan və 16 oktyabr günü mediaya sızan və YPG (PYD)-nin baş komandiri kimi təqdim edilən Məzlum Kobaninin daha öncə Trampa göndərmiş olduğu məktubun da əlavə edildiyi həmin məktubun məzmunu belə idi:

Hörmətli Prezident!



Xeyirli bir razılaşmaya gələk! Minlərlə insanın qətl edilməsi məsuliyyətinin altına girmək istəməsəniz, mən də Türkiyə iqtisadiyyatını məhv etmək məsuliyyətini üzərimə götürmərəm – ki, bunu edərəm. Rahib Branson hadisəsində bunun kiçik nümunəsini göstərdim.

Bəzi problemlərinizi həll etmək üçün çox çalışdım. Dünyanı xəyal qırıqlığına uğratmayın. Xeyirli bir razlaşma həyata keçirə bilərsiniz. General Məzlum sizinlə müzakirə etmək və keçmişdə əsla gedə bilməyəcəkləri güzəştlərə getmək arzusundadır. Onun mənə yazdığı, mənim də yenicə aldığım məktubun surətini Sizə göndərirəm.

Bu məsələni doğru və humanistcəsinə həll etsəniz, tarix sizi xoş xatırlayar. Yaxşı işlər baş verməzsə, tarix sizi sonsuza qədər bir şeytan kimi xatırlayar. Sərt adam olmayın, axmaqlıq etməyin. Sizi daha sonra arayacağam...”

Məktuba münasibət bildirən bir hökumət sözçüsü “Məktub Ərdoğan tərəfindən oxunaraq zibilliyə atıldı” dedi. Bundan başqa, “Bu məktuba verilən ən konkret cavab bu gün saat 16.00-da Barış Pınarı Hərəkatının başlamasıdır” kimi bir açıqlama da verildi.

10 oktyabr. Səhər tezdən Türkiyə Silahlı Qüvvələri rəsmən YPG (PDY)-ə qarşı hücuma keçdiklərini, bu sırada 181 hədəfi vurduqlarını bildirdi. Türkiyə tərəfindən dəstəklənən 14 000 Azad Suriya Ordusu mənsubunun da hücümda iştirak etdiyi qeyd edildi.

Günün irərliləyən saatlarında YPG (PYD) ilə Türkiyə dəstəkli Azad Suriya Ordusu arasında Əl-Bab yaxınlarında savaş başladı. ASO Tel- Abyad bölgəsində irəliləyərək Tabatin və Əl-Müşrifah kəndlərini kürd terrorçularından azad etdi. Axşam saatlarında Türkiyə Silahlı Qüvvələri 11 kəndin nəzarət altına alındığını açıqladı.

Kürd terrorçularının Suriya ərazisindən Türkiyə ərazisinə atdığı roketlər 7 mülki vətəndaşın hayatını itirməsinə və 85 mülki şəxsin yaralanmasına yol açdı. 

11 oktyabr. Qamışlıdan açılan atəş nəticəsində Nüsaybində çəkiliş aparan iki türk  müxbiri yaralandı. Olay Türkiyədəki TV kanallarında canlı olaraq yayınlandı. Surucda da iki mülki şəxs terrorçuların minaatandan açdığı atəşlə öldürüldü. Həmin gün Türkiyədə ümumilikdə 9 nəfər həyatını itirdi. 



Türkiyə SQ Suruça açılan atəşə qarşılıq olaraq sınırın qarşısındaki Ayn əl-Ərəbə toplardan atəş açdı. Adını “Suriya Milli Ordusu” (SMO) kimi dəyişən Azad Suriya Ordusuna bağlı qüvvələr Tel-Abyadın cənub-şərqində yerləşən Halava kəndini ələ geçirdiyini bildirdi. Türkiyə SQ və SMO daha sonra Tel-Hələfin ələ keçirildiyini açıqladılar və kəndin içindən video-görüntülər yayınlandı.

Həmin gün Ceyş ül-İslam Türkiyə SQ və SMO-nun hərbi əməliyyatlarına qatılacağını açıqladı.

12 oktyabr. Türkiyə SQ və SMO Suriya topraqlarının 32 km içində yer alan M4 avtomobil yoluna çatdığını və Münbic ilə Qamışlı arasındaki əlaqəni kəsdiyini açıqladı. SMO eyni zamanda Rakkanın şərqində M4 avtomobil yoluna yaxın 18 kəndin terrorçulardan təmizləndiyini qeyd etdi. Yerli vaxtla saat 12:00 civarında Rəsuleyn də ələ keçirildi.

13 oktyabr. Türkiyə və onunla birlikdə hərəkət edən qrupların Şimali Suriyadakı hərəkatı davam etdi. “Hələb Today TV” xəbər portalı türk topçularının Tel-Abyad yaxınlarındakı bölgələrə atəş açdığını, Suriya Milli Ordusu mənsublarının kəndlərə girdiyini və 17 kəndi ələ keçirdiyini bildirdi. Türkiyə SQ və SMO səhər saatlarında Tel-Abyada bağlı Suluk qəsəbəsini də terroristlərdən təmizlədiklərini bəyan etdi. 

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan əməliyyatın başlamasından bu yana Türkiyəyə minatanlardan 652 mina və roket atıldığını, nəticədə sınır bölgələrində 18 mülki vətəndaşın öldüyünü və 147-sinin yaralandığını söylədi.

Həmin gün Rusiya və İran tərəfindən dəstəklənən rejim qüvvələri terroristlərlə anlaşaraq, Münbic və Kobaniyə girəcəklərini bəyan etdilər. Xəbər YPG (PYD) tərəfindən də doğrulandı. Rusyanın Suriya özəl təmsilcisi Aleksandr Lavrentyev “Suriya hökuməti” və PYD arasındakı bu anlaşmanın ruslara aid Xmeymim hərbi bazasında əldə edildiyini bildirdi ve Rusiyanın vasitəçi olduğunu təsdiqlədi. 

Anlaşmadan qısa müddət sonra rejimin rəsmi xəbər agentliyi SANA “Suriya Silahlı Qüvvələrinə bağlı birliklər”in, "Türkiyənin işğalının qarşısını almaq” məqsədilə şimal bölgələrinə yeridilməyə başladığını bildirdi. Anlaşmayla birlikdə rejim qüvvələri 5 il sonra Rakkaya girdi və şəhərdə müşahidə məntəqələri qurdu.

14 oktyabr. Rusiya silahlı qüvvələri və rejim gücləri Münbicə və Türkiyə ilə sərhəddə yeridildi. Üstəlik də ruslar yenidən həmin bölgələrə qayıtmaq istəyən Amerikalıların önünü kəsdilər. ABŞ prezidenti Amerika hərbi birləşmələrinin, Əl-Tanf hərbi bazası xaric, Suriyadan çıxaralacağını bəyan etdi.

15 oktyabr. Həmin gün Türkiyə prezidenti Ərdoğan "Batıdan doğuya 444 km, kuzeyden güneye 32 km genişliğinde, ülkemizdeki mültecilerin geri döneceği güvenli bir alanın kurulduğunu ilan ediyoruz" - dedi və əməliyyatın başlamasından bu yana Türkiyə SQ ve SMO tərəfindən toplam 1000 vadrat kilometrlik ərazinin terroristlərdən azad edildiyini açıqladı.

Rejim gücləri Münbicin tamamını nəzarət altına aldı. ABŞ birlikləri Əsədə bağlı hərbi birliklərin Ayn əl-Ərəbə girməsini əngəllədi və hərbi konvoy Münbicə geri döndü. ABŞ birlikləri Münbicin şimal-qərbində yerləşən Dadat və Um-Mialdakı bazalarını tərk etdi. Rejim qüvvələri Əl-Təvbəyə də girə bildilər. Rusiyanın Müdafiə Nazirliyi rus hərbiçilərinin Türkiyə və Suriya orduları arasındakı zolağa nəzarəti öz əllərinə aldıqlarını bəyan etdi.

16 oktyabr. Rusiya silahlı Qüvvələrinə bağlı birliklər axşam saatlarinda Kobani şəhərinə daxil oldular. Kürd terrorçularının başçısı Məzlum Kobani müsahibəsində Təmsilçilər Məclisindəki bir neçə rəsmi şəxsin yanında oturduğu vaxt ABŞ prezidenti Donald Trampın onu telefonla aradığını, telefon danışıqında Suriya hökuməti və Rusya ilə anlaşılacağını və "Türkiyə işgalına qarşı birlikdə savaşacaqlarını" söylədiyini bildirdi.

17 oktyabr. YPG (PYD) Hələbin şimalındakı Mare şəhərində SMO-ya qarşı terror aktı düzənlədi və SMO mənsubu 6 nəfəri öldürdü. Bu terror aktında daha 9 nəfər yaralandı. Həmin gün ABŞ prezidentinin yardımçısı Mayk Pens və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında gerçəkləşən görüşdə YPG (PYD)-nin Suriya-Türkiyə sınırından 32 km dərinliyə sahib güvənli bölgədən çəkilməsi üçün hərəkatın 120 saatlığına durdurulması barədə razılıq əldə edildi. Pens hərbi əməliyyatın durması halında ABŞ-in Türkiyəyə uyguladığı bütün embarqoların qaldırılacağını və başqa embarqo olmayacağını bildirdi. Anlaşmaya görə, 32 km-lik güvənli bölgənin Türkiyə və SMO-nun nəzarəti altında olması qərarlaşdırıldı. 

18 oktyabr. Suriya İnsan Haqları komitəsi (SOHR) Türkiyə və YPG (PYD)-ni atəşkəsi pozmaqda, sonuncuları bundan başqa növbəti dəfə mülki obyektləri və əhalini bombardıman etməkdə günahlandırdı.

22 oktyabr. Soçidə bir araya gələn Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan YPG (PYD)-nin Türkiyə ilə sərhədd bölgələrdən, eləcə də Tel-Rifat və Münbicdən 30 km uzağa çəkilməsi üçün atəşkəs müddətinin 150 saat daha uzadılması barədə razılığa gəldilər. Bu məqsədlə Rusiya hərbi polisi və rejim güclərinə bağlı sınır mühafizləri hərəkat sahəsinin dışında qalan sahəyə girməsi qərarlaşdırıldı. Bundan başqa, Qamışlı şəhəri xaric,  10 kilometr uzaqda ortaq Rusiya-Türkiyə dövriyyələrinin təşkili qərarlaşdırıldı.

23 oktyabr. Rus hərbi polisləri və Kobani hərbi şurası Ayn əl-Ərəbdə (Kobanidə) dövriyyə fəaliyyətinə başladı. Ardından Qamışlının qərbindəki Amudə və Dırbasiyə qəsəbələrində Rusiya hərbi polisi ilə asayiş gücləri də eyni fəaliyyətə başladılar.  Həmin gün Türkiyə Müdafiə Nazirliyi əməliyyatın sona çatdığını bəyan etdi. ABŞ prezidenti Donald Tramp da bölgədə qalıcı bir atəşkəsin yarandığını, bu səbəbdən də Türkiyəyə tətbiq edilən embarqoların aradan götürüldüyünü bəyan etdi.

24 oktyabr. Rejim güclərinə aid 160 maşından ibarət bir hərbi konvoyAyn əl-Ərəbə (Kobaniyə) girdi, 1300 rejim əskərinin olduğu konvoy sınır xəttinə yerləşdi.

25 oktyabr. Rəsuleynin günüyində irərliləyişini sürdürmək istəyən SMO ilə PYD arasında çatışmalar baş verdi. Qarşıdurmaya Türkiyə SQ və rejim gücləri də qatıldı, SMO geri çəkildi, 5 türk əskəri yaralandı.

26 oktyabr. Bəşər Əsədə bağlı rejim gücləri Rəsuleyn – Tel-Tamər yolu üzərindəki bəzi kəndlərə soxuldu və burada Türkiyə SQ və SMO ile çatışmalar yaşandı, SMO tank, uzaqvuran top və minatanlardan açdığı atəşlərlə düşməni geri çəkilməyə məcbur etdilər.

29 oktyabr. Rusiyanın Suriyadəkı Tərəfləri Uzlaşdırma Mərkəzi başqanı, general Yuriy Borenkov üst-üsə 34 min nəfərin yer aldığı 68 kürd terror birliyinin və 3 mindən artıq silah və hərbi təçhizatın Türkiyə SQ ilə təmas xəttindən 30 kilometr geri çəkilməsinin tamamlandığını bəyan etdi. O, həmçinin rejimə bağlı əskərlərin Türkiyə sınırında, 60-ı Qamışlı və  24-ü Ayn əl-Ərəb (Kobani) bölgəsində olmaq üzrə, toplam 84 keçiş-nəzarət nöqtəsi qurduqlarını bildirdi.

30 oktyabr. Rejim onun hərbi birliklərinə qatılmaq istəyən PYD mənsublarını qəbul edəcəklərini bəyan etdi.

3 noyabr. Kürd terrorçuları Tel-Abyadda terror aktı törətdilər.

2020-ci il yanvarı tarixə Rusiya və İranın növbəti dəfə imzaladıqları sülhə və verdikləri sözə xəyanət etmələri və müsəlmanların son sığınacaq yeri olan İdlibə havadan və yerdən genişmiqyaslı hücum təşkil etmələri, şəhər və kəndlərin bombardımana tutulması, dinc əhalinin kütləvi şəkildə Türkiyə sınırına doğru qaçması ilə düşdü. Bu hal Türkiyənin rejimin təmizləməyə çalışdığı müsəlmanları qorumaq məqsədilə açıqdan-açığa rus və fars qüvvələri ilə savaşa girməyə məcbur etdi.

27 fevral (2020). Türkiyə Silahlı Qüvvələri (TSQ) və Suriya Milli Ordusu (SMO) rusların bölgə xalqına qarşı həyata keçirdikləri bombardımana cavab olaraq, İdlib əyalətində “Bahar qalxanı” adı verdikləri hərəkata başladılar. Türkiyənin müdafiə naziri Hülusi Akar hərakatın məqsədinin Adana, Astana və Soçi razılaşmalarında nəzərdə tutulmuş atəşkəsi təmin etmə, köçü önləmək, yerli xalqın və Türkiyə sınırlarının güvənliyini qorumaq olduğunu açıqladı.

Həmin gün Türkiyə SQ dəstəkli müxalif güçlər, başqa sözlə, müsəlmanlar Sərakibi, Sərakibin güneyində bulunan Cubas və Dadıq kəndlərini, Kafr Battıxın cənubunda yerləşən Qadura kəndini rejim güclərindən və onlarla birlikdə hərəkət edən İrana bağlı şiə qruplaşmalarından təmizləyərək nəzarət altına aldılar. Rus qaynaqları isə Sərakibin yenidən geri alındığı iddia etdi.

Həmin gün Suriya nişanı altında uçan rus təyyarəsi Türkiyə ordusuna havadan zərbə endirdi, 34 türk əskəri şəhid oldu. Buna qarşılıq olaraq Türkiyə rəsmiləri rejim güclərinin (bu ad altında hərəkət edən rus, eləcə də İrana bağlı qruplaşmaların və kürd terrorçularının) "məşru hədəf" olduğunu açıqladı və TSQ tərəfindən 200-dən artıq hədəf topçu atışlarıyla vuruldu. 329 rejim əskəri zərərsizləşdirildi. TSQ-ya bağlı topçu birlikləri Hələbin şimalında, Nubl-Zəhra bölgəsinde bulunan Hizbullah hədəflərini də vurdu.

29 fevral. Türkiyə tərəfindən havadan və yerdən dəstəklənən müsəlman döyüşçülər İdlibin cənubundakı Dukmaq, Tel-Mabutah (Zukum), Qalaydin, Kavqafinah və Sahafun kəndlərini düşməndən təmizləyərək nəzarət altına aldılar. Həmin gün Türkiyə Silahlı Qüvvələri Milli İstihbarat Təşkilatının  (MİT) əldə etdiyi gizli biliklər əsasında İdlibin Cəbəl əl-Zaviyə  bölgəsindəki üç qatlı bir binada yerləşərək kəşfiyyat məlumatları əsasında rejim qüvvələrini idarə edən yüksək rütbəli üç rejim zabitini - 124-cü alayın komandiri, general  Burhan Rahmun, general İsmayıl Əli və albay  Məzən Fərvatini ve çox sayıda rejim əskərini silahlı insansız hava araçları vasitəsilə məhv etdi.

1 Mart.

Türkiyə Suriya nişanı altında uçan və dinc əhalini bombalayan 2 rus Su-24 tipli bombardımançı təyyarəni vurub düşürdü.

2 Mart. Rejim Rusiyanın havadan, İrana bağlı şiə qruplaşmalarının qurudan dəstəyi ilə Sərakib ətrafındakı bir neçə qəsəbəni ələ keçirdi. Rusiya hərbi polisi Sərakibə daxil oldu.

3 Mart. Türkiyə Əsəd rejiminə aid L-39 "Albatros" tipli rus təyarəsini məhv etdi. Həmin gün 1 türk əskəri şəhid oldu, 9 əskər yaralandı. Türkiyə Silahlı Qüvvələri bölgədəki 82 rejim ünsürünü atəş altına aldı, 9 tank, 2 uzaqvuran top, 6 çoxlüləli roketatan sistemi və 2 hərbi maşın sıradan çıxarıldı, 299 nəfər düşmən əskəri öldürüldü.

4 Mart. Rejim ünsürlərinin Türkiyə Silahlı Qüvvələrini atəşə tutması nəticəsində 2 türk əskəri şəhid, 6 əskər qazi oldu. Həmin gün Türkiyənin Milli Müdafiə Nazirliyi 27 fevral 2020-ci il tarixindən, yəni Bahar Qalxanı hərəkatı başladığından bu yana 3 düşmən təyyarəsinin, 8 helikopterin, 151 tankın, 47 topun, 52 çoxlüləli roketatan qurğunun, 8 “Pansır” tipli hava hücumundan müdafiə sisteminin,12 tankvuran silahın, 4 minatanın, 51 zirehli maşının, 34 silahlı pikapın, 60 hərbi yük maşınının,10 silah-sursat anbarının və 3138 nəfər düşmən əskərinin məhv edildiyini açıqladı.

5 Mart. Daha 1 türk əskəri şəhid oldu. Rus savaş təyyarələrinin İdlibin Marretmısrin qəsəbəsində bir toyuq hinində gizlənən qadın, qoca və uşaqlara düzənlədəyi hava hücumu nəticəsində 16 mülki şəxs həyatını itirdi, 18 nəfər də yaralandı. Son 24 saatda düşmənin 4 tankının, 5 çoxlüləli roketatanının, 3 tankvuranının məhv edildiyi, 184 rejim əskərinin zərərsizləşdirildiyi bildirildi. Hərəkat başladığı gündən bu yana məhv edilən düşmən əskərlərinin sayı 3322 nəfərə çatdı.

Prezident Rəcəb Tayib Ərdoğan İdlib problemini müzakirə etmək məqsədilə Vladimir Putin ilə Moskvada  bir araya gəldi. Təqribən 6 saatliq görüş nəticəsində İdlibdə atəşkəs təmin edildi. İki ölkənin xarici işlər naziri ortaq mətbuat konfransı keçirərək, əldə edilmiş razılaşmanın mətnini türk və rus dillərində açıqladılar.

6 Mart. Saat 00.01-dən etibarən atəşkəs qüvvəyə mindi.

Mart ayının birinci yarısında İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Suriyada fəaliyyət göstərən batalyonunu və Hizbullahın qərargahı Dəməşqdən, “Şüşə ev” adlanan yerdən Hələbə, daha doğrusu Hələbin 7 km cənub-qərbində yerləşən “Əl-Əsəd” hərbi akademiyasının binasına köçürüldüyü, orada “Bavar-373” tipli havadan müdafiə sistemləri quraşdırdığı barədə məlumat yayıldı. Təqribən eyni dövrdə daha iki türk əskəri şəhid edildi.



Dünyanı idarə edən qaranlıq güclər Türkiyə və Rusiya əməkdaşlığını qətiyyən istəmirlər. Belə hesab edilir ki, bu iki ölkə səylərini birləşdirərsə, birlikdə Avrasiyanı şəkilləndirmək və gələcəkdə böyük güc olmaq imkanı əldə edərlər. Odur ki, onların daim rəqabət və qarşıdurma səviyyəsində saxlamaq və imkan olarsa, savaşdırmaq lazımdır. Bu məsələ Yeni Dünya düzəninin əsas fikir babalarından olan David Pssingin “2050” (2050-ci il) adlı kitabında ətraflı şəkildə şərh və təhlil edilmişdir.

Yüklə 3,78 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin