Proqram kompüterın addım-addım yerinə yetirəcəyi təlimatlar və yaxud əmrlər toplusudur. Proqram tərtib edilərkən müəyyən bir alqoritmdən istifadə edilir. Yəni, proqram hər bir alqoritmi kompüterın başa düşəcəyi formada ifadə edir. Başqa sözlə proqram – kompüterın girişinə verilən informasiyaları məyyən ardıcıllıqla çıxış informasiyalarına çevirən, xüsusi şəkildə tərtib olunmuş sonlu sayda ardıcıl əmrlərdən ibarətdir.
Proqramlaşdırma dillərinin əsas vasitələri Kompüterdə proqram yazmaq üçün istifadə olunan formallaşmış dillərə proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dilləri adi dillərdən “sözlərin” (ancaq translyatorun başa düşdüyü) sayına və əmrlərin ciddi yazılış qaydasına görə fərqlənir. Istənilən proqramlaşdırma dilinin əsas elementləri bunlardır: dilin əlifbası, sintaksisi və semantikası. Dilin əlifbası dedikdə, həmin dildə işlənən bütün simvollar nəzərdə tutulur. Sintaksis - əlifbada olan simvollardan dilin ayrı-ayrı konstruksiyalarının (komandaların, operatorların) düzəldilməsinin formal qaydalarıdır. Bu qaydalar müxtəlif alqoritmləri proqramlaşdırmağa imkan verir. Semantika - dilin bu və ya digər sintaksis konstruksiyalarının təsviridir. Məsələn, əgər proqramda y =a*(b+c) ifadəsinin hesablanması yazılıbsa, onda semantika qaydaları kompüterə “göstərir” ki, əvvəlcə (b+c) cəmini tapsın, sonra həmin cəmi a-ya vursun. Beləliklə, hər hansı verilənlərin emalı prosesini birbaşa həyata keçirməyə imkan verən proqramlar, dili təyin edən sintaksis qaydalara uyğun olaraq əlifbadakı simvolların birləşməsi nəticəsində və semantika qaydalarını nəzərə almaqla işlənib hazırlanır. Proqramlaşdırma dillərinin səviyyələri. Müxtəlif tip prosessorlar müxtəlif tip əmrlər sisteminə malikdir. Əgər proqramlaşdırma dili konkret prosessor tipinə yönəlibsə və onun xüsusiyyətlərini nəzərə alırsa, onda ona aşağı səviyyəli proqramlaşdırma dili deyirlər. Assembler aşağı səviyyəli proqramlaşdırma dilidir. Assemblerin köməyilə çox səmərəli və kompakt proqramlar yaratmaq mümkündür. Assemblerdən adətən, sistem əlavələrin, drayver-proqramların, kompüterin aparat resurslarına müraciət edən proqram modullarının hazırlanması üçün istifadə olunur. Bu dillərdə tutulan proqramlar yaddaşda az yer tutmaqla yanaşı, daha sürətlə icra olunurlar. Yüksək səviyyəli dilin başlıca üstünlüyü, onu öyrənmək və istifadə etməyin çox-çox asan olmasıdır. Yüksək səviyyəli dildə yazılmış proqram Assembler-dəkinə nisbətən, daha yığcam və anlaşıqlıdır.Yüksək səviyyəli proqramlaşdırma dillərində hər operator bir neçə maşın əmri ilə əvəz edilə bilər, bu isə yaddaşda çox yer tutur. Yüksək səviyyəli dillərdən isə tətbiqi proqramçılar istifadə edir:
Aşağı səviyyəli dillər (Assembler və s.);
Yüksək səviyyəli dillər (Fortran, Cobol, Basic, Pascal, C və s.).
Dilin əsas vasitələri:
Böyük (A-Z) və kiçik (a-z) latın hərfləri;
Ərəb rəqəmləri (0 – 9);
Simvollar + - * / = <> , . ; : ‘ _ ( ) { } və s.;
Xüsusi xidməti sözlər: Məsələn, operatorlar, funksiyalar, açar sözlər və s.
İnternet proqramlaşdırma dilləri (Web proqramlaşdırma).
Alqoritmik dillər. Alqoritmik dil dedikdə alqoritmin realizəsi üçün istifadə olunan formal dil başa düşülür. Alqoritmik dillərə aid nümunələr olaraq Assembler, Basic, C, C++, C,Fortran, Pascal, Cobol və s. göstərmək olar: