##Fənnin adı: Azərbaycan dili ##Bölmə: Azərbaycan



Yüklə 1,44 Mb.
səhifə1/22
tarix24.02.2020
ölçüsü1,44 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   22

##book_id= 115//book_name= Azərbaycan dili //

##fk=108//ks=02//fn=115// sumalltest= 498 //



##Fakültə: Məktəbəqədər təhsil, psixoloji xidmət, korreksiyaedici təlim ##İxtisas: Məktəbəqədər pedaqogika

##Fənnin adı: Azərbaycan dili

##Bölmə: Azərbaycan

##Qrup: 201 - 202, 203 - 204

##Müəllim: dos. Nazilə Abdullazadə

İşçi qrupui: 1.

##num= 1// level= 1// sumtest=20 // name= Dil haqqında ümumi məlumat. Azərbaycan dili //


1. Oğuz dilləri yarımqrupuna hansı dillər daxildir?

1 - türk dili 2 - tacik dili 3 - qaqauz dili

4 - özbək dili 5 - Azərbaycan dili 6 - türkmən dili

A) 1, 5, 6

B) 2, 4, 5

C) 1, 2, 5, 6

D) 1, 3, 5, 6

E) 3, 5, 6

2. Altay dillər ailəsindəki Türk dilləri qrupuna daxil olan yarımqruplardan biri səhv verilmişdir:

A) səlcuq dilləri yarımqrupu

B) oğuz dilləri yarımqrupu

C) qıpçaq dilləri yarımqrupu

D) bulqar dilləri yarımqrupu

E) qarluq dilləri yarımqrupu

3. «Bəzi yoldaşlar aydın ədəbi dil yaratmaq əvəzinə, digər bir ifrata varırlar. Onlar ədəbi dilimizə hər cür məhəllçilik ünsürləri daxil etmək istəyirlər. Aydındır ki, bu da ərəbçilik və arxaizm kimi zərərli bir meyildir». Azərbaycan ədəbi dili haqqında deyilən bu sözlərin müəllifi kimdir?

A) Həsən bəy Zərdabi

B) Nəriman Nərimanov

C) Səməd Vurğun

D) Cəfər Cabbarlı

E) Cəlil Məmmədquluzadə

4. «Həqiqətən, bu dil öz təbiətinə görə çox elastikdir və asanlıqla zərif üslubi formalara düşmə bacarığına malik olmaqla öz xüsusiyyətləri ilə fəxr edə bilər». Bu fikir kimə məxsusdur?

A) Sultanməcid Qənizadə

B) Mahmudbəy Mahmudbəyov

C) Əbdüləzəl Dəmirçizadə

D) Mirzə Fətəli Axundzadə

E) Mixail Yuryeviç Lermontov

5. Azərbaycan dili bu dillərdən birinə başqa dillərdən söz keçməsində vasitəçi olmuşdur:

A) ərəb dili

B) fars dili

C) rus dili

D) gürcü dili

E) ləzgi dili

6. Azərbaycan dilindən bu dilə qrammatik şəkilçilər də keçmişdir:

A) ləzgi dili

B) ərəb dili

C) gürcü dili

D) fars dili

E) rus dili

7. Bu əsərlərdən biri Azərbaycan dilində yazılmamışdır:

A) A. Bakıxanov. «Kitabi - Əsgəriyyə»

B) M. Füzuli. «Şikayətnamə»

C) Ş. İ. Xətai. «Dəhnamə»

D) İ. Qutqaşınlı. «Rəşid bəy və Səadət xanım»

E) M. Füzuli. «Bəngü - Badə»

8. Verilmiş fikirlərdən hansılar səhvdir?

1 - Bədii üslub başqa üslublara nisbətən xalq danışıq dilindən daha çox fərqlənir.

2 - Bədii üslub, eyni zamanda, bədii dil də adlanır.

3 - Bədii üslubdakı poetik sitat vəzifəsinə görə elmi sitatla eynidir.

4 - Bədii üslub obrazlı olur və bu cəhətinə görə digər üslublardan fərqlənir.

5 - Bədii üslubda epiqraflara müraciət olunmur.

6 - Fikrin bədii ifadə və təsvir vasitələri ilə ifadə olunmasına bədii üslub deyilir.

A) 1, 5, 6

B) 2, 4, 6

C) 1, 2, 5

D) 1, 3, 5

E) 2, 3, 4

9. Fikirlərdən hansılar səhvdir?

1 - Təfəkkür lüğəvi, dil isə qrammatik vahidlərdən istifadə edir.

2 - Dil ilə təfəkkür eyni vaxtda və eyni mənbədən yaranırlar.

3 - İctimai hadisə olan dil təfəkkürün ifadə vasitəsidir.

4 - Azərbaycan dilindən ana dili kimi 50 milyondan artıq adam istifadə edir.

5 - Dil və təfəkkür vəhdətdə olsa da, eyniyyət təşkil etmir.

6 - Məfhum və hökmlər təfəkkür üçün istifadə mənbəyidir.

7 - Təfəkkür dilin ifadə aləti kimi təzahür edir.

A) 2, 4, 6, 7

B) 1, 2, 3, 5

C) 1, 3, 5

D) 1, 4, 7

E) 2, 4, 6

10. Dil haqqındakı fikirlərdən hansılar doğrudur?

I - Dil xalqın tarixi ilə üzvi surətdə bağlı olur.

II - Təfəkkür dilin ifadə aləti kimi təzahür edir.

III - Müasir türk dillərindən Azərbaycan, türk, türkmən və qaqauz dilləri eyni dil yarımqrupuna daxildir.

IV - Dil məfhum və hökmlər vasitəsilə meydana çıxır.

V - Dil ayrı - ayrı şəxslər tərəfindən yaranıb xalqa xidmət edir.

VI - Dil və təfəkkür arasında heç bir əlaqə yoxdur.

A) I, III, V

B) II, IV, VI

C) I, III

D) II, IV

E) II, VI

11. Dillərin tipoloji bölgüsü nəyə əsaslanır?

1 - genetik meyara

2 - fonetik sistemə

3 - qrammatik quruluşa

4 - leksik tərkibə

5 - sintaktik quruluşa

A) 1, 3

B) 2, 4, 5

C) 2, 5

D) 1, 3, 5

E) 2, 3

12. Dilimizdəki bu sözlərdən hansılar rus dilinə keçməmişdir?

1 – açar 2 – sazan

3 – bahar 4 – üzüm

5 – çoban

A) 1, 5

B) 2, 4

C) 1, 2, 5

D) 1, 3, 5

E) 2, 3, 4

13. Səhv fikirləri ardıcıllıqla göstərin.

I - Ədəbi dil danışıq dili üçün əsas mənbədir.

II - Ədəbi dil ilə danışıq dili arasında möhkəm əlaqə vardır.

III - Ədəbi dil danışıq dilinə təsir göstərir, onu inkişaf etdirir.

IV - Ədəbi dilə hər sözü gətirmək olmur.

V - Ədəbi dil ümumxalq dilinin cilalanmış, müəyyən normalara salınmış qoludur.

VI - Ədəbi dilə bütün ləhcələr daxildir.

VII - Ədəbi dil ilə danışıq dili arasında heç bir əlaqə yoxdur.

A) I, VI, VII

B) III, V, VI, VII

C) II, IV, VII

D) I, III, VI

E) II, IV, VI, VII

14. Səhv fikirləri ardıcıllıqla göstərin.

I - Ədəbi dilin yazılı forması həm dialoji, həm də monoloji olur.

II - Ədəbi dilin yazılı forması, təxminən, XIII əsrdən başlayır.

III - Ədəbi dilin yazılı formasında cümlələr, əsasən, qısa və quruluşca sadə olur.

IV - Ədəbi dilin yazılı formasında bağlayıcılara və silsilə mürəkkəb cümlələrə daha çox yer verilir.

V - Ədəbi dilin yazılı formasında hamıya aydın, ümumişlək sözlərə daha geniş yer verilir.

VI - Ədəbi dilin yazılı formasında elmi, texniki, siyasi və digər terminlər çox olur.

VII - Ədəbi dilin yazılı forması hər hansı məlumatın nəsildən - nəslə keçməsində əsas rol oynayır.

VIII - Ədəbi dilin yazılı formasında fikrin ifadəsi üçün mimika və jestlərdən də istifadə olunur.

A) II, IV, VI

B) II, IV, VI, VII

C) I, III, V, VIII

D) III, V, VII, VIII

E) I, III, V, VII, VIII

15. Səhv fikirləri ardıcıllıqla göstərin.

1 - Ədəbi dilin şifahi forması yalnız dialojidir.

2 - Ədəbi dilin şifahi formasında hamıya aydın, ümumişlək sözlərə daha geniş yer verilir.

3 - Ədəbi dilin şifahi formasında bağlayıcılara və silsilə mürəkkəb cümlələrə daha çox yer verilir.

4 - Ədəbi dilin şifahi formasında cümlələr, əsasən, qısa və quruluşca sadə olur.

5 - Ədəbi dilin şifahi formasında elmi, texniki, siyasi və digər terminlər çox olur.

6 - Ədəbi dilin şifahi formasında fikrin düzgün və dəqiq ifadəsi üçün əlavə olaraq, mimika və jestlərdən də istifadə olunur.

7 - Ədəbi dilin şifahi formasında temp çox sürətlidir.

A) 3, 5, 7

B) 2, 4, 6, 7

C) 1, 3, 5

D) 1, 2, 5, 7

E) 2, 3, 5

16. Düzgün fikirləri ardıcıllıqla göstərin.

1 - Ədəbi dilin şifahi forması yalnız dialojidir.

2 - Ədəbi dilin şifahi formasında hamıya aydın, ümumişlək sözlərə daha geniş yer verilir.

3 - Ədəbi dilin şifahi formasında bağlayıcılara və silsilə mürəkkəb cümlələrə daha çox yer verilir.

4 - Ədəbi dilin şifahi formasında cümlələr, əsasən, qısa və quruluşca sadə olur.

5 - Ədəbi dilin şifahi formasında elmi, texniki, siyasi və digər terminlər çox olur.

6 - Ədəbi dilin şifahi formasında fikrin düzgün və dəqiq ifadəsi üçün əlavə olaraq, mimika və jestlərdən də istifadə olunur.

7 - Ədəbi dilin şifahi formasında temp çox sürətlidir.

A) 3, 5, 6, 7

B) 1, 3, 5

C) 2, 4, 6, 7

D) 2, 5, 7

E) 3, 4, 5, 7

17. Ədəbi dilin yazılı formasına aid uyğunluğu tapın.

I – səhv fikirlər II – doğru fikirlər

A - Yazılı dilin tarixi şifahi dildən qədimdir.

B - Yazılı dildə elmi, texniki, siyasi və digər terminlər çox olur.

C - Yazılı ədəbi dildə bağlayıcılara və silsilə mürəkkəb cümlələrə daha çox yer verilir.

D - Yazılı ədəbi dildə fikrin bütün incəliklərini əks etdirmək lazım gəlir.

E - Yazılı ədəbi dil həm monoloji, həm də dialojidir.

A) I – A, E; II – B, C, D

B) I – A, B, C; II – D, E

C) I – B, C, D; II – A, E

D) I – A, D; II – B, C, E

E) I – A, C, E; II – B, D

18. Ədəbi dilin şifahi forması üzrə uyğunluğu tapın.

A – səhv fikirlər B – doğru fikirlər

1 - Ədəbi dilin şifahi forması yalnız dialojidir.

2 - Ədəbi dilin şifahi formasında hamıya aydın, ümumişlək sözlərə daha geniş yer verilir.

3 - Ədəbi dilin şifahi formasında bağlayıcılara və silsilə mürəkkəb cümlələrə daha çox yer verilir.

4 - Ədəbi dilin şifahi formasında cümlələr, əsasən, qısa və quruluşca sadə olur.

5 - Ədəbi dilin şifahi formasında elmi, texniki, siyasi və digər terminlər çox olur.

A) A – 1, 2, 5; B – 3, 4

B) A – 2, 4; B – 1, 3, 5

C) A – 3, 5; B – 1, 2, 4

D) A – 1, 3, 5; B – 2, 4

E) A – 2, 3, 5; B – 1, 4

19. Ədəbi dilin şifahi forması üzrə uyğunluğu tapın.

A – səhv fikirlər

B – doğru fikirlər

1 - Ədəbi dilin şifahi forması yalnız dialojidir.

2 - Ədəbi dilin şifahi formasında hamıya aydın, ümumişlək sözlərə daha geniş yer verilir.

3 - Ədəbi dilin şifahi formasında bağlayıcılara və silsilə mürəkkəb cümlələrə daha çox yer verilir.

4 - Ədəbi dilin şifahi formasında cümlələr, əsasən, qısa və quruluşca sadə olur.

5 - Ədəbi dilin şifahi formasında elmi, texniki, siyasi və digər terminlər çox olur.

6 - Ədəbi dilin şifahi formasında fikrin düzgün və dəqiq ifadəsi üçün əlavə olaraq, mimika və jestlərdən də istifadə olunur.

7 - Ədəbi dilin şifahi forması hər hansı məlumatın nəsildən - nəslə keçməsində əsas rol oynayır.

8 - Ədəbi dilin şifahi formasında dilin tempi çox sürətlidir.

A) A – 1, 2, 5, 7, 8; B – 3, 4, 6

B) A – 2, 4, 6, 7, 8; B – 1, 3, 5

C) A – 3, 5, 7, 8; B – 1, 2, 4, 6

D) A – 1, 3, 5, 7; B – 2, 4, 6, 8

E) A – 2, 3, 5, 7; B – 1, 4, 6

20. Uyğunluğu tapın.

A – səhv ikirlər B – doğru fikirlər

1 - Təfəkkür lüğəvi, dil isə qrammatik vahidlərdən istifadə edir.

2 - Dil ilə təfəkkür eyni vaxtda və eyni mənbədən yaranırlar.

3 - İctimai hadisə olan dil təfəkkürün ifadə vasitəsidir.

4 - Azərbaycan dilindən ana dili kimi 50 milyondan artıq adam istifadə edir.

5 - Dil və təfəkkür vəhdətdə olsa da, eyniyyət təşkil etmir.

6 - Məfhum və hökmlər təfəkkür üçün istifadə mənbəyidir.

7 - Təfəkkür dilin ifadə aləti kimi təzahür edir.

A) A – 1, 4, 7; B – 2, 3, 5, 6

B) A – 1, 2, 3, 5; B – 4, 6, 7

C) A – 1, 3, 5; B – 2, 4, 6, 7

D) A – 2, 4, 6, 7; B – 1, 3, 5

E) A – 2, 4, 6; B – 1, 3, 5, 7


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə