Rəqib imkanlarının təhlili: Strategiyanın həyata keçirilməsində rəqibin imkanları əsasən onda əks etdirir ki, əgər dəyişikliklər onun ətrafında olarsa, seçilmiş strategiyanın reallaşdırılmasında hədəflərə çatmasına nə dərəcədə nail ola bilər. Rəqibin imkanlarının öyrənilməsində belə müəyyən maraq seçilmiş strategiyanın reallaşdırılması bu və ya digər əməliyyatları nə qədər həyata keçirməg mümkündür, rəqib imkanlarının təhlili mütləq aydınlaşdırılmalıdır, onun güclü və zəif tərəfləri bilinməlidir.
Porter Maykl Yudjin (77, səh. 64-65), güclü və zəif tərəflərin təhlilində rəqibin əsas hansı imkanlardan istifadə edə biləcəyini təklif edir, onun fəaliyyəti aşağıdakı funksional sahələr üzrə aparılmalıdır:
• Məhsullar;
• Paylama sistemi (vasitəçilik);
• Marketinq və satışı;
• İstehsalı;
• Tədqiqi və işlənməsi;
• Ümumi məsrəfləri;
• Maliyyə qüdrəti;
• Təşkilatı;
• İdarənin ümumi imkanları;
• Portfeli biznesləri (məhsul);
• Kadrlar;
• Əsas ictimai institutları ilə münasibətlər, məsələn hökumət ilə.
İmkanların təhlilinin rəqibin öyrənilməsində çox mühüm rol var. Ona görə də yüksək dəyərli istiqamətlərin hər biri üzrə geniş məlumatlar toplanmalı və müfəssəl məlumatların təhlili aparılmalıdır. Məsələn, rəqib fiziki resurslarının öyrənilməsini təhlil etməlidir:
• Onun istehsal güclərinin tutumu;
• Zavodun miqdarı, yerləşməsi və yaşı;
• Yardımçı texnikanın və avadanlıqların çevikliyi, avtomatlaşdırma dərəcəsi;
• Çeviklik və unikal texnoloji prosesi;
• İstehsal proseslərinin nə dərəcədə üst-üstə düşməsini;
• Xammalın dəyəri;
• İstehsal məsrəflərini.
Maliyyəyə münasibətin təhlili:
• Uzunmüddətli borc öhdəlikləri kimi götürülmüş uzunmüddətli kreditlərin həcmi baxımından, həm də onların münasibətləri baxımından öz kapitalına olan;
• Qısamüddətli borcların təhlili baxımından maliyyələşdirilməsi, mənbələrinin və onların həcmi, tipi;
• Dövriyyə anbarlarında məhsul, pul, uçot sisteminə daxil olması müddətini əks etdirən pul daxilolmaları təhlili.
Analoji siyahıda zəruri məntəqələrin imkanlarının öyrənilməsi, hər bir funksional istiqamətləriinin təhlil üçün rəqiblərin güclü və zəif rəqib ola bilmələri verilə bilər.
Rəqib imkanlarının təhlilinin öyrənilməsi yalnız onun potensialının öyrənilməsini güman etmir, həm də o nəyə malikdir və onun öyrənilməsində nə yoxdur, rəqib olaraq dəyişən şəraitdə öz potensialından nə qədər istifadə edə bilər deyə güman edilir. Bunun üçün rəqibin güclü və zəif tərəflərində aşağıdakı proseslər araşdırılır:
• Dəyişikliklərə uyğunlaşma;
• Sürətli reaksiya dəyişikliklər;
• Uzunmüddətli rəqabət savaşı;
• Artım.
Rəqib imkanlarının təhlili bu proseslərin hər birində müəyyən bucaq altında qalan heyət, çeviklik, texnoloji proseslərin bağlılığı olan menecer və onun maliyyə potensialının xarici öhdəlikləri və s. keçirilir.