Ağayev Samir


İslam Maliyyə Sistemi rəqəmlərdə



Yüklə 1,34 Mb.
səhifə48/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   44   45   46   47   48   49   50   51   ...   162
1.8 İslam Maliyyə Sistemi rəqəmlərdə
İslam Maliyyə Sistemi qlobal səviyyədə yüksək artımlar nümayiş etdirir. City Uk İslamic Finance 2012 hesabatına əsasən qlobal miqyasda İslam Maliyyə aktivlərinin artım tempi 14% təşkil edərək 1.289 trln dollara çatıb. Hətta digər hesabatlara görə İslam Maliyyəsi aktivlərinin həcmi 1.3 trln dolları da keçib. Son beş ildə isə İslam Maliyyə aktivləri 150 % kimi fantastik artım nümayiş etdirib.

Zawya maliyyə informasiya agentliyinin məlumatına görə İslam qiymətli kağızları adlandırılan Sukukun həcmi 2011 – ci ildə 62% artımla 84 mlrd dollar təşkil edib.

Sığortaya İslami alternativ olan Takaful aktivləri isə 2010 – cu ildə 25 mlrd dollar həcmində qiymətləndirilib.



Sistemin ayrı – ayrı elementlərinin statistik göstəriciləri, hesabatları və ölkələr üzrə payları haqqında müvafiq paraqraflarda daha geniş məlumatlar veriləcək.
Yekun
Məlum oldu ki, İslam Maliyyə Sistemi İslam Bankçılığına nisbətdə daha geniş bir anlayışdır və hətta özündə İslam İnkişaf Bankı kimi beynəlxalq səviyyəli qurumları da cəm edir. İslam Maliyyə Sistemini və İslam Maliyyə İnstitutlarının fəaliyyətini öyrənərkən bu yanaşma da mütləq nəzərə alınmalıdır. Bazarın statistik göstəriciləri ənənəvi maliyyə sistemi ilə müqayisədə çox kiçik olsa da, son zamanlar nümayiş etdirdiyi artım tempi və hətta qeyri – İslam ölkələrində də yayılması tendensiyası İslam Maliyyə Sisteminin ciddi qəbul edilməli olduğunu diktə edir.



  1. Yüklə 1,34 Mb.

    Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin