Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə50/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   46   47   48   49   50   51   52   53   ...   162
2.1 İslam Bankçılığı nədir?
İslam Banklarının fəaliyyəti ənənəvi banklardan fərqlənir. İslam Bankçılıq modeli şəriət qanunlarına zidd olmamalı və şəriətin müəyyənləşdirdiyi qaydalar çərçivəsində fəaliyyət göstərməlidir. Bu bankların fəaliyyəti mənfəətin və zərərin bölüşdürülməsi və klassik ticarət prinsiplərinə əsaslanır. İslam Bankçılığında müxtəlif maliyyə alətləri və maliyyələşmə üsulları mövcuddur. Bu maliyyələşmə üsullarının sayı 10 – dan çox olsa da bu kitabda ən əsasları qeyd ediləcək. İslam Bankları əsasən Murabaha, Mudarabah, Muşarakah, İcara, Salam, İstisna və s. kimi maliyyələşmə üsullarından istifadə edir. Bu alətləri ayrı-ayrılıqda nəzərdən keçirək.
2.2 Murabaha
Murabaha – İslam Banklarının praktikada ən çox tətbiq etdiyi üsuldur. Murabaha əməliyyatlarının çəkisi ortalama göstərici ilə 60%-dən çoxdur. Murabaha ‘ribh’ sözündən götürülüb, mənası mənfəət deməkdir. Murabaha zamanı bank hər hansı əmlakı satın alır, sonra üzərinə rəsmi mənfəət normasını qoyaraq hissəli ödənişlə (deferred sale) müştəriyə satır. Bu proses müştəridən rəsmi olaraq alış əmrinin alınması ilə başlayır. Murabahada Bank müştəriyə alınmış avadanlığın qiyməti, ona çəkilən digər xərclər və əldə etmək istədiyi mənfəət norması barəsində detallı məlumat verir. Hər iki tərəf razılığa gəldikdə əməliyyat baş tutmuş hesab olunur. Qiymətin artırılmasına icazə verilmir, çünki bu şəriətə ziddir və özündə riba elementlərini əks etdirir. Murabahadan İslam İpotekasında da istifadə olunur. Murabaha xüsusilə dövriyyə kapitalının maliyyələşdirilməsində çox münasib bir alətdir. Məsələn, nəğd problemləri ilə üzləşən şirkətlər xammal – material ehtiyatlarını murabaha üsulu ilə təmin edə bilərlər. Murabahada kredit qiyməti erkən ödəniş halında azaldıla bilməz və ya defolt hallarında artırıla bilməz.

Qeyd etmək lazımdır ki, Murabaha öz orijinal formasında maliyyələşmə üsulu deyildi, sadəcə olaraq xərclərin və mənfəət normasının açıqlandığı bir satış idi. Lakin müasir zamanda Murabaha demək olar yalnız maliyyələşmə üsulu kimi çıxış edir.

Bir vacib məqamı da mütləq qeyd etmək lazımdır ki, Murabahada qızıl və gümüşün hissəli ödənişlə satışı şəriətdə qəti olaraq qadağan edilir.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin