Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə51/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   47   48   49   50   51   52   53   54   ...   162
2.2.1 Murabahada LIBOR benchmark kimi
İslam Maliyyə İnstitutları LIBOR-u benchmark kimi istifadə edirlər, yəni gəlirlərini müəyyənləşdirəndə LIBOR-u əsas meyar kimi götürürlər. Bu təcrübə əksər hallarda ciddi tənqid olunur. İddia edilir ki, faizin qadağan olunduğu kimi faiz üzərində qurulmuş bir göstərici də İslam Maliyyə İnstitutları tərəfindən istifadə oluna bilməz. Məşhur alim Muhamməd Taqi Usmaninin bu barədə maraqlı fikirləri var. O hesab edir ki, faiz göstəricisinin halal bir məhsul üçün benchmark kimi istifadə olunması heç də arzuolunan hal deyil. Çünki, bu tranzaksiyaların faiz üzərində qurulduğu mənzərəsini yaradır və buna görə də belə bir praktikadan uzaq durmaq lazımdır. Bununla belə bu hal tranzaksiyaların şəriətə müvafiqliyini şübhə altına almır. Muhamməd Taqi Usmani öz fikrini növbəti misalla izah edir. “Hesab edək ki, Əhməd və Məmməd ikisi də içki ticarəti ilə məşğuldur. Lakin Əhməd haram içki (şərab) ilə ticarət edirsə, Məmməd halal içki biznesi ilə məşğuldur. Belə halda Məmmədin Əhməd qədər mənfəət əldə etmək istəməsi normaldır və bu məqsədlə Əhmədin öz malını satdığı qiyməti Məmməd də öz malı üçün müəyyənləşdirə bilər.” Bundan başqa HSBC Amanah (məşhur HSBC bankının İslam Bankçılığı strukturu) bu sualla əlaqəli öz internet səhifəsində müntəzəm verilən suallar bölməsində də Usmaninin görüşünə yaxın bir mövqe nümayiş etdirir. Suala verilən cavab belədir: “Fərz edək ki, müsəlman qəssab qeyri – İslam ölkəsi olan Çində ticarətlə məşğuldur. O, ət satır və satdığı ətləri şəriətə müvafiq qaydada istehsal edir. Belə halda heç bir əks arqument yoxdur ki, o istehsal etdiyi əti haram ət satan çinli bir qəssabın öz malı üçün müəyyənləşdirdiyi bir qiymətlə satmasın.

Həmçinin Murabahada LIBOR-a benchmarkla bağlı iddia edilir ki, formalar fərqli olsa da, qiymətləndirmə zamanı LIBOR əsas götürüldüyü üçün, hər iki bankın (indiki halda həm ənənəvi, həm də İslam bankının) fəaliyyətinin nəticəsi, gəlirliliyi eyni olur. Buna cavab olaraq isə bildirilir ki, əgər, bir insan acdırsa, o, tələbatını donuz əti yeyərək də ödəyə bilər, həmçinin, halal ət də yeyib tələbatını ödəyə bilər. Baxmayaraq ki, nəticə eynidir, yəni hər iki halda insan doyub, lakin səbəblər fərqlidir. Çünki, birinci halda ət haramdır, ikinci halda isə halal. Həmçinin, İslam Banklarının LIBOR-la bağlı yanaşmalarını da bu konteksdə qiymətləndirmək olar.

Bununla belə, Muhamməd Taqi Usmani hesab edir ki, belə praktikadan yayınmaq lazımdır və mümkün qədər tez bir zamanda İslam Maliyyə İnstitutları üçün istifadə oluna biləcək halal benchmark yaradılmalıdır. Lakin, İslam Maliyyəsinin spesifikası ilə əlaqəli İslam Maliyyə Sistemində LIBOR kimi bir interbank bazarının yaradılması daha çətindir, baxmayaraq ki, bu mövzu hal – hazırda profesionallar arasında ən çox müzakirə olunan mövzulardan biridir və bununla bağlı müəyyən əməli tədbirlərin həyata keçirilməsi realdır.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin