Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,33 Mb.
səhifə8/18
tarix25.05.2018
ölçüsü1,33 Mb.
#51486
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

Şahzada Heydər:

Ana mənim bir qardaşım var imiş

Gejə-gündüz işi ah zar imiş

Duşmanın əlində giriftar imiş

Görən yüz çöyürüb gedib ha yana?
Mən sözümü eyləmərəm pinhani

Qardaşın yolunda qoyaram cani

Gərək gəzəm mən də cəmi İrani

Bəlkə üz çöyürüb şəhr Xtanə.


Heydər diyər bir qulaq as ver dilimə

Bir bülbüldü aşıq olub gülünə

Gərək tapam əlin verəm əlinə

Tapşıram Bəhrama Gül Xandanı.

Anası gördü ki, Heydər qardaşının diyar qürbətə getməsini və bütün başına gələn vaqyanı bilir. Ona görə düzünü deməsə ol­­mayacaq əlajsız qalıb bu dillər ilə oğluna cavab verir:

Gül Çöhrə xanım:

Nə müddətdi öyüncə nökərəm

Otağında gül reyhan əkərəm

Həsrətinnən qanlı yaşlar tökərəm

Bilmirəm üz çöyürüb girib hayana?

Bülbül kimi həsrət qaldım gülünə

Düşdü düşman fitnəsinə, felinə

Dilində əzbər idi mədam Xtan elinə

Bilmirəm üz çöyürüb gedib hayana?
Qardaşın dalında dursan mərdanə

Dost, düşman bu sözünə inana

Qılınc çəkib əgər girsən meydana

Hanı duşman qabağında dayana.


Gül Çöhrə də ağlamasın neyləsin

Şirin canın oğul sizə qurvan eyləsin

Fağır atan piran olub neynəsin

Tac təxti qalacaqdı viranə.


Şahzada Heydər:

Duşmannar da dört yanını alıblar

Köməgi yox onu tənha bulublar

Al dilinən zindanə salıblar.

Onun üçün tac təxti olub viranə
Heydər deyər bu sağlığı neylərəm

Hər dilnən bəs xanəni söylərəm

Bir qanına bir neçə qan eylərəm

Mən də özüm görgəzərəm duşmana.

Söz tamama yetişib şahzada Heydər qardaşına ürəyi o qədər ya­­nub ki, atasınnan da iznsiz bir gün şikar ata suvar olub üz çö­yür­dü Xtan vilayətinə. Günə bir mənzil teyyi-mənazil təpə­lər­də yel ki­mi, dərələrdə sel kimi, badeyi sərsər kimi at sürdürdü. Ta inki bir müd­dətdən sonra şahzada Bəhram düşdügü Mah Ən­vərin qələ­çə­si­nə yaxınlaşanda qız uzaxdan bir atdının gəlməyini görüb bunun kim olması üçün durbun ilə baxdı nə gördü: eyni şahzada Bəhram bir no cəvan gəlir. Qız çox şad olub dedi: Yəqin ki, Bəhramdı, Xtan elinnən gəlir. Qız Heydəri pişvaz edub bir ehtiram ilə qə­lə­çəyə daxil etdi. Və qolların Heydərin boynuna salıb dedi: “Ey cavan nə müddətdi sənin həsrətindəyəm, niyə boylə gej gəldin. Pəs mət­lubun hanı?” Şahzada bu sözü eşidib bildi ki, qardaşı buraya gə­libmiş. Qıza dedi: “Bu nə sözdür? Mətlubunu gətirməyən kim­di?” Mah Ənvər məyus olub dedi: “Oğlan yəqin mənnən əl gö­tür­müş­dü. Ona görə bu dillərnən oğlana cavab verir.

Mah Ənvər:

Gejə-gündüz intizarın çəkərəm

Könlüm bir cavanın intizariydi

Nə qəlbim açılar, nə üzüm gülər

Yoxsa mənim könlüm qəm xırdariydi.
Uzaxlaşıb əlim çatmaz əlinə

Bülbül olub qonammadım gülünə

İntizaram göz tikərəm yoluna

Gözün yollarının intizarıydi.


Bizim üçün qara gəldi bu illər

Qalxanda sonalar bulanar güllər

Sinəm üstə bəslədiyim o narlar

Şahzada Bəhramın yadigaridi.


Mah Ənvər saraluban solmasa

Bu dərdimi kimsə eşidib bilməsə

Ölən vaxta qavrım üstə gəlməsə

Görən deyər yazıx günahkariydi.

Eylə ki şahzada Heydər Mah Ənvərdən qardaşının adını eşi­dib o saat bihuş oldu. Mah Ənvər heyrətdə qaldı: “Xudaya bu nə işdir ki, mənim başıma gəldi? Bu cavan namədar bihuş oldu. “Bəs: qız oğ­­lanın üzünə müşk gülab səpib huşə gətirdi. Heydər hu­şə gələn ki­mi dedi: “Ey nazənin, qulaq as dərdimi sənə bəyan edim.

Şahzada Heydər:

müddətdi könlüm qəmgin olmuşdu

Könlümü şad ədən sənsən əzizim

Bəhram adı bu dillərdə qalmışdı

Onu yadə salan sənsən əzizim.
Əlifdə oxunan bilməm nə cimsən

Əsl nəsibini bilməm kimsən

Həmi yəngəm həmi də bacımsan

Əgər mənim dərdim bilsən əzizim.


Çox müddətdi mən burya gəlincə

Əhval dutub bu mənanı bilincə

Heydər deyər Bəhram qanın alınca

O vəxtdə şad olub gülsən əzizim.



Söz tamamə yetişib qız əhvalatdan ba xəbər oldu ki, bu ca­van şahzada Bəhramın qardaşı Heydər şahdır. Bu vədə əl-aya­ğı­na düşüb dedi: “Qardaşım məni bağışda, səni Bəhrama oxşat­dım. Na­layıq hərəkətlər gördüm. Heydər dedi: “Bacım üzün ağ olsun, çox vəfalısan. Hərgah sağlıx olsa Xtan şəhərinnən qayıdanda sə­ni də özümüz ilə aparrıx. Lakin indi durmax vaxtı degul, məni yola sal, gedim. Ya gərək öləm və ya inki qardaşımı tapam”. Pəs şahzada Heydər Mah Ənvər ilə halallaşıb Xtan şəhrinə tərəf yola düşdü. Günə bir mənzil yol gedirdi. Ta inki bir müddətdən sora özü­nü Xtan şəhrinə yetirib qardaşı Bəhram kimi şəhrin bir tərə­fin­də çadır qurub əyləşdi. Bir neçə günün vəxtında əl altından bü­­tün şəhərdə olan dava işini və qardaşı Bəhramın əhvalatıını öy­­rəndi. Gəl sənə yeddi şahzadalardan xəbər verim. Bular bir-bi­ri­nə deyirdi ki, daha durmax vaxtı dögül, gəlin qılınc zoruna qızı şa­hın əlinnən alıb aparax. Bu surətlə qoşun və şəhər arasında bö­yük bir münaqişə var idi. Belə olan surətdə şahzada Heydər gejə öz çadırında əyləşib fikrə piçidə olmuşdu, aya mən qardaşımı bu za­lımların əlinnən nə cür xilas edim?

Birdən birə xatirinə xutur edib dedi: “Ey dil qafil, nəyə dur­mu­san. Qardaşımı bəlayə salan bu kafirlərdi. Bunu diyib çeşt ça­laq gecə vaxtı kök pulada olub bir kuh peykər ata suvar oldu, tig (atəş) fişani belinə bağlayıb özünü yeddi qardaşlarını dəryay qo­şu­nuna vurub o gejə vaxtı leşkəri murmələx kimi hər yana da­ğı­dır­dı. Bu minval ilə o dəryay leşkərə bir şibxun vurdu ki, çərx döy­ran görməmişdi. Sabah olcaq atını bir ştab kimi öz çadırına sü­rüb xamuş oldu. Gəl sənə yeddi şahzadalardan xəbər verim. Sa­bah leşkərin rəisi xəbər verdi ki, bu gejə bizim qoşuna bir bə­la­­yi nagahan kimi şibxun vurdular. O şibxunnan iyirmi min adam ölüb və yeddi yüz nəfəri isə zəxmdar oldu? Şahzadalar qo­şunun tələf olmasını eşidib qəzəb aludə oldular. Və and yad et­dilər ki, gərək Alı şahın tac taxtını təmamilə viran edək. Gör axır bizim başımıza nə gətirdi. İndi də hilə ilə pəhləvan saxlıyıb bi­zim qoşunumuzu qırdırır. Bu danışıxdan sonra Alı şaha bir namə yazdılar ki, vəxtinə hazır ol, gərək sənin Xtan şəhrini bərbad edək. Naməni qasidə verib Alı şahın hizurinə göndərdilər. Şah na­­mənin məzmununnan halı olub bunlara cavab yazır ki, “Mə­nim bu işdən xəbərim yoxdur. O siz deyən pəhləvanın cavabını yüz belə qoşun genə verə bilməz. İstiyirsiniz ki, duşmanı məğ­lub edəsiz, həmin müqabilədə olan oğlanı müqabilədən çıxardıb ge­yim ilə arəstə edib bunun davasına göndərin, bəlkə o munun cə­vabını verə”. Naməni qasidə verib şahzadaların hizurinə gön­dər­di. Şahzadalar namənin məzmunundan xəbərdar olub dedilər: “Şah hilə edir. İstiyir ki, bu oğlanı çıxartdırıb genə bizə yağı et­sin. Belə söhbətlə vaxtlarını keçirirlər. “Bu yannan axşam şah­za­da Heydər həmin təriq ilə özünü o dəryaya ləşkərə vurub pi­çirdi, keçirdi, qırırdı ta inki o qədər dava etdi ki, lap yoruldu. Bu vədə bir guşəyə çəkilib bir qədər dincəldigdən sonra genə atına suvar olub bir həmleyi əzim ilə qoşunu şəhərdən yeddi ağac kənarə çı­xartdı. Bu halda baxdı ki, savahdı. Bu vədə öz barga­hına dönüb qə­rar tutdu. Bir az istirahətdən sonra bir kuh peykər ata suvar olub meydana getdi və meydan rəzmgada atını colanə gətirib mübariz tələb elədi. Bir kəs şahzadanın meydanına gələ bilmədi. Şah­zada qəzəb alud olub özünü dəryay leşkərə vurub bir az müd­­dətdə iki ağacda kənar apardı. Yeddi şahlar Heydərin belə hü­­nərvərliyinnən xofa düşdülər və dedilər: “Alı şah dediyi düz imiş. Tək təklikdə bu dilavərə müqabil dilavər ola bilməz. Gərək şah­zada Bəhramı müqabilədən çıxarıb bunun müqabilinə gön­də­rək, bəlkə ona qalib gələ”. Və bir namə şahzada Heydərə yaz­dı­lar ki: “Ey namdar, bizim qoşunun azuqə sursatı qurtarma­ğına gö­rə bizə qırx gün möhlət ver. Qırx günnən sora sənnən dava edə­rik və ya inki sülh binası qoyub şəhri və qızı sənə verərik”. Şah­zada namənin məzmununnan halı olub olara qırx gün möhlət ver­di. Bular burada qalmaxda olsun, gəl sənə yeddi şahlardan xəbər verim. Bir xacə göndərib şahzada Bəhramı hi­zurə gə­tir­di­lər. Gördülər ki, biçarənin yarı canı qalub, pəs həkimlər gətirib şah­zadaya müalicə etdirdilər. Bir neçə günnən sora Bəhramın bə­dəni nərm olub əvvəlki halına gəldi. Bu vədə yeddi şahlar Bəh­ramı daril imarəyə çağırıb əhvalatı tamamilə nağıl elədilər. Və dedilər: “Ey cavan bu şərri bizim başımızdan rədd eyləyə bi­lər­sənmi”? Şahzada Bəhram – eyləyə bilərəm– dedi. Şahzadalar Bəh­ramın bu sözünə xoşhal olub qırx gün Bəh­rama yaxşı mü­ali­cə etdilər. Pəs Bəhram öz atını və silahını is­tiyib gög pulada qu­dur oluf ata suvar oluf özünü balayi meydana yetirdi. Ta inki hər iki şücayi dilavərlər meydan rəzmgahda ru-bə-ru oldular. Şah­zada Heydər bir namdar şahsuvarı qabağında görüb heyrətdə qal­dı. Diqqət ilə baxdıqda gördü ki, Bəhramın atı eynən munun atı­na bənziyir və anasının nişan verməsi munnan əlavə Mah Ən­və­rin görgəzməyinə görə bildi ki, qardaşı şahzada Bəhramdı. Odu ki, dedi: “Ey dil qafil, mən nə edim? Munu mən tanıram, am­­ma o məni tanımır. Ona görə firsət tapsa məni həlak edəcək, gəl sən özünü muna nişan ver, bəlkə səni tanıya. Bu dillərnən özü­nü qardaşına nişan verir:

Şahzada Heydər:

Qorxum budu ömrüm qədər tufana

Atam ölsə taxtı qalar viranə

Bir namə yazaram ol İsfahanə

Oxuyub bilərlər hallarım mənim.

Şahzada Bəhram bu namdarı böylə xoş sifət görüb ikinci tə­rəf­dən İsfahanın adını eşidib dedi: “Ey namdar, İsfahanı har­dan ta­nıyırsan? İstiyirsən al dilnən məni tutasan. Heydər dedi: “Al dil­nən dutmaram danışdıxlarım doğrudur”. Dedi:

“Hərgah sən İsfahanlısansa İsfahanın yerlərinnən mənə xa­var ver”. Heydər “bə çəşm” diyib.

Şahzada Bəhram bu dillərnən İsfahan vilayətini Heydərdən xə­bər alır.



Şahzada Bəhram:

İsfahan şahının nə idi adı?

Şirin canım yar yolunda fədadı

Oğlan bu meydanə gəlmək xeyli bəladı

Xəbər ver sən İsfahanın elindən.
Şahzada Heydər:

Astan şahdı o Bəhrəmin atası

Gül Çöhrədi o yazığın anası

Yalan deməm budu sözüm mənası

Baş götürüb bu meydanə gəlmişəm.
Şahzada Bəhram:

Bu sözdərnən cigərimi yandırdın

Sınıx könlüm çırağını söndürdün

Əbəs gəldin mən fağırı dindirdin

Qəsd eyliyib şirin canə gəlmisən.
Şahzada Heydər:

Bəlalı görmüşəm mən öz başımı

Axıtdın didəmin qanlı yaşını

Görcəyin tanıdım öz qardaşımı

Sənnən ötrü bu meydanə gəlmişəm.
Şahzada Bəhram:

Nə müddətdi düşmüş idim zindanə

Az qalmışdı ömrüm gedə tufanə

Yazıxsan qəsd etmə o şirin cana

Əcəl tutub bu meydanə gəlmisən.
Şahzada Heydər:

Sən bilginən sözdərimdə doğruyam

İsfahanda Astan şahın oğluyam

Heydər şaham dərd əlindən dağlıyam

Sənnən ötrü bu meydanə gəlmişəm.
Şahzada Bəhram:

Sinəmdəki peykan idi oxudu

Bağrım yaralıdı dərdim çoxudu

Mən gələndə Heydər şah ki yoxudu

Bəhram kimi o qurvanə gəlmisən.

Heydər gördü ki, qardaşı munu tanımır. Əgər firsət tapsa öl­dü­rəsidur və elə bildi ki, Heydər onnan qorxur, ona görə şahzada Hey­dər dedi: “Fağırlıxdan bir şey çıxmaz, gəl sən muna bir neçə bənd şücai söz de. Bəlkə qorxub yola gələ və sənin dedik­lərin­nən anlıyıb tanışdıq verə – munu diyib qəzəb alud bir nərə çəkub de­di: “Ey cavan görək indi kim kimin əlində dəstigir olacaq. Al sö­züyün cavabını:



Şahzada Heydər:

Əgər mərdanəsən

Mənnən meydanə gəl, gəl

Bura arslan davasıdı

Mərdinən mərdanə gəl, gəl.
İyit də qorxmaz canınnan

Gərək keçəsən qanınnan

Bu gün arslan meydanınnan

Pələng tək meydanə gəl, gəl.


Şahzada Bəhram:

Əzəldən iltica etdi

Al dilinən məni tutdu

Nəmrud kimi oda atdı

Salmışdı zindanə gəl, gəl.
Şahzada Heydər:

Al sözün deyim əzbər

Bəlkə bu sinəm olub dəftər

İndi şahzada Heydər

Anan yazub namə gəl, gəl.
Şahzada Bəhram:

Pəhləvan gəl məni öldür

Hər dilnən məni dindir

Anamın adını bildir

Ver mənə nişanə gəl, gəl.
Şahzada Heydər:

İstiyirsən edək qoğa

Görənlər desin mərhava

Yazıb anan Huriliqa

Bağrı dönüb qana gəl, gəl.

Söz tamama yetişib Heydər öz əsli nəsəbini Bəhrama bil­dir­di. Və atınnan düşüb qardaşını qucaxlıyıb yüzünnən-gözün­nən öpüb dedi: “Qardaş, sənnən ötrü dəli-divanə olub çöllərə düş­mü­şəm. İndi sağ-səlamət tapdım. Amma indi durmax vaxtı dəgil. Gə­rək sənə zülm edən düşməni məhv edib nişanlını aldıx­dan sora vətənə doğru gedək. Çünki atan-anan sənin fərağınnan kor olub­lar. Pəs, hər iki qardaş atlarına suvar olub özlərini yeddi şah­zadaların dəryayi leşkərinə vurub kuştədən puştədən tərtib ve­rib qoşunu murmələx kimi dağıdırlar. Gəl sənə yeddi şahzada­lar­dan xəbər verim. Bir vədə gördülər ki, bular göndərdigi pəh­lə­van şahzada Heydərnən baravar özlərini dəryayı ləşkərə vurub qo­şunu pərakəndə edirlər. Bu vədə qasid xəbər gətirdi ki, ey dil qa­fillər nə durmusuz. Bular bir-birilə qardaşdırlar. Şahzadalar bu sö­zü eşidub xofları həddən-ziyada oldu. Amma bu yannan hər iki dilavər bir həmləyi əzim ilə qoşunu fot edib qırdıxlarını qır­dı­lar, qalan qoşun isə yeddi şahzadalar ilə üz qoydular qaçmağa. Və bu qaçmaxnan öz vətənlərinə getdilər. Gəl sənə Alı şahdan xə­bər verim. Qasidlər əhvalatı Alı şaha xəbər apardılar. Şah xoş­hal oldu. Alı şah buları pişvaz edib bargaha apardı. Bargahda şah öz tacını götürüb şahzada Bəhramın başına qoyub dedi: – Ey cavan, bu günnən sən Xtan vilayətinin şahısan. Bəhram ərz etdi ki: – Dölətin artıx olsun, hərgah mənə tac-təxt lazım olsaydı öz ata­mın təxtini boş qoyub diyar-bə-diyar gəzməzdim – Pəs: məc­lis arəstə olub saqilər məclisə mey və məzə gətirdilər. Eyşi-işrətə məş­ğul oldular. Bular eyşi-işrətə məşğul olmaxda olsun, gəl sə­nə Gül Xandandan xəbər verim. Buna da xacə xəbər apardı ki, gö­zün aydın olsun. Şahzada Bəhramnan qardaşı Heydər yeddi şah­­zadaların qoşununu tamam edub şad və xürrəm atanın bar­ga­hına gəldilər. Qız bu sözü eşidub xoşhal oldu, özünə on dört qə­ləm­nən zinət verdi. Və qırx incə qıznan Alı şahın gülşən ba­ğı­na seyrə çıxdılar. Bu yannan Alı şah hökm edib Xtan şəhrini la­ləzar hal­da və gözəl mənzərəli bəzədilər. Pəs: qırx gün qırx gejə toy edub Gül Xandanı şahzada Bəhrama verdi. Şahzadalar bir ne­çə gün Xtan şəhrində mehman qaldıxdan sonra Alı şahdan izn alıb zər­rin kəcavələri arəstə edib Gül Xandanı kəcavədə əyləş­dirdilər. Pəs: Alı şah ilə halallaşıb İsfahan vilayətinə doğru yola düşdülər. Günə bir mənzil teyyi mənazil xuraman-xuraman ge­dir­dilər. Bir müd­dətdən sora Mah Ənvərin qələçəsinə yetişdilər. Mah Ənvər kə­nizləriynən şahzadaları pişvaz edib qələçəyə apar­dı. Məclis arəs­tə olub bir neçə gün burada mehmannavazlığa başladılar. Bir gün şahzada Bəhram Mah Ənvərə dedi:

– Ey nazənin, sənə bir söz demək istiyirəm. Qəbul edirsən­mi?

Şahzada: – De görüm nədir?

Bəhram dedi: Biz bir neçə günnən sora vətənə gedəcəyik: on­da sən burda yalqız qalarsan, ona görə gəl səni qardaşım Hey­də­rə alım. Biz ilə baravar İsfahana gedək: – Mah Ənvər dedi: “Nə desən sözünnən çıxmaram. Pəs məclis arəstə olub bir neçə gün toy edub Mah Ənvəri şahzada Heydərə aldılar. Bir müddət bur­da qaldıxdan sora kəcavələr arəstə olub nazəninləri kəcavə­lər­də əyləşdirib İsfahan vilayətinə rəvan oldular. Mənzil-bə-mən­zil gözəl sər çeşmələr başında və mənzərəli yaylaxlarda mən­­zil edə-edə gedirdilər. Ta inki bir müddətdən sora İsfahan şəh­­rinə yetişdilər. Bu əsnadə Astan şaha xəbər verdilər ki, oğ­lan­ların cəlal busat ilə nazəninlərini gətirib gəlirlər. Şah xoşhal olub oğlanlarının üzünnən, gözünnən busə edib şad oldular. As­tan şah hökm edub İsfahan şəhrini çırağban etdilər. Hər yanda məc­lislər arəstə olub və meydannar təmizdəndi, şücai pəhli­van­lar və dlir atlar İsfahanın böyük meydanına yığışıb bir şaddıx bər­pa etdilər ki, çarx döranın gözü hələ görməmişdi. Bu minval ilə qırx gün, qırx gejə toy edib, Gül Xandanı şahzada Bəhrama və Mah Ənvəri Heydərə verdilər.

Astan şah bütün İsfahan vilayətinin adamlarını və vəzir vu­ka­layı yığıb dedi: “Camaat, görürsünüz, mən çox qocalmışam, ona görə mənim yerimə Bəhramı özünüzə şah qəbul edub təxtə çı­xardın. Bütün camaat Astan şahın sözünə razı olub şahzada Bəh­ramı şahzada libasilə bəziyib zərrin tacı başına qoyub təxt-səl­tənətdə əyləşdirdilər. Şahzada Bəhram camaatla gözəl rəftar edib ədalətlə hökmranlıq sürməgə və hər yerdə gözəl ad qazanıb şad və xürrəm eyşi-işrətə məşğul oldular. Ustatlar şahzadaların to­yunu bu minval ilə nəzmə çəkillər, biz deyək, siz də şad olun.



Aldı ustad:

Açılıb qoynun içi

Bağ gülüstandı maral

Ləblərin şəhdi şəkər

Xəstəyə dərmandı maral!
Dərd bilməz naqıs diyib

Dərd bilən inandı maral

Məmələrin şəhd şəkər

Xəstəyə dərmandı maral!


Lənət gəlsin keşişə aləmdə bir iş eylədi

Qızı getdi, vermədi öladınnan bəhs elədi.

Çəkdi din təəssübün Kərəmə qısas eylədi

Əl mənim, ətək sənin ölürəm ay amandı maral!


Musa tək çıxıb gənə tur sənayə bəsdimi

Quranı oda salıb yandırdı ayə bəsdimi

Zülm ərşə dayandı qalxdı havaya bəsdimi

Bu gözəllik sənə qalmaz bu çərx dörandı maral!


Əridib Göhərini gör bir necə qal eylənin

Zinxdanın dört tərəfin tamam qoşa xal eledin

Biçarə ustad Musanın dərdinnən abdal eledin

Qıymıram mal deməyə can sənə qurbandı, maral!


Bu gün könül karvanı köç eləmiş

Qiflələr yerişir yollara doğru

Naşı afçı kəsmiş o bərəsin

Marallar səkişir çallara doğru.


Hayıf yoxdu sövdügümün atası

Əksik olmaz fuç iyidin xatası

Qaşın yaydı, sinən onun butası

Qatı yay kürz istər qullara doğru.


Alçaq olsun dağın görünsün küçük

Cənnəti mavadi yar qoynun içi

Əbruşin tellərin musəlsəl saçın

Hərdən səcdə qılar bellərə doğru.


Gör kərri yandırar dağınan daşı

Üstünə gəlməsin təbib naşı

Ab nisan olsa çəşmimin yaşı

Qarışar dəryayə səllərə doğru.



MƏLİK MƏHƏMMƏDİN NAĞILI
Həsən Həsən oğlu

Qazax-1927
Ustatnama
Ay ağalar əzəl başdan söylüyüm

Hər teyəni dost bilib sirrini vermə

Sən başıma bəlasan dilim

Layığ deyil özgə dərdə qalasan dilim.


Hər yana keşt elər fikrü xəyalım

Sərimdən oynuyub çaşıb kəmalın

Yaxın bilərsən qabaxdadı ölüm

Bir az da olardan beləsən dilim.


Tavar tarlan şikarını ovladı

Uçurduban dagdan-daşa qovladı

Gözəl tərif etmək yaxşı qaydadı

Qorxuram məni xataya salasan dilim.


Kərəm kimi deyib-deyib alışsan

Nakam köçüb torpaxlara qarışsan

Haqqı buraxıf, nahax danışsan

Səni oda düşüb yanasan dilim.


Miskin Həsən uyma namərdə

Çoxları düşüf mən düşən dərdə

Nə ağlımda iş yoxdu, nə də hünərdə

Bir yaxşı baxta düçar olasan dilim.

Həmədan şəhərində Allahverdi södagər namın Məlik Mə­həm­­məd addı bir öyladı dünyaya gəlmişdi. Atası Məlik Məhəm­mə­di sək­kiz yaşınnan məktəbə qoyur. Oğlan on dört yaşına qə­dər mək­təbə davam edir, onnan sora məktəbdən nədənsə çıxıb ta­cir­za­da­larnan əyləşif tacirliyi öyrənir. Bu zamannar Məlik Mə­həm­mədin atası Allahverdi södagər vəfat eyləyir. Məlik Məhəm­məd za­ma­naya görə atasına ehsan verif dəfn eyliyir. Atası vəfat edən­nən sora bir müddət tacirlik ilə məşğul olur. Tacirliyi ba­şar­ma­dığın­nan bir ne­çə ilin içində çoxlu mal-dölət əlinnən gedir. Odu ki, oğ­lan elə hala düşür ki, anası Şəhribanu cəhrə əgirib gündəlik çö­rək pulu ha­zır edif bu minvalnan dolanmaxda davam edillərdi. Bular belə məzlum halında dolanmaxda olsun, gəl sana Allah­ver­di södagərin Qasım və Əhməd addı tacir qardaşdıx­ları­nnan xəbər ve­rim. Bular dedi: “Üç ildi ki, biz qardaşdığımız Al­lahverdi sö­da­gəri görə bilmirik, gərək onun bu yaxında görüşünə gedək. Çünki o hər halda bizdən böyükdür”. Bu sözə hər ikisi razı olub Əhməd və Qasım bir qədər ənam ilə İsvəhannan Hə­mədana Allahverdi sö­dagərin evinə gəlməyə məşğul olullar. Ta ki yetişif nə gördülər. Qar­daşı vəfat eyliyib; ancaq arvadınnan oğlu Məlik Məhəmməd ev­dədirlər, çox kasıf halda yaşayırlar. Odu ki, bir neçə gün meh­man qalıf getməyə amadə olurlar. Bu zaman Şəhribanu ərinnən qa­lan bir qiymətli ləli bulara verib oğlu Məlik Məhəmmədim öz­də­rinən baravar tacirliyə aparmağı tapşırır. Olar qəbul edif razı olullar. Bu zaman tacirlər və Məlik Məhəmməd Şəhribanuynan gö­­rüşüf Hind vilayətinə get­məyə başdıyıllar. Bular getmək is­tə­diy­də anası Məlik Məhəm­mə­din getməsinə tav gətirməyif bu dil­lər­nən oğlunu oxşuyur və oğlu anasına dildarlıx yoluynan cavab vərir:

Şəhribanu:

Başına döndüyüm gül üzdü oğul

Bala, getmə, halallaşax, ayrılax

Sən dara düşəndə o mölanı çağır

Bala, getmə, halallaşax, ayrılax.
Məlik Məhəmməd:

Göz yaşını nə tökürsən

Ana halal elə, himmət elə,

Zəhmətimi çox çəkifsən

Ana halal elə, himmət elə.

Şəhribanu:

Necə tab gətirim bu qəm şikara

Gözünüzü tikifsiz o qarlı dağa

Fələk vurdu səni saldı irağa

Bala, getmə, halallaşax, ayrılax.
Məlik Məhəmməd:

Naşı vaxtımda açdım bazarı

Öküm yaqut, yəmən, mirvari

Tez gəlləm haqqın olsa nazarı

Ana, halal elə, himmət elə.

Şəhribanu:

Yola saldım siz bazırganı

Çəkdirmə mənə qəm hicranı

Sana qurban anan Şəhribanu

Bala gəl getmə, halallaşax, ayrılax.
Məlik Məhəmməd:

Duşmannar bizə çox edir töhmət

Yolumda çəkifsən zəhmət, məşəqqət

Sana qurban Məlik Məhəmməd

Ana halal elə, himmət elə.

Söz tamama yetişif ana-oğul qol-boyun oluf halallaşdılar. Mə­­lik Məhəmməd tacirlərnən Hind vilayətinə rəvan oldu. Günə bir mənzil, teyyi-mənazil, xuraman-xuraman gəlib Hind əhlinə ye­­tişdilər. Bir karvansaraya düşüf bu iki tacir Hind vilayətinnən hər nə lazımsa bir neçə günün müddətində aldılar. Ancax Məlik Mə­­həmməd sərgərdan dolanıf heç bir şey almırdı. Bir gün ta­cir­lər­­dən ayrılıf Hind bazarında sərgərdan gəzirdi. Nagəhan nə gör­dü: bir nəfər piran “ay qul alan” deyə car çəkir. Məlik Mə­həm­məd bu pirana tərəf gəlif gördü, bu car çəkən bir qara çar­şuya bü­­rünmüş, üzündə niqab bir adam satır. Məhəmməd öz-özünə dedi, sən bu az mayanan tazadan dölətti olmuyacaqsan. Atanın var-dövləti nə oldu ki, bu da nə ola. Gəl bu qulu al. Mu­nu deyif pirannan xəbər aldı: “Əmi can! Bu qulu neçiyə deyir­sən?” Piran dedi: – Bala, üç yüz manatdı. – Məlik Məhəmməd o saat haman lə­li bazarda satıf pirana verif o xoş sima qulu aldı. Və özüynən ba­­ravar gətirif tacirlərin yanına gəldi. Tacirlər qulu gör­mə­miş­dən dedilər: “Məlik Məhəmməd biz bu saat amadəyik, indi sən də hər nə alasısan, al gedək. Məlik Məhəmməd bir qə­dər fi­kir­dən sonra dedi: “Bu qulu gizdətməkdən bir şey çıxmaz, gəl ta­cir­lərə aç. Bəs, olara cavab verdi ki, – mən də öz aldığım mətai al­­mışam – Soruşdular ki: – o nədi. – Məlik Məhəmməd o saat çad­­­­ralı qulu tacirlərin yanına gətirif görsətdi. Tacirlər dedi:

– Bala, sənin anan öydə ac, çıplax bir pis günnən dolanır, qul nədi sən nə sən, ay bəd övlad, elə belə etdin ki, Allahverdi sö­­dagər kimi bir dölətti şəxsin mal-dölətini bada verdin. İndi öz gü­nahın öz boynuva – Munu deyif tacirlər qafilə qatırı hazır ey­liyif getməli olanda Məlik Məhəmməd dedi: – Əmilərim! Mən ge­də bilmi­yəcəgəm, ona görə anama göz yaşıynan bir namə ya­zım, aparın.

Tacirlər “bə çəşm” deyif bu zaman biçarə Məhəmməd bu dil­lərnən bir namə yazır:



Məlik Məhəmməd:

Başına döndügüm södagər əmi

Bu naməni anama yetirin

Çünki qürbətdə qoydunuz məni

Bu naməni anama yetirin.
Üç yüz manat verif bir qul aldı

Fələk məni dölət-vardan saldı

O Hinddə əyləşif qürbətdə qaldı

Bu naməni anama yetirin.


Hər zaman ah-zar edər Məlik Məhəmməd

Ölməyim vacibdi, qalmağım sünnət

Bu dünyam qaranlıx, axirətim cənnət

Bu naməni ol madərə yetirin.

Naməni tamam eyliyif tacirlərə verdi. Tacirlər naməni götü­rüf, Həmədan vilayətinə yola düşdülər. Bular Həmədana get­məy­­də olsun, gəl sənə Məlik Məhəmməddən xavar verim. Qul ilə bir neçə gün karvansarada qalıf güzəran edirdilər.

Həman Məlik Məhəmməd satın aldığı qul Yəmən şahının qı­­zı Güləndam Pəri idi. Bu qız bir gün öz bağlarına seyrə çıx­mış­dı. Qəzadan o gün iki hindli yolnan gedəndə Güləndam Pə­ri­ni görüf aşiq giriftar, mahruy Güləndam oldular. Odu ki, hər iki­si bağa daxıl oluf qızı tutuf bir dəst qul libası geydirif, pinhani bir yolnan Hində apardılar.

Hinddə bir pirani qul paltarında satdılar. O piran da alan ki­mi bazara çıxarıf satmaq istədiydə Məlik Məhəmməd rast gəlif, alıf kar­vansaraya gətirdi. Ancaq bu qız da bağa gələndə özündə hesab­sız pul varmış. Qullar da bir-birinin qorxusunnan nə qı­za ya­xın gə­lif­lər, nə də munda olan pulu bilmiyiflər. Odu ki, qız Mə­lik Mə­həm­mədnən karvansarada olanda gözünün altından Mə­lik Məhəm­mədə bir nəzər salıf gördü bir cavandı ki, dünyada misli-manəndi yoxdu.

Öz-özünə dedi: hər halda bu cavan da mənim kimi dərd sa­hi­bi­di. Munu deyif niqab altınnan dedi: – Məlik Məhəmməd! Sə­nin bu Hind şəhərində heç mənzilin yoxdumu? Biz bu karvan­sarada qal­mışıx. Məlik Məhəmməd dedi: – Ey qul! Allahdan nə gizlindir, sən­nən nə gizlin ola. Bu günnən səval dolanmağa gü­ma­nım yox­du. Bu zaman qul dedi: – İndi ki, belə oldu, mən hayana getsəm, sən də dalımca gəl. Məlik Məhəmməd razı oluf hər ikisi bir qədər yol getdiydən sora şəhərin bir guşəsinə yetişdilər. Bu zaman qul iki otaxdan ibarət bir mənzil tutdu, hər ikisi o mənzilə gəldilər. Qul dedi: “Məlik Məhəmməd! Bil və agah ol, bu günnən hər nə xaş­tıx sənə lazım olsa məndə var, özüm də səhərdən axşa­ma qə­dər sana qullux eyliyəcəyəm. Ancaq axşam olanda mənnən işin ol­masın, otağın birində tək olasıyam”. Məlik Məhəmməd dedi: “Çox yaxşı”. Odu ki, o günnən qul axşama qədər Məlik Mə­həm­məd ilə söh­bət­də və qulluxda oluf, axşam qul otağına getdiy­dən bir müddət sora Məlik Məhəmməd öz-özünə dedi: Ey dil qafil! Bu nə işdir. Qul hər axşam bilmirəm, hayana gedir, yəqin ki, bun­da bir sirri-xəfi var ki, axşamlar ayrı mənzildə yatır, təəccüblü bu­ra­­sıdır ki, mən onu saxlamaqdan o həm məni, həm özünü do­lan­dı­rır. Bunu deyif o saat qul yatan otağın qapısına getdi və pən­cə­rə­dən diqqət ilə baxanda gördü, həmin qul libasını soyunuf bir bə­dir­lənmiş ay kimi mahruhi şölə verən bir vəcihə gözəl qızdır. Mə­lik Məhəm­məd belə bir vəcihə qızı görcək bir gönüldən min gö­nülə aşıq giriftar oldu. Qapıda o qədər gözlədi ki, qız yuxuya get­di, bu zaman bir tor ilə qapını açıf otağa daxil oluf qızın ya­xı­nı­na ge­dəndə qız ayıldı. Munu görən Məlik Məhəmməd eşiyə çıx­dı. Gü­­ləndam hər yana baxıf bir şey görmədi, genə də yatdı. O yan­­nan Məlik Məhəmməd öz otağına gedif xurrəi-xabə bulənd ol­du, ta inki, səhər açıldı.

Gənə də Güləndam qul libasında axşamadək Məlik Məhəm­məd ilə bir yerdə oluf axşam olan kimi öz otağına getdi. Məlik Mə­­həmməd isə gejədən bir qədər keçmiş Güləndamın qapısına gə­lif pəncərədən baxanda gördü, gənə də qız qul libasını çıxarıb on dört gejəlik ay kimi bədirlənir. Bu zaman Məlik Məhəmməd da­ha da möhübbətini artırıb öz-özünə dedi: belə nazənin sənəm­dən ölmək var, dönmək yoxdur. Bunu deyif biixtiyar daxili-otaq oldu. Qız Məlik Məhəmmədi görcək dedi:

– Ey cavan, mən sana nə demişdim, belə hayasızlıx olarmı?

Məlik Məhəmməd dedi:

– Ey nazənin! Vallah mən sana aşiqəm. Ya öldür, ya inki, qoy və visalına yetişim.

Bir qədər guftgudən sonra qız, oğlan bütün başdarına gələn ma­caranı bir-birinə nağıl elədilər. Munnan sora Məlik Məhəm­məd dedi:

– Ey nazənin! Mən dərdimi istədiyim qədər dilnən söylüyə bil­­mərəm, ona görə qulaq as, sinəi tar ilə söylüyüm.

Güləndam dedi:

– Mən də sən dərdliyəm, söylə!



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin