Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi


Məktəbin məzunu T.Həşimovanın xatirələri



Yüklə 0,68 Mb.
səhifə54/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   50   51   52   53   54   55   56   57   ...   96
Məktəbin məzunu T.Həşimovanın xatirələri
Uşaqlıq xatirələrim mənim üçün ən əzizdir. Dördsinifli məktəbi bitirdikdən sonra mən 1910-cu ildə Hacı Zeynalabdin Tağıyevin məktəbinə daxil oldum. İndiyədək həmin məktəbdə keçirdiyim illəri unuda bilmirəm. Məktə­bimiz çox gözəl idi. İşıqlı, böyük siniflər, geniş dəhlizlər, böyük həyət, ətrafda hər şey göz oxşayırdı. Mən həmişə mək­təbdən evə təəssüf hissi ilə qayıdırdım. Burada gözəl, həssas kollektiv, diqqətli müəllimlər var idi, qayda-qanun və sakitlik hökm sürürdü.

Şagirdlərin əksəriyyəti yeddi-səkkiz nəfər istisna ol­maqla, pansioner qızlar idi. İmkansız qızlar Hacının vəsaiti hesabına oxuyurdular. Şagirdlərin şəraiti həqiqətən də çox yaxşı idi. Onlar böyük yataq otaqlarında, yumşaq döşəklər üstündə yatırdılar. Ətraf təmizlik saçırdı. Böyük tənəffüs vax­tı biz də pansioner qızlar kimi, ikin­ci mərtəbəyə - ye­mək­xanaya qalxırdıq. Masaların üstü­nə salınmış bəmbəyaz süfrələrin üzərində çörək qoyul­muş­du. Masaların qarşısında yuxarı siniflərin şagirdləri növ­bət­çilik edirdilər. Yemək həmi­şə dadlı və yaxşı idi. Hacı Zey­nalabdinin həyat yoldaşı Sona xanım tez-tez məktəbdə olur, bizə şirniyyat və meyvə gətirirdi.

Məktəbdə böyük zal və yaxşı səhnəsi olan teatr zalı var idi. Biz öz qüvvəmiz hesabına çoxlu tamaşalar qoyur­duq. 1917-ci ildə Üzeyir Hacıbəyovun “Arşın mal alan” tama­şası göstərildi. Biz Sabirin ən məşhur şeirlərini, məsə­lən, “Oxutmuram, əl çəkin”, “Xan dostu amandı, qoyma gəldi”ni səhnələşdirirdik. Bu tamaşaların o dövr üçün böyük əhəmiyyəti var idi.

Bizim məktəbimiz qapalı idi və oraya yalnız qadınlar gələ bilərdi. Kişi rollarını qızlar oynayırdı, bu isə məktəb ta­ma­­şalarına çadralı qadınların gəlməsinə imkan verirdi. Bu­nun­la da müsəlman qadınlar gördüklərini öz qohumları, ta­nışları arasında yayır və nəticədə məktəbdə təhsil alanla­rın sa­yı çoxalırdı. Bayramlarda əl işlərindən ibarət sərgilər təş­kil olunur, buraya şagirdlərin anaları, qohumları və ya­xın­ları dəvət edilir, onlar üçün süfrə açılırdı. Bu yolla mək­təbin şöhrəti yayılırdı. Qızların əl qabiliyyəti və tərbiyəsi dil­lər əzbə­rinə çevrilmişdi.

Məktəbdə qoyulan qaydalar çox yaxşı idi. Şagirdlər tərbiyəçilərin göstərişlərinə çox ciddi riayət edirdilər.



Mən oxuduğum vaxtı məktəbin müdiri Ədilə xanım Şahtaxtinskaya idi, ondan sonra Petroqradda fizika-riya­ziyyat və pedaqoji fakültələrini bitirən Səlimə xanım Ya­qu­­bo­va oldu. O, çox ağıllı və ciddi qadın idi. S.Yaqu­bova həm­çinin məktəb nəzdində fəaliyyət göstərən ikiillik peda­qoji kurslara rəhbərlik edirdi. Digər fənlərlə yanaşı bizə rus, Azərbaycan dillərinin, hesabın metodikası keçilirdi.

Rus dilinin metodikasını Mariinski gimnaziyasının müəllimi Filisita Stepanovna Kopılova, Azərbaycan dilini isə Süleyman bəy Əbdurəhmanov tədris edirdi. O, bizim ilk kişi müəllimimiz idi. Azərbaycan dilini yaxşı bildiyim üçün ona borcluyam. Fizikanı, riyaziyyatı, pedaqogikanı bizə direktorumuz Səlimə xanım Yaqubova keçirdi.



Məktəbimizin zəngin kitabxanası xüsusi diqqətə layiq idi. Burada rus və xarici klassiklərin - Puşkin, Lermontov, Turgenev, Tolstoy, Şekspir, Bayron, Şiller, Molyer və başqa­larının əsərləri toplanmışdır. Kitabxanamızda digər elmi vəsaitlər, heyvanların şəkilləri, müxtəlif coğrafi, zoo­loji, anatomik atlaslar, müqəvva və quşlar var idi. Bunların ha­mısı Hacının səyləri nəticəsində toplanmış və onun işti­rakı ilə əldə olunmuşdu. Hacı tez-tez məktəbə gələr və nəsi­hətlə bizə deyərdi: “Oxuyun, qızlarım, xalqa savadlı analar lazımdır”.

Bu qədər vaxt keçəndən sonra Hacı Zeynalabdin Ta­ğı­yevin öz xalqını necə çox istəməsi, onun maarif­pər­vər­­­liyi, uzaqgörənliyi indi daha aydın hiss olunur. Həqi­qə­tən də o, şərəfə layiq idi. Özü savadsız olsa da, xalqının maarif­­­lənməsi və xüsusən də, qadın maarifi üçün çox zəh­mət çəkib. Çarizm dövründə qız məktəbinin açıl­ma­sı, ha­belə ana dilinin tədrisi böyük çətinliklər hesa­bına başa gəlir­di. Bunların hamısı onun uzaqgörən­liyini və ləya­qə­tini sübut edir. O, demək olar ki, ziyalı qadın kadrlarının yaradıcısı idi.

ARDƏİA: f. 675, s. 2, s. v. 103, vv. 37-40


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin