Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi


Məktəbin məzunu Gövhər Usubovanın xatirələri



Yüklə 0,68 Mb.
səhifə55/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   51   52   53   54   55   56   57   58   ...   96
Məktəbin məzunu Gövhər Usubovanın xatirələri
Mən, Gövhər İsmayıl qızı Usubova Qazax rayonu Sa­lah­lı kəndində anadan olmuşam. Ata-anamı çox erkən itir­mişəm. Yeddi yaşınadək dayımın himayəsində olmuşam. O, məni Hacı Zeynalabdin Tağıyevin məktəbinə yazdırdı. Mən Hacının vəsaiti hesabına oxuyurdum. Mənim kimi pulsuz oxuyan qızların sayı çox idi. Hətta böyük bacım da bu məktəbdə pulsuz təhsil alırdı. O vaxt yaşım az olsa da, rəfi­qələrimin öz ailə vəziyyətləri haqqında söhbətlərindən aydın olurdu ki, məktəbə ən kasıb ailələrin uşaqları qəbul edil­mişdi.

Məktəbdə uşaqlara böyük qayğı göstərilirdi. Bu pansionda hər cür şərait yaradılmışdı. Məktəbin binasında hal-hazırda Azərbaycan SSR-in Ali Soveti yerləşir. Həmin binanın qarşısından keçəndə mən məktəb illərini xatırla­yıram. Birinci mərtəbədə siniflər, ikinci mərtəbədə isə yataq, yemək otaqları və zal yerləşirdi.

Bizə dərs deyən müəllimlərin çoxu hal-hazırda yaşa­yır və xalqın xeyrinə işlər görürlər: Səriyyə xanım Əhmə­do­va Əzizbəyov adına xəstəxanada (1) həkim işləyir; Səlimə xanım Yaqubova və Xədicə xanım Ağayeva təqaüd alırlar; Şəhrəbanu xanım Şabanova (Xasməmmədova) həkimdir; Heydərova müəllimədir; Ədilə xanım Şahtaxtinskaya vəfat edib; Nabat xanım Nərimanova həkim işləyir. Bu müəllim­lər mənə dərs deyiblər.

Mən oxuyan dövrdə məktəbin müdiri Gülbahar xanım Axrıyeva idi. Nizam-intizam çox ciddi idi. Biz rus və Azərbaycan dillərində təhsil alırdıq. Məktəbin hər sinfinin öz rəhbəri var idi. Bizi gündə dörd dəfə yedizdirirdilər. Yaxşı yadımdadır ki, 1-ci və 2-ci sinif şagirdlərinə səhər yeməyindən əvvəl balıq yağı verirdilər, bu da onların qüvvələrini və sağlamlığını möhkəmləndirirdi. Hər həftə bizi hamama aparırdılar. Hamam məktəbin binasında idi. Əgər qızlar xidməti personaldan kiminləsə məktəbdən çı­xır­dı­lar­sa, onda çadra geyinmirdilər. Bizim iki formamız var idi: biri gündəlik, digəri isə təntənəli mərasimlər üçün nəzərdə tutulurdu. Bayramlarda biz qonşuluqdakı rus məktəbində oxuyan qızları qonaq çağırırdıq. Məktəbimizin yaşda böyük qızları Hacının evində qonaq olur, kiçikyaşlılara isə Sona xanım müxtəlif şirniyyat və tortlar göndərirdi. Uşaqları əyləndirmək üçün hər cümə günü konsert təşkil olunurdu. Şagirdlərimiz “Arşın mal alan” pyesini səhnələşdirəndə mən hələ uşaq idim. Arşın malçı rolunu Reyhan xanım Axun­dova oynayırdı (hazırda professor Topçubaşovun həyat yol­daşı). Yaxşı yadımdadır ki, Reyhan xanım Axundova da Hacının hesabına oxumuş, onun bibisi Səkinə xanım isə bizə şəriətdən dərs deyirdi.

Məktəbimizin gözəl səhnəsi var idi. Burada şagirdlər daha çox Sabirin “Oxutmuram, əl çəkin” şeirini səhnə­ləşdirirdilər. Bir dəfə mən balaca olmağıma bax­mayaraq “Bir əmma” şeirini ifa etdim. Hacı məni səhnədən qucağına aldı, qucaqladı və başımı sığalladı.

Xatirələrimi təsdiqləyərək deməliyəm ki, mən 1914-cü ildə məktəbə daxil olmuş, 1917-ci ilədək orada oxumuşam. Təhsilim dövründə məktəb mənim üçün tərbiyə aldığım və çox şey öyrəndiyim ana qucağı kimi idi.

10 iyul 1956-cı il.

ARDƏİA: f. 675, s. 2, s. v. 98, vv. 9-11


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin