##book id=065//book name= Azərbaycan dili və nitq mədəniyyəti


##num= 7// level= 1// sumtest=28 // name= Frazeoloji, morfoloji, sintaktik və üslubi normalar //



Yüklə 0,71 Mb.
səhifə7/8
tarix25.02.2020
ölçüsü0,71 Mb.
#102182
1   2   3   4   5   6   7   8

##num= 7// level= 1// sumtest=28 // name= Frazeoloji, morfoloji, sintaktik və üslubi normalar //


1. “Camaatlar meydana tərəf axışırdı”. Cümlədə ədəbi dilin hansı norması pozulub?

A) sintaktik

B) morfoloji

C) leksik

D) fonetik

E) üslubi

2. “Yarışa sən və Əsmər getməlidir” cümləsində ədəbi dilin hansı norması pozulub?

A) üslubi

B) orfoqrafik

C) leksik

D) sintaktik

E) orfoepik

3. “Məlikməmməd bu üç almaları qızlara verdi” cümləsində ədəbi dilin hansı norması pozulub?

A) fonetik

B) leksik

C) üslubi

D) qrammatik

E) orfoepik

4. “Zülmə dözməyən ordu üsyan qaldırdılar” cümləsində ədəbi dilin hansı norması pozulub?

A) orfoepik

B) leksik

C) fonetik

D) üslubi

E) sintaktik

5. “Göynən gedən beş durnalar,

Bizim ellər yerindəmi? “ Misralarda ədəbi dilin hansı norması pozulub?

A) leksik

B) orfoepik

C) sintaktik

D) orfoqrafik, morfoloji

E) orfoqrafik

6. “İpək tora halqa salma dəmirdən,

Aydı, gündü, gəlib keçir ömürdən” (A. Alı) . Misralarda ədəbi dilin hansı norması pozulub?

A) orfoepik

B) leksik

C) qrammatik

D) üslubi

E) fonetik

7. “Yarpaqlar payızda tökülürlər” nümunəsində ədəbi dilin hansı norması pozulub?

A) fonetik

B) morfoloji

C) leksik

D) sintaktik

E) üslubi

8. Xəbər mübtəda ilə uzlaşmırsa, ədəbi dilin hansı norması pozulur?

A) leksik

B) morfoloji

C) fonetik

D) sintaktik

E) orfoqrafik

9. “Alim də, şair də, dağda çoban da

Deyirlər öz mahnısını ana dilində” nümunəsində ədəbi dilin hansı norması pozulub?

A) orfoepik

B) morfoloji

C) leksik

D) sintaktik

E) orfoqrafik

10. “Qəlbimdəki arzular tükənməzdir” nümunəsində ədəbi dilin hansı norması pozulub?

A) orfoepik

B) sintaktik

C) leksik

D) morfoloji

E) orfoqrafik

11. Qrammatik normanın pozulduğu cümlə hansıdır?

A) Şirin bir xatirə tək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər.



B) Gənc alim tribunaya qalxdı.

C) Sənubər kəndə, babasıgilə qonaq gəlmişdir.

D) Uşaqlar Səlim babadan çox şey öyrəndilər.

E) Kəndin qərbindəki dərin dərələr yaz gələndə göy otlarla örtülərdi.

12. “Anamın savadı - köhnə əlifba,

Anamın əsəri - mənə məktublar”. Misralarda mədəni nitqin hansı norması pozulub?

A) qrammatik

B) orfoqrafik

C) fonetik

D) leksik

E) orfoepik

13. Hansı sözdə morfoloji norma pozulub?

A) yazdırıldı

B) tarixi

C) dağınıq

D) dilçilik

E) lüğəvi

14. Hansı sözdə morfoloji norma pozulub?

A) kitabxanaçının

B) acıqlandı

C) sinfimizdəki

D) yaşılllaşdırılmışdır

E) bildirki

15. “Şairim! Aç, payla söz xəzinəni,

Şeiriyyət ilhama çağırır məni” . Misralarda ədəbi dilin hansı norması pozulub?

A) fonetik

B) morfoloji

C) sintaktik

D) leksik

E) üslubi

16. Ədəbi dilin qrammatik normasının əsas tələbini göstərin.

1 - sözlər və cümlələr arasındakı əlaqələrin nitqdə düzgün qurulması

2 - sözün mənasına bələd olmaq, onu düzgün işlətmək

3 - milli sözləri daha çox işlətmək

4 - sözü düzgün tələffüz etmək və düzgün yazmaq

5 - məhəlli, yerli sözləri nitqdə işlətmək

A) 2

B) 2, 3

C) 4

D) 1

E) 1, 2

17. Nitqdə müəyyən miqdar saylarından sonra gələn isimlər cəmdə işlədilərsə, bu halda ədəbi dilin hansı pozulur ?

1 - qrammatik

2 - leksik

3 - leksik və qrammatik

4 - fonetik

5 - fonetik və leksik

A) 2

B) 2, 5

C) 4

D) 1

E) 1, 2

18. Morfoloji normanın tələbinə görə isimlərdə (adlardA) kəmiyyət şəkilçisindən sonra hansı şəkilçi gəlməlidir?

1 - mənsubiyyət

2 - hal

3 - xəbərlik

4 - şəxs

5 - heç biri

A) 4, 5

B) 2,

C) 1

D) 4

E) 1, 2

19. Ədəbi dilin bu norması sözlər və cümlələr arasındakı əlaqələrin nitqdə düzgün qurulmasını tələb edir. Söhbət hansı normadan gedir?

1 - qrammatik

2 - leksik

3 - onomastik

4 - fonetik

5 - orfoepik

A) 4, 5

B) 5

C) 1

D) 2, 4

E) 2

20. Nitqin üslubu rəngarəngliyini təmin edən bədii təsvir vasitələrini ardıcıl düzün.

1 - epitet

2 - sinekdoxa

3 - metonimiya

4 - metafora

A) 1, 4, 2, 3

B) 2, 3, 1, 4

C) 4, 3, 2, 1

D) 2, 3, 4, 1

E) 1, 4, 3, 2

21. Ədəbi dilin üslublarını ardıcıl düzün.

1 - Bədii üslub

2 - İctimai - publisistik üslub

3 - Rəsmi üslub

4 - Elmi üslub

A) 1, 4, 3, 2

B) 2, 3, 1, 4

C) 1, 4, 2, 3

D) 2, 3, 4, 1

E) 1, 4, 2, 3

22. Əməli yazı növlərini ardıcıl düzün.

1 - protokol

2 - tərcümeyi - hal

3 - arayış

4 - ərizə

A) 2, 3, 1, 4

B) 4, 3, 2, 1

C) 1, 4, 2, 3

D) 2, 3, 4, 1

E) 1, 4, 3, 2

23. Söz, söz birləşməsi və cümləni ardıcıl düzün.

1 - məktəbin qabaqcıl təcrübəsi

2 - vaxtdır

3 - kömək etmək

A) 2, 3, 1

B) 3, 1, 2

C) 1, 2, 3

D) 2, 3, 1

E) 1, 3, 2

24. Fonetika, leksika, və morfologiyanın tədqiqat obyektinə daxil olanları ardıcıl seçin.

1 - nitq hissəsi

2 - söz

3 - səs

A) 1, 2, 3

B) 2, 3, 1

C) 3, 1, 2

D) 2, 3, 1

E) 1, 3, 2

25. Verilmiş cümlələri ədəbi dilin normalarına uyğun müəyyən edin.

1 - Camaatlar meydana tərəf axışırdı.

2 - Yarışa sən və Əsmər getməlidir

3 - İpək tora halqa salma dəmirdən

Aydı, gündü gəlib keçir ömürdən.

4 - Bu alicənab qadını tanıdıqca məndə ona qarşı yüksək maraq oyandı

5 - Car çəkir çarxların çaxnaşıq səsi

Car çəkir, qışqırır nəhəng matorlar

a - sintaktik, orfoqrafik

b - leksik

c - morfoloji

d - sintaktik

e - qrammatik

A) 1 – d; 2 – a; 3 – e; 4 – c; 5 – b

B) 1 – a; 2 – b; 3 – c; 4 – d; 5 – e

C) 1 – e; 2 – d; 3 – a; 4 – c; 5 – b

D) 1 – c; 2 – d; 3 – e; 4 – b; 5 – a

E) 1 – b; 2 – e; 3 – d; 4 – a; 5 – c

26. Uyğunluğu müəyyən edin.

I – morfoloji norma

II – sintaktik norma

1 - Ədəbi dilin bu norması sğözlər və cümlələr arasındakı əlaqələrin nitqdə düzgün qurulmasını, cümlə üzvlərinin qanunauyğun şəkildə sıralanmasını tələb edir.

2 - Bu normanın tələbinə görə fellərdə təsirlilik və növ şəkilçilərindən sonra inkarlıq şəkilçisi gəlməlidir.

3 - Bu normanın tələbinə görə miqdar sayından sonra gələn isim kəmiyyət kateqoriyasının əlamətini qəbul etmir

4 - Bu normanın tələbinə görə mürəkkəb cümlənin konstruksiyasında ikinci dərəcəli cümlə üzvləri cümlənin ortasında gəlməlidir

5 - Bu normanın tələbinə görə inkarlıq bildirən nə ədatından sonra –ma2 şəkilçisi işlənə bilməz

A) I – 1, 2, 3; II – 4, 5

B) I – 1, 3, 4; II – 2, 5

C) I – 1, 4; II – 2, 3, 5

D) I – 2, 3, 5; II – 1, 4

E) I - 3, 4, 5; II – 1, 2

27. Uyğunluğu müəyyən edin:

I – Nəzəri dilçilik bölməsi

II - Tətbiqi dilçilik bölməsi

1 – Nitq mədəniyyəti

2 - Morfologiya

3 – Lüğətçilik

4 – Leksikologiya

A) I - 2, 4, II – 3

B) I - 2, II - 1

C) I - 2, 3 II - 4

D) I – 1, 4, II - 3,

E) I - 2, 4, II - 1, 3

28. Uyğunluğu müəyyən edin:

I – Əqli çox olan adamın sözü az olar.

II - Söz sərrafı söylədi: “Söz dünyanın naxşıdır! ”

III – Əvvəl bir düşün, sonra dilə gəl,

Divar tez yıxılar, olmasa təməl!

IV - Can sözdür, əgər bilirsə insan

Sözdür ki deyirlər, özgədir can.

V - Nəfəsi əhli - dilin cövhəri - candır bilənə,

Nitqimiz qüdrəti –həq, ruhi - rəvandır bilənə.

1 - Ş. İ. Xətai

2 – N. Gəncəvi

3 – Sədi Şirazi

4 – M. Füzuli

5 – Həzrət Əli

A) I - 3, II – 1, III – 4, IV - 2, V - 5

B) I - 4, II – 2, III – 3, IV - 1, V - 5

C) I - 5, II – 1, III – 4, IV - 2, V - 3

D) I - 2, II – 1, III – 4, IV - 5, V - 3

E) I - 1, II – 5, III – 4, IV - 2, V - 3

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin